Icma.az
close
up
RU
Bakının mərkəzində yanğın təhlükələri: Xüsusi yerlər ayrılmalıdır

Bakının mərkəzində yanğın təhlükələri: Xüsusi yerlər ayrılmalıdır

Demokrat.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

“Tütün məmulatlarının istifadəsi ilə bağlı Azərbaycanda kifayət qədər hüquqi normativ baza mövcuddur. Bunlardan ən əsasları Tütün Məlumatların istifadəsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Qanunu, habelə, Azərbaycan Respublikasında yanğın, təhlükəsizlik qaydaları və həmçinin əhalinin sağlamlığının qorunması haqqında, eləcə də beynəlxalq konvensiyalar, müqavilələr, o cümlədən Azərbaycan Respublikasının Konstitusiyasıdır”.
Bunu Demokrat.az-a açıqlamasında təhlükəsizlik eksperti Samir Nəbiyev deyib.
Ekspertin sözlərinə görə, bu qaydalar ilk növbədə tütün məmulatlarından istifadə zamanı yaranan tüstü vasitəsilə ətrafdakıların sağlamlığının qorunması və həmçinin də yanğın təhlükəsizlik qaydaları nəzərə alınmaqla tətbiq edilir:
"Bu istiqamətdə həm siqaret çəkənlərin, həm də çəkməyənlərin vətəndaş hüquqları qorunduğu üçün bir çox qapalı ərazilərdə tütün məmulatlarından istifadə qadağan olunub. Burada məqsəd həm tüstünün siqaret çəkməyən adamlara zərər vurması, o cümlədən də yanğın təhlükəsindən irəli gələn tələblərə görə yanğın təhlükəsizliyini təmin etməkdir".
O bildirib ki, yanğın təhlükəsizlik qaydalarında da bunun üçün əlavə qeydlər var ki, xüsusi yerlər ayrılmalıdır:

"Bu yerlər yanan, tez çalışan maddələrdən uzaq olmalıdır, daha təhlükəsiz ərazi seçilməlidir. Biz bu istiqamətdə az olsa belə, təcrübədə görmüşük ki, hər hansı bir eyvandan siqaret kötüyü atılır, iplərdə sallanan qurumuş paltarlara düşür, paltarlar alışıb yanır və yanğın oradan da eyvana keçir. 
O cümlədən, istirahət ərazilərində və yaxud meşə ərazilərində tütünün söndürülməməsi nəticəsində qurumuş ot örtüyünə düşdükdən sonra ot yavaş yavaş alışmağa başlayır. Havanın da küləkli olmasını nəzərə alsaq, artıq bu yanğın geniş arealı əhatə edə bilir. Bu səbəbdən istər istirahət yerlərində, istər idman turizmi zamanı bu cür qaydalara əməl olunmalıdır. 
Bildiyimiz kimi, qapalı ərazilərdə isə tütündən istifadə inzibati məsuliyyətə cəlb olunur, qadağandır və xüsusi siqaret çəkmək, tütündən istifadə üçün yerlər ayrılmalıdır".
Qeyd edək ki, bu gün Nərimanov rayonumda siqaretin karton qutuya atılması səbəbindən yanğın baş verib.
Əfsanə Kamal
Demokrat.az
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:108
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 29 İyul 2025 19:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri