Icma.az
close
up
RU
Menu

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Dünyanın ən nəhəng abidələri

Naxçıvanın dünəninin tarixi yadigarları

Naxçıvanın dünəninin tarixi yadigarları

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Kəngərli xanlarının sarayı

Naxçıvan şəhərinin cənub-qərb hissəsində, Möminə Xatun türbəsinin yaxınlığında üçmərtəbəli tarixi bir bina var. Naxçıvan–Marağa memarlıq məktəbi üslubunda inşa edilmiş bu bina el arasında “Xan sarayı” adlandırılır. Bu yaraşıqlı binanı Naxçıvanın tanınmış Kəngərlilər nəslinə mənsub Kalbalı xan tikdirib.

Kalbalı xan 1787-ci ildən 1820-ci ilədək fasilələrlə Naxçıvan xanlığına rəhbərlik edib. 1820-ci ildən sonra isə xanın oğlanları Ehsan xan və İsmayıl xan bu binada Naxçıvan xanlığını idarə ediblər. Binanın Şərq memarlığı üslubunda, yüksək təpə (Xan diki) üzərində inşa edilməsi onu son dərəcə əzəmətli göstərir. Bu tarixi bina XVIII əsrin sonlarından XX əsrin əvvəllərinədək Naxçıvan xanlığının iqamətgahı, həm də xan ailələrinin yaşayış evi olub. Xanlıq ləğv olunduqdan sonra bu sarayda Kəngərli süvarilərinin komandanlığı yerləşmiş, 1918-1920-ci illərdə isə Naxçıvan Milli Müdafiə Şurasının Qərargahı buraya köçürülmüşdür.

“Əcəmi seyrəngahı” istirahət kompleksinə daxil olan bu saray binası 1998-ci ildən 2010-cu ilədək Naxçıvan Muxtar Respublikası Dövlət Xalça Muzeyi kimi fəaliyyət göstərib. Naxçıvan xanlığının dövlətçilik tarixini, irsini elmi əsaslarla qorumaq və təbliğ məqsədilə 2010-cu ilin oktyabr ayında burada “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyi yaradılıb. Bu il isə muzeyin yaradılmasının 15 illiyi tamam oldu. 2015-ci ildən obyekt “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksi kimi fəaliyyət göstərməyə başlayıb.

Kompleksin direktoru Rəhim Rəhimov bildirdi ki, Naxçıvan xanlığının əsası 1747-ci ildə Heydərqulu xan tərəfindən qoyulmuş, 81 il fəaliyyət göstərmişdir. 1828-ci il fevral ayının 10-da isə Türkmənçay sülh müqaviləsinə əsasən xanlığın fəaliyyəti dayandırılmışdır. 1828-ci il martın 21-də Naxçıvan və İrəvan xanlıqları rəsmi şəkildə ləğv edilərək Rusiyanın tərkibinə qatılmışdır. Müsahibimiz Ulu öndər Heydər Əliyevin Naxçıvan xanlığının milli dövlətçilik tariximizdə böyük rol oynaması barədə dedikləri də xatırlatdı: “Naxçıvan xanlığı da Atabəylər dövlətçiliyinin davamı kimi özünü göstəribdir. Naxçıvan xanlığı, Azərbaycanın başqa bölgələrinin xanlıqları Azərbaycan dövlətçiliyini təmsil ediblər, Azərbaycanı qoruyub yaşadıblar”.

Rəhim Rəhimov bildirdi ki, “Xan sarayı” Dövlət Tarix-Memarlıq Muzeyinin ətraf ərazi ilə birgə sahəsi 4,2 min kvadratmetrdir. Muzeyin özünün ekspozisiyası isə 9 zaldan ibarətdir. Binadakı otaqların divarlarında Naxçıvanın qədim yaşayış evlərinə məxsus taxçalar var və ekspozisiyanın salonlarında Naxçıvan xanlığının xəritəsi, məşhur Kəngərli nəslinin tanınmış hərbi-siyasi xadimlərinin fotoşəkilləri, onların nəsil şəcərəsi haqqında arxiv sənədləri, xatirə əşyaları nümayiş etdirilir. Həmçinin burada Naxçıvan xanlığının atributları, döyüş və dövlət bayraqları, etnoqrafik əşyalar qorunub saxlanılır.

