Bakının mərkəzində məlumatlandırıcı lövhə avtobus yoluna aşdı FOTO/VİDEO
Icma.az bildirir, Bizim media portalına istinadən.
Güclü külək səbəbindən paytaxtın mərkəzində yerləşən məlumatverici lövhə aşıb.
Bizim.Media-nın əməkdaşı xəbər verir ki, hadisə Səməd Vurğun küçəsi 53 ünvanında baş verib.
Yol kənarında hündürlükdə yerləşən lövhə yolda hərəkət edən 61 saylı avtobusun kənarına aşıb. Aşmış lövhə avtomobil yolunda nəqliyyat vasitələrinin hərəkətinə maneə yaradıb.
Hərəkət müvəqqəti dayanıb və avtobusun yan hissəsinə ilişib qalan lövhə yaxınlıqda olan şəxslərin köməyilə götürülüb.
Bundan sonra sərnişin avtobusu yoluna davam edib.
Xoşbəxtlikdən xəsarət alan olmayıb.
Bizim.Media

Bakının mərkəzində yenilik Foto
07 Yanvar 2025 16:14
Bakının mərkəzində yol çökdü FOTO
24 Fevral 2025 21:56
Bakının mərkəzində 4 maşını əzən “Kia” aşdı Video
12 Fevral 2025 12:56
Bakının mərkəzində YAŞIL SOYQIRIM / VİDEO
26 Mart 2025 16:08
Bakının mərkəzində tülkü görüntüləndi VİDEO
21 Noyabr 2024 14:46

