Icma.az
close
up
RU
Bakının möhür vurduğu gerçəklik

Bakının möhür vurduğu gerçəklik

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycan bölgədə mövcud siyasi nizamı həqiqət və ədalət yolu ilə yaradıb

1992-ci ildə yaradılan ATƏT-in Minsk qrupu uzun müddət Qarabağ münaqişəsinin beynəlxalq səviyyədə həlli üçün əsas platforma kimi təqdim edilirdi. Lakin praktika göstərdi ki, qrup əslində konfliktin həllinə deyil, status-kvonun qorunmasına xidmət edib. Münaqişənin dondurulması, regionda qeyri-müəyyənliyin uzadılması Minsk qrupunun fəaliyyətinin əsas xətti idi. 

Ermənistan isə bu mexanizmi illərlə öz maraqları üçün istifadə etdi, işğal faktını beynəlxalq auditoriyadan gizlətmək üçün siyasi pərdə rolunda çıxış etdirdi. Bəs Minsk qrupunun ləğvi Ermənistan üçün nəyi dəyişir? Cavab isə birmənalıdır. Minsk qrupunun formal ləğvi artıq Ermənistanın uzun illər istifadə etdiyi arqumentləri qüvvəsizləşdirir. “Danışıqlar hələ davam edir” bəhanəsi artıq işləməyəcək, Azərbaycanın hərbi-siyasi qələbəsi beynəlxalq müstəvidə legitimlik qazanıb və beynəlxalq təşkilatlar məsələyə faktiki olaraq “bağlanmış konflikt” kimi yanaşmağa başlayıblar. Bütün bunlar isə Ermənistan üçün yeni siyasi reallıq deməkdir.

Ermənistanda bəzi siyasətçilər hələ də iddia edirlər ki, münaqişə güc yolu ilə həll oluna bilməz. Lakin tarixi nümunələr göstərir ki, əksər münaqişələr məhz güc faktoru ilə həllini tapıb. İkinci Dünya müharibəsi və sonrakı lokal müharibələr bunun bariz sübutudur. Daha yaxın nümunələrdə də bu prinsip özünü göstərir. 1990-cı illərdə Balkanlarda baş verən münaqişələrdə NATO qüvvələrinin hərbi müdaxiləsi Serbiyanın bəzi ərazilərdə hərbi üstünlüyünü əngəllədi və münaqişələrin həllində əsas rol oynadı. 2008-ci ildə Rusiya–Gürcüstan müharibəsi zamanı da hərbi əməliyyatlar regiondakı güc balansını dərhal dəyişdirdi, diplomatik vasitələr isə yalnız bu əməliyyatların nəticələrini təsdiq etdi.

Nümunələr göstərir ki, beynəlxalq münasibətlərdə güc yalnız destruktiv vasitə deyil; bir çox hallarda dövlətlər öz suverenliyini qorumaq və işğalçıları geri çəkilməyə məcbur etmək üçün güc tətbiq etmək üsuluna gedirlər. Azərbaycan da Qarabağ məsələsində güc faktoru və strateji hərbi planlamadan istifadə edərək, hüquqi və diplomatik sahədə daha dayanıqlı reallıq yaratdı.

Əgər güc amili beynəlxalq münasibətlərdə istisna olunsaydı, nə baş verərdi? Güc faktoru olmadan işğalçı tərəflər əraziləri qaytarmağa məcbur edilə bilməzdi, dövlətlərin suverenliyi daim təhdid altında qalardı. Beynəlxalq hüquq isə bunu nəzərə alaraq güc tətbiqini bəzi hallarda – işğala son qoymaq və ya separatizmə qarşı mübarizə məqsədilə – legitim hesab edir. Məhz bu baxımdan, Azərbaycanın addımları həm hüquqi, həm də strateji baxımdan məntiqli və zəruridir. Minsk qrupunun ləğvi isə bu reallığı daha da möhkəmləndirir və Ermənistanın ritorikasının beynəlxalq səviyyədə çəkisini zəiflədir.

Ermənistanın siyasi mədəniyyətində uzun illər boyu dominantlıq edən bir ideya var: “mübarizə yolu ilə inkişaf”. Həmin konsepsiya əsasında dövlətin möhkəmlənməsi və millətin birliyi daim qarşıdurma və münaqişə ilə bağlıdır. Hətta diaspor dairələrinin emosional ritorikası və bəzi populist siyasətçilərin çıxışları bu ideyanı gücləndirmiş, onun ideoloji çəkisini artırmışdır. Lakin reallıq göstərir ki, mübarizə mifinə əsaslanan bu yanaşma Ermənistan üçün inkişafdan çox tənəzzül və geriləmə gətirib. Münaqişə ritorikası iqtisadi resursları istehlak etmiş, Ermənistanı regional əməkdaşlıqdan kənarda qoymuş, demoqrafik böhranın dərinləşməsinə səbəb olmuşdur.

Bəs niyə Ermənistan “mübarizə yolu ilə inkişaf” modelini seçdi? Bu yanaşmanın əsas səbəbi dövlət institutlarının zəifliyi və iqtisadi potensialın məhdudluğudur. Ermənistan rəhbərləri real iqtisadi və sosial inkişaf proqramları irəli sürə bilmədikləri üçün cəmiyyəti mif və ideoloji narrativlərlə yönləndirmişdilər. Qarabağ məsələsi isə bu mifin mərkəzi elementi olmuşdur; sanki münaqişə davam etdiyi müddətcə dövlət də güclənəcəkmiş. Amma təcrübə göstərdi ki, əksinə, illüziyalar Ermənistanı reallıqdan uzaqlaşdırmış, ölkəni strateji təcrid vəziyyətinə salmışdır.

Münaqişə ritorikası səbəbindən Ermənistan regiondakı strateji layihələrdən kənarda qalmış, qonşu ölkələr özlərinin inteqrasiya və iqtisadi imkanlarını gücləndirmişlər. Azərbaycan enerji və nəqliyyat marşrutları ilə beynəlxalq əhəmiyyət qazanmış, Gürcüstan regional layihələrdə mövqeyini möhkəmlətmiş, Mərkəzi Asiya ilə yeni iqtisadi inteqrasiya imkanları ortaya çıxmışdır. Həmin müddətdə Ermənistan isə “qalib xalq” mifinə sığınaraq iqtisadi resurslarını itirmiş və xarici maliyyə asılılığına daha çox meyillənmişdir.

Mübarizə ideologiyası Ermənistanın inkişafına necə təsir edib – qazanc və itkilər nələrdir? Qeyd edə bilərik ki, qazanılan tək şey daxili auditoriya üçün yaradılmış illüziya və ideoloji əminlikdir. Amma nəticələr ağırdır: iqtisadi inkişaf imkanlarının itirilməsi, regional izolyasiya, əhalinin azalması və miqrasiya dalğası, dövlət institutlarının zəifləməsi. Bunlar uzunmüddətli perspektivdə Ermənistanın mövcudluğunu və dayanıqlılığını ciddi şəkildə təhdid edir.

Ermənistanın gələcəkdə çıxış yolu yalnız reallığı qəbul etməsindən keçir. Dövlətin inkişafı əməkdaşlıq, iqtisadi inteqrasiya və regiondakı dəyişən balansları düzgün qiymətləndirməkdən asılıdır. Əks halda, “mübarizə yolu ilə inkişaf” tezisi yalnız daha dərin siyasi, iqtisadi və sosial böhran yaradacaq, Ermənistanı strateji geriləməyə məhkum edəcəkdir.

Qarabağ məsələsinin hərbi-siyasi həlli Cənubi Qafqazda tamamilə yeni geosiyasi reallıq yaradıb. Azərbaycan yalnız ərazi bütövlüyünü bərpa etməklə milli maraqlarını qorumaqla kifayətlənməyib, həm də regiondakı güc balansını kökündən dəyişib. Bu gün bölgədə əsas siyasi aktor məhz Azərbaycan hesab olunur, onun strategiyası regional əməkdaşlıq və iqtisadi inkişafı prioritetə çevirir.

Yeni reallıq region ölkələri üçün hansı nəticələr doğurur? Yeni balans Azərbaycanın enerji və nəqliyyat xəritələrinin mərkəzə çevrilməsinə imkan verib, Türkiyə ilə strateji müttəfiqlik regionda güclü tandem yaradır. Gürcüstan bu proseslərdən faydalanaraq tranzit rolunu qoruyur və iqtisadi imkanlarını artırır. Ermənistan isə seçim qarşısındadır: ya yeni reallığı qəbul edib region inteqrasiyasına qoşulmaq, ya da təcridi dərinləşdirərək sosial və iqtisadi itkiləri artırmaq.

Ermənistanın daxili siyasi dairələri hələ də “qapanmamış münaqişə” illüziyası ilə yaşayır. Amma hərbi və diplomatik baxımdan bu mövzu artıq bağlanıb. Ermənistanın suverenliyi, dayanıqlılığı və inkişaf perspektivi yalnız regional əməkdaşlıqdan keçir. Siyasi ritorika ilə reallıq arasındakı fərq nə qədər uzansa, Ermənistanın itkiləri də bir o qədər böyüyəcək.

Maraqlıdır ki, Ermənistan hansı ssenarini seçə bilər? Birinci ssenari reallığı qəbul etməkdir: Azərbaycanın ərazi bütövlüyünü tanımaq, qonşularla normal münasibətlər qurmaq və regional əməkdaşlıq formatlarına qoşulmaq. Bu halda Ermənistan yeni iqtisadi imkanlar əldə edə bilər, beynəlxalq izolyasiyadan çıxaraq strateji mövqeyini bərpa edə bilər. İkinci ssenari isə köhnə ritorikanı davam etdirməkdir: “mübarizə” mifini qoruyaraq təcrid və iqtisadi böhranı dərinləşdirmək. Belə olan halda isə Ermənistan yalnız daha çox asılı vəziyyətə düşəcək və region proseslərində təsirsiz qalacaq.

Azərbaycan üçün Qarabağ məsələsi artıq bağlanıb və rəsmi Bakı yeni mərhələdə regionda sülhün və əməkdaşlığın tərəfdarı olduğunu açıq şəkildə bəyan edir. Eyni zamanda təhlükəsizliyə yönələn hər hansı təhdid cavabsız qalmayacaq. Bütün bunlar regionda oyun qaydalarını müəyyən edən aktorun Azərbaycan olduğunu göstərir.

Son olaraq qeyd edə bilərik ki, Cənubi Qafqazda yeni siyasi nizam mövcuddur və bu nizam Azərbaycanın hərbi gücü, diplomatik qətiyyəti və iqtisadi imkanları üzərində qurulub. Ermənistan üçün seçim aydındır: ya bu yeni reallığa uyğunlaşmaq, ya da tarixən olduğu kimi dalana dirənmək və regional proseslərdən təcrid olmaq. 

Şəbnəm ZEYNALOVA
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:86
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 10 Sentyabr 2025 10:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara və Ağ Məryəm Bağırova yazır

08 Dekabr 2025 14:14see2072

Slovakiya Avropa İttifaqının üzvü kimi Azərbaycanın bu istiqamətdə yaxın partnyorudur

08 Dekabr 2025 20:48see255

Azad Şabanov “Qızım” mahnısını təqdim etdi VİDEO

08 Dekabr 2025 14:39see242

Bakı Sumqayıt yolu ilə bağlı PROBLEM Dayanacaq olsun

09 Dekabr 2025 16:57see220

Kimlər gün ərzində 2 3 litr su içə bilər? Terapevtdən AÇIQLAMA

08 Dekabr 2025 17:33see203

Müdafiə Naziriliyi əhalini təşvişə düşməmməyə çağırır

08 Dekabr 2025 09:51see176

Azərbaycan xarici ölkələrə yumurtanı neçəyə satır?

09 Dekabr 2025 22:08see175

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see162

bp nin insan hüquqlarına maarifləndirici dəstəyi

09 Dekabr 2025 11:05see146

Slovakiya Azərbaycanın Avropada etibarlı strateji tərəfdaşıdır

08 Dekabr 2025 18:38see140

İsa bəy Hacınski haqqında gecikmiş KİTAB

08 Dekabr 2025 17:39see140

Rəqsanə efirdə AĞLADI VİDEO

08 Dekabr 2025 22:01see138

DTX də başlanılan cinayət işi Aslan Həsənova HÖKM OXUNDU

09 Dekabr 2025 09:17see137

Krımın işğalından sonra məhkəmə şəkişmələri səngimək bilmir

08 Dekabr 2025 09:52see132

Tramp: ABŞ Ukraynada nizamlanma üzərində işləməyə davam edir

09 Dekabr 2025 02:25see131

Ərdoğan Orbanla görüşdü: 16 razılaşma...

08 Dekabr 2025 18:47see130

Çinli avtomobilindəki cızığa görə 3 nəfəri öldürdü

08 Dekabr 2025 09:44see129

Bakıda yeni mənzili ən ucuz bu ərazilərdən almaq mümkündür

08 Dekabr 2025 18:46see129

MPL: Turan Tovuz un Qəbələ sınağı, Neftçi Sabah la derbiyə çıxır

08 Dekabr 2025 09:03see129

KİV: Toni Bleyer Trampın Qəzza planından kənarlaşdırılıb

09 Dekabr 2025 03:17see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri