Bakının mərkəzində ağac yanı üstdə qalıb; qurumlar görməzdən gəlir FOTO
Avtosfer saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Paytaxtın bir çox yerlərində əkilən ağaclar şəhərin görünüşünə estetik dəyər qatmaqla yanaşı, ekoloji baxımdan da mühüm rol oynayır.
Avtosfer.az xəbər verir ki, lakin bəzi hallarda bu ağacların vəziyyəti vətəndaşlar üçün təhlükə mənbəyinə çevrilir. Budaqları vaxtında budanmayan, yaxud külək və ya digər səbəblərdən zədələnən ağaclar həm piyadalar, həm də nəqliyyat vasitələri üçün risk yaradır.
Yaxın günlərdə bu mövzu ilə bağlı sosial şəbəkədə diqqət çəkən paylaşım edilib. Azərbaycan Dövlət Musiqili Teatrının mətbuat katibi Fəridə Aslanova Aleksandr Puşkin küçəsində gördüyü təhlükəli vəziyyəti öz sosial media hesabında paylaşaraq narahatlığını ifadə edib:
“Bu ağacı görüb öz-özümə düşünürəm ki, yazıq, bir az da güclü külək əssə, yerlə yeksan olacaq. Yerlə məsafədə düz bucaq yaratmalı halda, artıq iti bucaq altındadır. Aşmasına lap az qalıb, kaş ona bir dayaq vuran olaydı, vaxtında xilas edilərdi…”.
Əlbəttə belə hallar xüsusilə payız və qış mövsümündə təhlükə yaradır. Zədələnmiş və ya kökü zəifləyən ağacların vaxtında müayinədən keçirilməsi və zərurət olduqda dayaqla möhkəmləndirilməsi vacibdir.
Fidan


