Bakının mərkəzi küçəsində səkilər zəbt olundu VİDEO AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakının Afiyəddin Cəlilov küçəsində səkilər zəbt olunub.
“AzPolitika”- nın Baku TV-yə istinadən məlumatına görə, ərazidə yaşayan sakinlər deyirlər ki, əvvəllər burada ağaclar var idi. Amma indi səki ilə yanaşı, ağaclar da ləğv olunub.
Sakinlər məcburiyyətdən maşın yoluna çıxdıqlarını bildiriblər: “Səki yoxdur, məcburən maşın yoluna çıxırıq. Onda da təhlükə ilə üzləşirik”.
Ərazidə çalışan ustalar isə deyir ki, piyada səkisi yenidən bərpa olunacaq.
Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən 10 yanvar 2025-ci il tarixində sözügedən əraziyə baxış keçirilib: “Ərazidə səkinin zəbt edilərək avtomobil dayanacağına çevrilməsi faktı aşkarlanıb. Parklanma yerinin yaradılması qanunvericiliklə müəyyən edilən qaydada razılaşdırılmayıb. Baş İdarə tərəfindən işlər dayandırılaraq səkinin bərpası və ictimai ərazinin vətəndaşların istifadəsinə qaytarılması ilə əlaqədar aidiyyəti orqanlara müraciət ünvanlanıb, müvafiq göstərişlər verilib”.
Daha ətrafı süjetdə:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:149
Bu xəbər 11 Yanvar 2025 10:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