Öyrəndik ki, cəmi 75 eksponatla fəaliyyətə başlayan muzeydə hazırda 3000-ə yaxın eksponat var. Həmçinin burada muzey fondu əsas və elmi-köməkçi olmaqla, iki bölmədən ibarətdir. Ötən dövrdə muzeyin fəaliyyəti xeyli genişləndirilmiş, əhaliyə nümunəvi muzey xidməti göstərilmişdir. Müxtəlif dövrlərdə muxtar respublikaya səfər edən yerli və əcnəbi qonaqlara muzey haqqında geniş məlumatlar verilmişdir.

Bundan əlavə, tarixi əhəmiyyəti nəzərə alınaraq kompleksdə bu günədək bir çox beynəlxalq əhəmiyyətli tədbirlər, el şənlikləri, rəsm müsabiqələri, festivallar təşkil olunmuşdur. Eyni zamanda muxtar respublikanın ali təhsil müəssisələri ilə yaradılmış əməkdaşlıq əlaqələri çərçivəsində müvafiq ixtisaslar üzrə oxuyan tələbələrin təcrübə mübadiləsi təşkil olunmuş, kollektivlərə lazımi xidmətlər göstərilmişdir.

Qeyd edək ki, Naxçıvan xanlığının Azərbaycan dövlətçiliyinə verdiyi töhfələr böyükdür. Bu xanlıq böyük dövlət xadimləri, cəsur sərkərdələr yetişdirmişdir. Tək bir nəsildən altı generalın, bir çox ictimai xadimin yetişməsi bu sülalənin Azərbaycan tarixində nə qədər böyük yeri və rolu olduğunun göstəricisidir. Qürurvericidir ki, “Xan sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatun və Açıq Səma Altında Muzey Kompleksinin kollektivi bu gün də qəhrəmanlıqlarla dolu keçmişimizi, milli dövlətçilik tariximizi və bu tarixi özündə yaşadan mədəni irsimizi bura yolu düşən hər kəsə, o cümlədən gələcək nəsillərə sevərək tanıdırlar.

Ordubadda Ərbabın evi və ipək fabriki

Ulu öndər Heydər Əliyevin “Azərbaycanın incisi” adlandırdığı Ordubadın özünəməxsusluğunu bu bölgəyə yolu düşən hər kəs bilir. Dağların ətəyində, maili relyefdə salınmış qədim şəhər Azərbaycanda müasirliyi ilə yanaşı, orta əsrlərin ruhunu da indiyədək özündə qoruyub saxlayan azsaylı yaşayış yerlərindəndir.

Təsadüfi deyil ki, Böyük İpək yolu üzərində yerləşən və orta əsrlərin zəngin sənətkarlıq, ticarət mərkəzlərindən biri olan bu şəhər, həm də özünün mühüm memarlıq ənənələri ilə seçilir. Şəhərin 5 əsas məhəllə üzərində qurulması, hər məhəllənin özünün məscidi, çeşməsi, çinar ağacları ilə ümumi ansambl yaratması fonunda həm də buradakı evlərin tikililərində bu özünəməxsusluq aydın görünür. Şəhərin mərkəzində bir tarixi bina da var ki, bu gün də Ordubada gələn qonaqların diqqətini ilk baxışdan cəlb edir.

İkimərtəbəli, üzü cənub-qərb istiqamətində tikilmiş və geniş balkonu olan bu binanın nə az, nə çox, tam 160 yaşı var. Ordubadlılar arasında bu bina “Ərbabın iş yeri” kimi tanınır. Ordubad şəhərinin yaşayış memarlığı üslubunda tikilən binaları içərisində xüsusilə seçilən bu tarixi ev ordubadlı sahibkar Rzaqulu Rzayevə məxsus olub. O öz evinə bitişik ərazidə ipək fabriki açmış və onun ilk rəhbəri olmuşdur. Məhz onun sayəsində 1865-ci ildə Ordubadda baramaçılıq fabriki fəaliyyətə başlamışdır.

Fabrikin ərsəyə gəlməsində Rzaqulu Rzayev çox əziyyətlər çəkmiş və fabrik üçün 96 çeşməli, 24 adda dəzgah gətizdirmiş və müəssisəyə çox sayda işçi cəlb etmişdir. Ordubadın xeyirxah, işgüzar insanlarından olan Rzaqulu Rzayevə el arasında “Ərbab” deyərmişlər ki, bu da “ağa”, “cənab”, “sahib” sözləri anlamında işlədilərmiş. Məhz Ərbabın sayəsində bu iş yeri Ordubadda orta əsrlərdən inkişaf etdirilən baramaçılığın inkişafında böyük rol oynamışdır. Tarixi romanlar janrının banisi M.S.Ordubadinin memuarlarında da onun vaxtilə Ərbabın sexində işlədiyinə dair qeydlər vardır.

Mənbələrə əsasən, Ərbabın evinin birinci mərtəbəsi barama yığımı, ikinci mərtəbəsi isə ipək sarınması üçün istifadə olunarmış. Bu evin digər xarakterik xüsusiyyətlərindən biri də divarlarının enli və qalın olması, çatma tağlarla işlənməsidir. Binanın eyvan şəbəkələri əvvəlcə Avropa–Şərq memarlığının sintezi, sonralar isə sırf Şərqə aid Xətai şəbəkə üsulu ilə hazırlanmışdır.

Maraqlı faktlardan biri də budur ki, hazırda Ordubad Rayon Tarix-Diyarşünaslıq Muzeyində Ərbaba aid olan məşhur “Zınqırovlu sandıq” saxlanılır. Rzaqulu Rzayev qiymətli əşyalarını qorumaq üçün bu sandığı İsveçrədən gətirtdirmişdir. Odadavamlı dəmirdən hazırlanmış bu sandığın içərisində kiçik bir seyf də olmaqla, ümumi çəkisi 347 kiloqramdır. Sandığın diqqətçəkən xüsusiyyətlərindən biri də bir açar və 18 dillə bağlanmasıdır.

Muzeydə Ərbaba aid digər eksponatlardan biri də Fransadan gətirilmiş iri kəfkirli saatdır. Bu saat onun şəxsi istifadəsində olmuş və çalınan zəng fasilə vaxtını bildirərmiş. Deyilənə görə, Cümə məscidinin üzərinə quraşdırılmış həmin saatın zəngi vurulanda (məscidlə fabrik arasındakı məsafə, təxminən, 50–60 metr olar. – S.H.), onun səsi hətta İranın yaxın kəndlərində eşidilərmiş.

Xatırladaq ki, Ordubad ipəyi əsrlər boyu öz keyfiyyəti və gözəlliyi ilə ad qazanaraq beynəlxalq festivallarda mükafatlandırılmışdır. 1970-ci ildə Ordubadda toxucu sexi istifadəyə verildikdən sonra burada istehsal olunan xam ipəyin bir hissəsindən cod parça hazırlanır, digər hissəsi Şəki, Şamaxı, İsmayıllı, Moskva, Kiyev, Leninqrad (indiki Sankt-Peterburq), Düşənbə və s. şəhərlərə, habelə bir sıra xarici ölkələrə (İsveçrə, İtaliya, Belçika, Yaponiya, Tailand, Koreya) göndərilirmiş.

Mənbələrdəki məlumatlara görə, 1981-ci ildə burada 103,8 ton xam ipək, 624,9 min metr cod parça istehsal edilmişdir. Bu, 1940-cı ildəkinə nisbətən təqribən 3 dəfə çox idi. 1987-ci ildə kombinatda 108 ton ipək istehsal olunmuşdur. Sonrakı illərdə isə Naxçıvanın blokadaya salınması bir çox sahələr kimi, Ordubadda da ipəkçiliyin tənəzzülünə səbəb olmuşdur.

O ki qaldı, Ərbab Rzaqulu Rzayevə, onun avtobioqrafiyasına dair az məlumat qalıb. Sovet hakimiyyəti qurulduqdan sonra o, bir neçə illiyə Gəncə şəhərinə sürgün edilmiş, lakin ipəkçilik sahəsində ixtisaslı kadr çatışmazlığı səbəbindən Ordubada qaytarılaraq yenidən fabrikə rəhbərlik etmişdir. Bir müddət sonra isə Rzaqulu Rzayev Gəncəyə köçmüş və ömrünün sonuna qədər orada yaşamışdır.

Üstündən bir əsr yarım keçməsinə baxmayaraq, el arasında bu günədək “Ərbabın iş yeri” kimi tanınan bu binanın adı artıq rəsmi sənədlərdə də belə yazılır.

“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı” çərçivəsində Ordubad Dövlət Tarix-Mədəniyyət Qoruğunun ərazisindəki abidələrin bərpa-konservasiya layihələrindən biri də “Ordubad şəhərində yerləşən Ərbabın iş yeri və ona bitişik tarixi bina”nın bərpa edilməsidir. Artıq bu istiqamətdə işlərə başlanmışdır. Tezliklə bu tarixi bina onu ziyarət edənlərin üzünə açılacaqdır.

Qədim diyarın tarixi arxiv sənədlərində

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları – tarix üzrə fəlsəfə doktorları Yaşar Rəhimov və İlhami Əliyevin Rusiya Federasiyasının Sankt-Peterburq şəhərində yerləşən Rusiya Dövlət Tarix Arxivindən əldə etdikləri qiymətli sənədlər kitab halında nəşr edilib.

“Apostrof-A” nəşriyyatında işıq üzü görən 356 səhifəlik toplunun ön sözünün müəllifi və redaktoru tarix üzrə fəlsəfə doktoru Yaşar Rəhimov, tərtib edən isə tarix üzrə fəlsəfə doktoru, dosent İlhami Əliyevdir. Nəşrin hazırlanması Muxtar Respublikanın və AMEA Naxçıvan Bölməsinin rəhbərliyinin himayəsi ilə həyata keçirilib. Bu məqsədlə tədqiqatçılar Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinə ezam olunublar. Onlar Rusiya Dövlət Tarix Arxivində Naxçıvanın XIX–XX əsrlər tarixinə dair saxlanılan sənədləri araşdıraraq, müvafiq materialların surətlərini əldə ediblər.

Əldə olunan sənədlər əsasında hazırlanan kitab Naxçıvanın tarixi keçmişinin daha dərindən öyrənilməsinə, həmçinin bölgənin Rusiya arxivlərində qorunan məxəzlər əsasında yeni faktlarla işıqlandırılmasına xidmət edir. Sənədlər toplusunda Azərbaycanın ayrılmaz tərkib hissəsi olan qədim Naxçıvan diyarının XIX-XX əsrin əvvəllərinə aid ictimai-siyasi tarixi, iqtisadi həyatı, əhalisi və tarixi coğrafiyası ilə bağlı sənədlərin fotoları verilib.

Kitabdan tədqiqatçılar, magistrlər, doktorantlar, ümumiyyətlə, Naxçıvan tarixini araşdıranlar faydalana bilərlər.

Səbuhi HƏSƏNOV,
XQ-nin bölgə müxbiri

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Noyabr 2025 09:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR-ın işçilərinə böyük sürpriz: 2026-cı ilin əvvəlindən maaşlar 30% artırılacaq? - FOTO

16 Noyabr 2025 13:53see17652

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1063

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see242

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see192

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see146

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see144

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see139

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see137

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see136

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see135

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see135

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see135

Azərbaycanda bu tarixdə qar yağacaq: temperatur 0 dərəcəyə enəcək XƏBƏRDARLIQ

16 Noyabr 2025 12:27see133

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see130

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see129

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see129

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see126

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see125

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri