Icma.az
close
up
RU
Bərdədə qonşular heyvan üstdə dalaşdılar

Bərdədə qonşular heyvan üstdə dalaşdılar

Bakupost portalından alınan məlumata görə, Icma.az xəbər verir.


Bərdə rayonunda 39 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Bakupost.az bildirir ki, "Teleqraf"ın əldə etdiyi xəbərə görə, hadisə 2022-ci il noyabrın 21-də Nazırlı kəndində baş verib.

Kənd sakini Elgiz Məmmədov həmin gün saat 15:30-da yaşadığı evin həyətyanı sahəsinə qonşusu Orxan Tofiq oğlunun xırdabuynuzlu heyvanlarının daxil olmasına narazılığını bildirib. Yaranmış mübahisə zamanı ona müxtəlif dərəcəli xəsarətlər yetirib.

Hadisəni törədən E. Məmmədovun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Elgiz Məmmədov özünü təqsirli bilib. İfadəsində göstərib ki, Orxan və Tofiq onun qonşularıdır: “Təxminən hadisədən 2 il əvvəl itimiz qonşu Tofiqin həyətinə keçdiyinə görə barəmdə Daxili İşlər Nazirliyinin “102” qaynar xəttinə zəng edərək şikayət etdi. Buna görə aramızda narazılıq yarandı. Hadisədən əvvəl həyətyanı torpaq sahəmə arpa əkmişdim. Orxangilə məxsus ev quşları və xırda buynuzlu heyvanlar həyətyanı sahəyə girdilər. Hər dəfə xəbərdarlıq etsəm də, bu hal təxminən 4-5 dəfə təkrar oldu”.

Təqsirləndirilən şəxs qeyd edib ki, hadisə günü təxminən saat 15 radələrində yenə də qonşuları Tofiq və Orxana məxsus olan xırda buynuzlu heyvanların arpa sahəsinə keçiblər: “Tofiqə zəng edərək bu barədə dedim. Təxminən 2-3 dəqiqə sonra Orxan gəldi. Qoyunları çıxardı, yolla aparanda mən də aşağı düşərək ona yaxınlaşdım. Söhbət vaxtı atası Tofiqi görəndə Orxan qəfil kəllə ilə üzümə vurdu. Zərbədən qaşım partladı və yerə yıxıldım. Gözüm qaraldı, bir az yerdə oturdum.

Özümə gələndə Tofiqin yanımda olduğunu gördüm. Dedim ki, bu, düz iş deyil, adam-adamı öz qapısında ailə-uşağının yanında vurmaz. Qaşımdan qan axdığı üçün su kranına tərəf getdim və əl-üzümü yuyanda Tofiqə yenə də oğlunun düzgün hərəkət etmədiyini dedim. Tofiq mənə nalayiq söz işlətdi. Dedi ki, yeri gəlsə evini, maşınını sataraq kirayədə qalar, qanımı batırar.

Mən də Tofiqə qarşılıq dedim ki, sən qələt edirsən, kimsən mənim qanımı batırırsan? Bu zaman qarşılıqlı söyüş söydük. Tofiq oğlu ilə evlərinə tərəf getdi. Bu zaman azyaşlı oğlumu da yolda vurduqları üçün əsəbiləşdim. Yerdən daş götürərək Orxana tərəf atdım. Daş onun baş nahiyəsinə dəydi. Səs-küyə qonşularımız və ailə üzvlərim gəldi”.

Təqsirləndirilən şəxs daha sonra ifadəsində göstərib ki, Orxana xəsarət yetirməsini səbəb özü və azyaşlı oğlunun onunla atası tərəfindən döyülməsi olub. O, əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını deyib.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə E. Məmmədov 2 il 11 ay 28 gün azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi, cəzasının əvvəli 2025-ci ilin fevralın 28-dən hesablanması müəyyən edilib.

Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, himayəsində azyaşlı uşağının, əlil qardaşının və ailəyə yeganə qazanc gətirən şəxs olmasını nəzərə alınmasını, daha yüngül cəza təyin olunmasını xahiş edib.

Onun şikayətinə Gəncə Apellyasiya Məhkəməsində baxılıb. Hakim Müşfiq Məmmədovun sədrlik etdiyi kollegiya apellyhasiya şikayətinin dəlillərini araşdırıb. Yuxarı instansiya məhkəməsinin hakimləri hökmü qanuni hesab ediblər.


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:82
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 01 Sentyabr 2025 12:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see399

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see286

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see286

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see280

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see253

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see245

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see211

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see210

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see197

Təkcə silahla yox, imanımız və canımızla... Cəbrayılı azad edən XTQ mayoru DANIŞDI

04 Oktyabr 2026 17:06see197

Onlar sevgilərini elan etdilər! İlk FOTO gəldi

04 Oktyabr 2026 13:32see196

Riçard Girin həyat yoldaşı nadir ailə fotosunu paylaşdı

04 Oktyabr 2026 22:13see194

Bakı bu gün öz keçmişi ilə “danışır”

04 Oktyabr 2026 15:01see187

İkardidən Qalatasaray la bağlı sürpriz qərar

05 Oktyabr 2026 00:42see186

Maks Ferstappen Malayziya Qran prisinin qalibi olub

04 Oktyabr 2026 14:54see186

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see177

Zidan: Ronaldo möhtəşəm karyera qurub

05 Oktyabr 2026 04:36see166

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see162

Cəbrayıl Şəhəri Günü Zəfər salnaməsindən Böyük Qayıdışa gedən yol Vüqar Rəhimzadə

04 Oktyabr 2026 10:30see158

Yeni mövsümü müzakirə yaratdı

05 Oktyabr 2026 01:05see158
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri