Icma.az
close
up
RU
Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə həsr olumuş elmi praktiki konfrans keçirilib

Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə həsr olumuş elmi praktiki konfrans keçirilib

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 19 may, AZƏRTAC

Sosial Tədqiqatlar Mərkəzində “Bakı şəhərinin mövcud mənzil fondunun inkişafında yeni gözləntilər” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, müxtəlif dövlət qurumları, tənzimləyici orqanlar, ekspert dairələri və akademik ictimaiyyətin nümayəndələrinin iştirak etdiyi tədbirin əsas məqsədi Bakının mövcud yaşayış fondunun cari vəziyyəti və gələcək inkişaf istiqamətlərinə dair institusional dialoqu gücləndirməkdir.

Tədbirdə çıxış edən məruzəçilər urbanizasiya prosesi, binaların istismar müddəti və əmlak bazarındakı yeni tendensiyalarla bağlı önəmli fikirlər səsləndiriblər.

Sosial Tədqiqatlar Mərkəzinin sədri Zahid Oruc çıxış edərək bildirib ki, 2040-cı ilə qədər Bakıda yaşayış fondunun ümumi sahəsi 2020-ci illə müqayisədə 64 faiz artırılaraq 47 milyon kvadratmetrdən 78 milyon kvadrat metrə çatdırılacaq. Qeyd edilib ki, mənzil fondunun sürətlə böyüməsi əhalinin məskunlaşmasını da sürətləndirir.

“Ərazidə iqtisadi şərtlər daşınmaz əmlaka sərmayə qoyuluşunun artmasını və mənzil tikintisinin vüsət almasını şərtləndirir. Lakin əhali axını Bakının mənzil bazarına təzyiqləri artırır. Yaşayış fondlarının yaradılmasında bölgələrarası fərqin səbəblərindən biri də budur”, - deyə o bildirib

Eyni zamanda, enerji səmərəliliyi, mövcud infrastrukturun dayanıqlılığı və normativ tənzimləmələrə dair mühüm məqamlar gündəmə gətirilib. Konfrans çərçivəsində müasir şəhərsalma yanaşmaları və planlaşdırma modellərinin tətbiqi məsələləri də geniş nəzərdən keçirilib. İştirakçılar bir sıra konseptual təkliflərlə çıxış edərək mövcud mənzil fondunun təkmilləşdirilməsi üzrə alternativ yanaşmaları müzakirəyə çıxarıblar.

Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, mənzil bazarında əlçatanlıq problemi qalmaqdadır, qiymətlərin yüksəkliyi xüsusilə orta və aşağıgəlirli qruplar üçün mənzil sahibi olma imkanlarına təsir göstərir. Qeyd edilib ki, mənzil fondunun inkişafında qiymət faktoruna bir neçə amil təsir edir: “Bunlardan birincisi enerji səmərəliliyi və ekoloji dayanıqlılıqdır. Müasir şəhərsalma trendləri yalnız kvadratmetrlə ölçülən daşınmaz əmlak deyil, həm də texnoloji cəhətdən təchiz olunmuş, ekoloji baxımdan davamlı və yaşamaq üçün rahat məkanlar tələb edir. İkinci mühüm istiqamət isə kiçik və orta sahibkarlığın mənzil sektoruna inteqrasiyasıdır. Biz agentlik olaraq hesab edirik ki, bu sahədə özəl təşəbbüslərin genişlənməsi təkcə yaşayış sahələrinin sayının artmasına yox, eyni zamanda, tikinti materialları sənayesindən xidmət sektoruna qədər olan bütün sahələrin inkişafına təkan verir. KOB-ların mənzil fondunun genişlənməsində rolu həm bu sahənin şaxələnməsi, həm də infrastrukturun lokallaşdırılması baxımından əhəmiyyətlidir”.

Konfransda əməkdaşlıq formatları, hüquqi mexanizmlər və bazar iştirakçılarının rolu konfransın əsas müzakirə mövzularından biri olub.

Ekspertlər tərəfindən mənzil fondunun yenilənməsi, rekonstruksiya tədbirlərində dövlət və özəl sektor arasında optimal balansın yaradılmasının vacibliyi vurğulanıb.

Aparılmış geniş təhlillər əsasında paytaxtın mənzil sektorunda kompleks yanaşmaların tətbiqi zərurəti bir daha təsdiqlənib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:70
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 May 2025 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dəfn edilməyə aparılan körpə yolda ayıldı Bakıda ŞOK HADİSƏ

01 Yanvar 2026 23:36see230

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see227

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see190

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see177

Röya 3 kişi ilə yataqda VİDEO

02 Yanvar 2026 04:04see167

“Ölümü” Ukraynanın xüsusi əməliyyatı olubmuş − Denis Kapustin sağdır

01 Yanvar 2026 20:01see167

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see160

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see157

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see156

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see156

Xarici borcun tənzimlənməsi: Azərbaycan üçün “təhlükəsizlik yastığı”

01 Yanvar 2026 10:27see146

Azərbaycanlı qanuni oğru lar: 21 ci əsrdə... FOTO

01 Yanvar 2026 05:26see146

Azərbaycanlı trans: Əvvəl oğlumun atası, sonra anası olacağam VİDEO

02 Yanvar 2026 05:55see143

Azərbaycanı belə fəth etmək istəyirdilər İfşa olundu

01 Yanvar 2026 01:47see141

ABŞ qüvvələrindən qaçan Venesuela tankerinin üzərində Rusiya bayrağı..?

31 Dekabr 2025 20:19see138

Azərbaycanlı müğənni: Ay ailə başçıları, gey müğənniləri niyə toya çağırırsız?! FOTO

02 Yanvar 2026 04:55see137

2026 cı ilin ilk günündən qüvvəyə minən QANUNLAR

01 Yanvar 2026 09:05see135

Əzgilin bu faydaları varmış...

02 Yanvar 2026 05:09see134

“Qarabağ bizim idi, indi bizim deyil” ifadəsi tələdir Paşinyan

01 Yanvar 2026 12:55see132

Amazon arıları dünyada qanuni hüquqları olan ilk həşərat oldular

31 Dekabr 2025 21:46see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri