Bakının bu qəsəbəsində yanğın başladı
Icma.az, Milli.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Sabunçu rayonu, Zabrat qəsəbəsində mazutluq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.
Milli.Az FHN-ə istinadən xəbər verir ki, məlumatla əlaqədar Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.
Əlavə məlumat veriləcək.
Milli.Az

