Icma.az
close
up
RU
Segah üstdə yazılan ağı

Segah üstdə yazılan ağı

Icma.az, 525.az portalına istinadən məlumat verir.

Esmira İSMAYILOVA
Filologiya üzrə fəlsəfə doktoru

Aqil Abbas "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına..." niyə badə qaldırır, yazıçını "Segah" üstə ağladan nədir?

Yazıçı-publisist, millət vəkili Aqil Abbasın Qarabağ mövzusunda qələmə aldığı "Çay qırağında bitib, susuz qalan ağacların sağlığına..." povesti yazıçının son illərdə yazdığı ən maraqlı, ədəbiyyatımızda mübahisə-müzakirə doğuran əsərlərdən biridir. Povest ilk oxunuşda bədii əsərdən daha çox, iki yaxın tanışın ərkyana zarafatını, çəpərüstü söhbətini xatırladır. Əsərin bədii, poetik üslubda yox, danışıq tərzində, həm də Ağdam şivəsində yazılması, jarqon ifadələrə geniş yer verilməsi, ərkyana zarafatların bolluğu oxucu bir yana, hətta peşəkar tənqidçini belə çaşdırır, əsərin təhlili ilə bağlı fikirlərinə düyün salır. Nədən, necə başlamaq, əsərin baş qəhrəmanlarına münasibət bildirmək, povestin ideya, məzmun, bədii xüsusiyyətlərini dəyərləndirmək, tərbiyəvi mahiyyəti barədə söz demək böyük məsuliyyət tələb edir.

Oxucu sual edə bilər: Aqil Abbas Qarabağ mövzusunda yazdığı sənədli povestini niyə məişət danışıq üslubunda yazıb, əsərində Ağdam şivəsinə üstünlük verməkdə məqsədi, məramı nə olub? Açığı, mənə elə gəlir ki, niyəsini heç yazıçının özü də düz-əməlli bilmir. Fikrimcə, Aqil Abbas illərdir içini yandıran, donduran, qəlbinə yük olan xatirələrindən bilmərrə qurtulmaq istəyib, bu istəyini sətirlərə boşaldıb və sonda həm üslub, həm dil, həm də mövzunun işlənməsi baxımından yeni, orijinal povestini ərsəyə gətirə bilib. Tənqidçi kimi yox, oxucu kimi  deyirəm - Aqil Abbas istəyinə nail ola bilib!

Povestdə ədəbi dil normaları, janr, mövzu qəlibi, tələbi, tənqidçilərin nə deyəcəkləri yazıçının "umurunda" olmadığından nə düşünübsə, elə o cür də yazıb Aqil Abbas. Eşitdiklərini, şahid olduqlarını qəlibə salmadan oxucuya olduğu kimi, tam təbiiliyi ilə təqdim etməyi, yazıçı səmimiyyətini daha məsləhətli bilib və belə də edib. Hər nə isə, görünən  budur ki, yazıçı oxunaqlı bir əsər ortaya qoymağı bacarıb. Povesti 70 yaşı adlamış yazıçının özünə hesabatı, keçmişi ilə dərdləşməsi kimi də qəbul etmək olar. Aqil Abbas illərdir onu üzən, narahat edən, yaxınlarına belə açmağa ürək etmədiklərini varaqlara töküb. Ötən XX əsrin 90-cı və hazırkı XXI əsrin  ilk 20 illiyində baş verənləri olduğu kimi əks etdirmək millət vəkilinə hansı başağrılar gətirib - bu, ayrı söhbətin mövzusudur (Fikrimcə, bunsuz olmaz). Yəqin ki, Aqil Abbas bu barədə də nə vaxtsa yazacaq.

Diqqət etmisinizmi? Nə sirdirsə, son vaxtlar yazıçının qələmə aldıqlarının hamısı kövrək notdadır, xatirə motivinə köklənib, vida nəğməsi kimi həzindir. Ömrün payız dönəmində yazıçının bədii yaradıcılığındakı bu lirik ovqatı Aqil Abbasın yaradana şükranlığı, üzrxahlığıdır bəlkə də.

Qeyd edək ki, Qarabağ mövzusu son onilliklərdə ədəbiyyatımızın baş mövzusuna çevrilməkdədir. Bu mövzuda yazan nasirlərimiz, şairlərimiz,uğurlu əsərlərimiz az deyil. Elə Aqil Abbasın "Dolu"su nəyə desən dəyər. Amma yazıçının Abdal-Gülablı Şakirin xatirəsinə həsr etdiyi son sənədli povestini Aqil Abbas digər əsərlərindən daha çox sevir, dəyərli sayır qənaətindəyəm. Niyəsini müəllifin oxucularına bu əsərini mütaliə etmək tövsiyəsində axtarmaq lazımdır.

Povestə seçdiyi qəribə, həm də deyərdim ki, bir az da qəliz adla bağlı müəllifdən nəsə soruşmağa ehtiyac yoxdur. Əsərdəki alim obrazının dili ilə müəllif bu məsələyə belə açıqlıq gətirir: "Su qırağında bitib susuz qalan ağaclar! Dəniz qırağında bitib o dənizin balıqlarına həsrət qalan ağaclar. Nöyütün ortasında bitib nöyütsüz qalan ağaclar. Bir milyon ton pambıq verib kəfənsiz qalan ağaclar. Dünyaya elm bəxş edib özü bu elmdən kənar qalan ağaclar... Sayım, bəsinizdir? Çay kənarında bitib susuz qalan bu millətdir də". Sağlığın açıqlaması əsərin ideyasının, bədii məzmununun, yazıçının məqsədinin açıqlamasıdır həm də.

İllərdir davam edən, iki qonşu milləti üz-üzə qoyan, minlərin ölümünə, qaçqınlığına səbəb olan Qarabağ münaqişəsi kimlərə lazım idi, onu kimlər törətdi, nə məqsədlə etdi, münaqişənin kökündə nələr dayanır, ziyana uğrayanlar kimlər oldu? Aqil Abbas erməni Surenin oğlunun dili ilə povestində bu sualların cavabını verməyə çalışıb:  "Şakir əmi, Həzrət Abbas haqqı, bayeviklər gələndən dədəm evdən çölə çıxmır. İspanakertdəki əmim olmasaydı, dədəmi çoxdan güllələyərdilər. Mən də çıxmışdım heyvanların dalınca, sizinkilərə rast gəldim, tutub gətirdilər. Onu güllələdilər. Heç demə, o biri kolxoz sədrlərinə də qoşulub sizin hökumətə məktub yazıblarmış ki, gəlin bizi bayeviklərin əlindən alın. O məktub da hardansa ötürülüb bayeviklərə, onlar da məktuba qol çəkənlərin hamısını bir-bir tapıb güllələyiblər".

Yazıçı Aqil Abbasın Abdal-Gülablı Şakiri əsərinin baş qəhrəmanına çevirməsi, adi bir qarmonçunu bədii obraz səviyyəsinə qaldırması heç də təsadüfi deyil. Ona görə ki, ən ağrılı anında belə bu insan şərəf və ləyaqətini itirmir, kəsdiyi duz-çörəyə qiymət qoyur, dosta xəyanəti binamusluq sayır:

- Bunu buraxın getsin.

- Niyə?

- Buraxın getsin. Bu, o ermənilərdən deyil. Oğraşın dədəsiylə də bir ton çörək kəsmişiy. Toyunu da Rəmişlə mən eləmişəm. Get, ə, get evinizə. O dədən oğraşa da deynən ki, adam kişi olar, çörək yediyi qaba tüpürməz. Denən elə eləməsin ki, gəlif onu özüm öldürüm".

Bu yerdə Viktor Hüqonun yaradıcılığının son ədəbi akkordu sayılan məşhur "Doxsan üçüncü il" romanını, onun qəhrəmanı Markiz de Lantenakı xatırladım. Əsərdə Viktor Hüqonun qəhrəmanının dili ilə dediyi o həqiqəti ki, həyatda hər şey mümkündür, insan bəzən siyasi düşmənlərinə belə aman verə bilir!

Müharibənin gətirdiyi ağrı-acılar, kasıbçılıq, köçkünlük dərdi çox şeylərin üstündən qələm çəkib, insanları maddi-mənəvi cəhətdən çox əskiltsə də, onların ürəklərindəki ümid işığını söndürə, insaniyyətini öldürə bilməyib.  Abdal-Gülablı Şakiri oxucuya sevdirən də içini işıqlandıran, onu heç vaxt tərk etməyən ilahi nurdur, işıqdır: "Yasamal qəbiristanlığına çatanda, yadına Xudu Məmmədov düşdü. Bakıda elə də çox olmamışdı, bir əsgərliyə gedəndə, bir də qayıdanda şəhərdə iki-üç gün qalıb azadlığın kefini çıxarmışdı, bir də Xudu Məmmədov rəhmətə gedəndə gəlmişdi onun dəfninə. Ürəyində dedi ki, bir də nə vaxt yolum buralara dəşəcək, girim Xudu Məmmədovu bir ziyarət edim, bir "Yasin" oxutdurum ruhu şad olsun".

Aqil Abbasın Azərbaycan reallığının əksi olan sənədli povestində xalqın öz sənətkarlarına olan sevgisi, hörməti gözəl əks etdirilib. Xalqın Rəmişə, Abdal-Gülablı Şakirə olan hörməti təkcə tanınmış gitara, qarmon ifaçısına olan dəyər deyil, milli musiqimizə, milli dəyərlərimizə verilən qiymət kimi başa düşülməlidir. Aqil Abbasın təsvirində musiqi özü də bir obrazdır, düşmənə olan kini, nifrəti, baş verənlərin ağrısını, qaçqınlıq, köçkünlük dərdini, yurd itkisini, yağı tapdağında qalan  məzarlardakı itkin ruhların harayını "Segah"dan yaxşı kim anlada bilər ki? Və çaldığı "Segah" bu ağrıları içindən keçirən Şakirin ahıdır, naləsidir, xəcalətidir, içini yandıran utanc hissidir: "Segah" çalmırdı, yanan evini çalırdı, güllədən partlaya-partlaya ölən Qurdbasarını çalırdı, deşik-deşik olmuş maşınını çalırdı, od tutmuş kəndini çalırdı. Və gözlərindən də yaş axırdı. Elə başına toplaşan adamların da gözlərindən yaş gəlirdi. Onlar da yanan evlərini görürdülər, yanan məktəblərini görürdülər, erməni gülləsindən qaçan camaatın vay-şivən səsini eşidirdilər".

Yazının əvvəlində qeyd etmişdim, bir daha xatırladım ki, əsərdəki hadisələrin baş verdiyi zaman kəsiyində ölkədə baş verən neqativ hallar, rüşvətxorluq, qaçqınlara yardım kimi ayrılan cüzi vəsaitə də şərik çıxanların olması, köçkünlərin ağır maddi şəraitdə yaşaması, onların bu vəziyyətindən faydalananları Aqil Abbas povestində kəskin tənqid edir, qəhrəmanının dili ilə bu şəxsləri tutduqları mövqedən, vəzifədən asılı olmayaraq yıxıb-sürüyür: "Cənab başçı deyir ki, istəyir onu qoyaq yataqxanaya qaçqınların nümayəndəsi, çörəkpulunu da o paylasın. Hər qaçqının çörəkpulundan da bir məmməd tutsan, dədənə də bəsdi.

Şakirin onsuz da qara olan rəngi bir az da qaraldı. Yerindən qalxdı, yapışdı gələnlərin birinin qalstukundan:

- Ə, qurumsax, durun basın bayıra. Camahat gözünü o çörəypuluna tikif. İndi mən, Şakir, Avdal-Gülablı Şakir, qarmonçalan Şakir camahatın çörəypulundan oğurruyum? Gedin o cənabdı-nədi, nəyin başıdı, ona deyin ki, onun verdiyi iş təpəsinə dəysin. Bu yataxxanalardakılar gözünü dikif çörəhpuluna. Onların çörəhpulusu ilan sümüyüdü, adamın boğazında qalar. Amma sizlərin nətəər boğazında qalmır, Allah bunu nətəər götürür, başa düşmürəm".

Qarmonçalan Şakirin bildiyi bir həqiqət var: Nə qədər ki, yurdu düşmən tapdağındadır, özünü kişi hesab etməyə haqqı yoxdur. Toylara getməyi özünə yasaq edən Şakirin yorğan döşəyinə də pal-paltarlı uzanması çox mətləblərin açıqlamasıdır. Elə onun Lökbatandan baş götürüb Ağdamın hələ azadlıqda qalan Quzanlı qəsəbəsinə dönüş qərarını verməsi, getməmişdən əvvəl qaçqın həmkəndlilərinin nisyə borclarını ödəməsi, nisyə dəftərini cırıb atması göstərir ki, insanı öldürmək olar, şərəfini sındırmaq yox: "Market Vəliş gedib nisyə dəftərini gətirdi. Şakir nisyə dəftərini aldı, heç açıb baxmadı. Cırıqlayıb tökdü yerə. Market Vəlişin gözü çıxdı kəlləsinə. Domino oynayanlar da təəccüblə Şakirə baxdılar".

Ağdama qayıtdıqdan sonra Şakirin ilk işi erməni iyi verən maşından qurtulmaq olur: "Təpənin yaxınlığındakı Hüseyn bulağında düşüb əl-üzlərini yudular, sonra da Şakir bakdan bir vedrə benzin çəkdi, tökdü maşının üstünə, içinə. Arvad-uşağa dedi bir kənarda durun, cibindən kibrit çıxarıb yandırdı və atdı maşının üstünə".

Erməni Surenin maşınını yandırmaqla Şakir onu narahat edən iydən qurtulsa da, ruhən narahatdır. Ona görə ki: "Qarabağdan hələ erməni iyi gəlirdi. Bu iyi Qarabağdan yuyacaq oğlanlar hələ orta məktəbdə qız üstə dalaşırdılar, çoxu hələ doğulmamışdı, analarının qarnındakı müqəddəs zülmətdə mışıl-mışıl uyuyurdular. Bəziləri isə hələ təzəcə doğulmuşdular, analarının döşlərindən Vətən əmirdilər. Gün gələcəkdi məktəbdə qız üstə dalaşan oğlanlar heç üstündə dalaşdıqları qızları öpməmiş əsgər paltarı geyəcəkdilər, analarının müqəddəs bətnində mışıl-mışıl yatan balalar doğulacaqdı, özlərindən əvvəl doğulanlar kimi, analarının döşündən Vətən əməcəkdilər, sonra da böyüyüb kişi olacaqdılar və gedəcəkdilər Qarabağdan erməni iyini təmizləməyə.

Amma bu gedən oğullar heç vaxt ermənilər kimi qansız olmayacaqdılar. Yazıçının əsər boyu gəldiyi qənaət belədir və öz xalqının ədalətinə, insanpərvərliyinə olan etimaddan doğur: "Gün gələcəkdi Şakirin övladları da, Müşfiq Abbasovun oğlanları ilə birgə Böyük Vətən müharibəsində Şuşayacan gedəcəkdilər. Kəndlərinin də, bütün şəhidlərin də qisasını alacaqdılar, amma heç kəsin başını kəsməyəcəkdilər. Çünki ermənilər kimi faşist deyildilər".

Bilirsiniz əsərdə mənə ən xoş gələn cəhət nədir? Aqil Abbasın Vətən anlamı, Ağdam sevgisi: "Dünyada Ağdamnan böyüh şəhər yoxdu. Heş dünyada Ağdamnan gözəl şəhər də yoxdu". "Hardan başlanır Vətən? Bu məşhur suala bundan tutarlı cavab varmı - məncə yox!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:73
embedMənbə:https://525.az
archiveBu xəbər 28 Aprel 2025 15:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail İran a saldırdı üst düzey komutanlar ve bilim insanları öldürüldü tesisler vuruldu

13 İyun 2025 08:45see237

İran hücumun olacağını bilirdi? Hədəf Xameneidir, yaxın günlərdə...

13 İyun 2025 08:15see165

Tehran bu gecə... Video

13 İyun 2025 05:51see141

Sənədsiz evlərin bir çoxu kənd təsərrüfatı torpaqlarında tikilib Komitə sədri

12 İyun 2025 13:24see136

Müharibə ANONSU: Yaxın saatlarda İsrail İrana hücum edən bilər 3 PLAN

12 İyun 2025 09:46see133

İsrail Təbrizi vurdu VİDEO

13 İyun 2025 08:33see132

İsrail İrana zərbələr endirib: generallar həlak olub Tehran qisas vəd etdi

13 İyun 2025 08:31see132

İrana “önləyici zərbə” endirilib

13 İyun 2025 07:52see126

İsrail İranda bir sıra təxribat əməliyyatları həyata keçirdi Axios

13 İyun 2025 06:55see126

Tehranın şimal qərbində partlayış baş verdi

13 İyun 2025 20:53see126

Dəniz xiyarlarında aşkar olunan şəkər xərçəngə qarşı perspektivli vasitə kimi qiymətləndirilib

12 İyun 2025 08:17see125

SON DƏQİQƏ: İranın vurulan əsas nüvə obyektinin peyk görüntüləri yayıldı FOTO KONKRET

13 İyun 2025 16:29see123

Azərbaycan şahmatçısının Münhendə dördüncü qələbəsi

12 İyun 2025 10:25see123

Çindən olan 92 yaşlı nənə hər gün 200 təkan edir...

12 İyun 2025 23:07see119

Bu kadrlar Bakıdakı uşaq bağçasında çəkilib Video

13 İyun 2025 02:40see119

G7 liderləri fikir ayrılığı səbəbindən sammitdən sonra ayrı ayrı bəyanatlar verəcəklər

13 İyun 2025 01:28see118

Fransa şirkəti ilə alüminium sənayesi üzrə əməkdaşlıq müzakirə olunub

12 İyun 2025 22:19see118

Beynəlxalq Əmək Təşkilatı: dünyada 137 milyon uşaq əməyə cəlb olunub

12 İyun 2025 08:41see118

Putin: Rusiya həqiqəti və ədaləti müdafiə edir

12 İyun 2025 14:35see118

İstanbulda zəzlələ olub 3,5 bal gücündə

12 İyun 2025 06:45see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri