Icma.az
close
up
RU
Menu

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

Yüksək qan təzyiqi yaddaşı pozur

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

Biznes kreditlərində rekord artım

Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı? KONKRET

Bakının qalmaqallı Baş planı: Tıxacdan xilas varmı? KONKRET

Icma.az bildirir, Konkret.az portalına istinadən.

Baş plan layihəsi 2040-ci ilə qədər olan dövrü əhatə edir. 

Ümumiyyətlə, Baş plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə növbəti 20 il ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir. O cümlədən, güclü və dayanıqlı inkişafı təmin edəcək mütəşəkkil çoxmərkəzli şəhər, ərazilərdən kompleks istifadə nəticəsində formalaşan dayanıqlı şəhər mühiti, mədəni və tarix-memarlıq irsinin qorunması, ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastrukturlar, kommunal sistemlər, ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir.

“Bakının Baş Planı 2040-cı ilə qədər nəzərdə tutulsa da, bir neçə ildən bir real dəyişikliklər nəzərə alınmaqla ona yenidən baxıla və sənəd dəqiqləşdirilə bilər”. Bunu jurnalistlərə açıqlamasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirib. O, həmçinin qeyd edib ki, Baş plana uyğun olaraq bu ilin əvvəlindən paytaxtda transformasiya layihələri icra edilir: “İctimai nəqliyyatın hərəkəti, piyadalar üçün daha rahat mühitin yaradılması və digər məsələlər Baş Plana uyğun olaraq hər il təşkil ediləcək”.

Qeyd edək ki, Bakının Baş planı artıq təsdiq edilib, lakin mövcud şəraitə uyğun olaraq sənəddə müəyyən dəyişikliklər həyata keçirmək mümkün olacaqmı?

Memar Cahid Həsənov “Cümhuriyət” qəzetinə bildirib ki, mövcud təsdiq olunmuş Baş planda infrastruktur nəzərə alınıb:

“Ancaq Baş planda bütün detallar öz əksini tapmır. Yəni, planda ümumi şəhərin ərazisində hansı massivlərin salınması, yaşayış binalarının tikilməsi, yolların salınması öz əksini tapır.

Lakin, məsələn, bir iş adamı gəlib dənizin sahilində otellər kompleksi üçün yer götürürsə, orada yolun çəkilməsi üçün plana əlavələr, yeni baxışlar ola bilər. Yəni, qanun layihələri yazılır və tələb artdıqca qanunlarda müəyyən dəyişikliklər olursa, o kontekstdə də memarlıq və şəhərsalmada, şəhərin Baş planında əlavələr ola bilir”.

Həmsöhbətimiz bildirib ki, Baş plan növbəti 30 il üçün nəzərdə tutulub:

“O ki qaldı paytaxtda transformasiya layihələrinin icrasına, məsələn, Baş planda şose yol salınması var. O yolun eni, növbəti dövr üçün əhali artımı nəzərdə tutulub. Artıq o şose yol 4 sıradırsa, onun 1 sırasının ictimai nəqliyyata verilməsi Baş plana dəlalət eləmir. Yəni, əlaqədar təşkilatlar təklif verirlər ki, 4 sıra şosedə sıxlıq var, tədricən də sıxlıq olacaq. Ona görə də onun 1 sırasını ictimai nəqliyyata verirlər. Belə qaydalar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və digər qurumlarla razılaşdıqdan sonra icra olunur”.

Ekspertin sözlərinə görə, Baş planın hazırlanmasında xarici mütəxəssislər də iştirak etmişdi:

“Memarlar tərəfindən irad yox, təkliflər irəli sürülüb.

Müzakirələr çox gedib. İctimai müzakirəyə də təqdim olunur.

Bunlar ancaq texniki işlərdir. Məsələn, bu gün elə bir əraziyə şose nəzərdə tutular ki, orada 5 ildən sonra şəhərcik salınacaq.

Onu sıravi adam bilmir ki, ona da irad bildirsin. Ümumilikdə Baş plandan yaxşı nəticələr gözləyirik. Bakının sıxlığına təsir edəcək. Hələ görüləsi çox işlər var. Yeni metro xətlərinin, stansiyaların çəkilməsi nəzərdə tutulur. Yeraltı nəqliyyatın inkişaf etdirilməsi yerüstü nəqliyyatda sıxlığın azalmasına gətirib çıxaracaq. Baş Planda bunlar hamısı nəzərə alınıb”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:184
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Noyabr 2024 11:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see408

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see358

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see271

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see268

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see266

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see256

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see251

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see235

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see230

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see225

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see209

Qan şəkərini nəzarətdə saxlayan və ürəyi qoruyan 5 meyvə

02 Noyabr 2026 22:03see200

Meşə yanğını tüstüsü uşaqlarda autizm riskini artırır

02 Noyabr 2026 22:10see200

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see196

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see191

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see191

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see188

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see186

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see171

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri