Icma.az
close
up
RU
Bakının qara siyahısı İrəvanı sevindirdi: 4 Xocalı qatili belə cəzalandırılacaq

Bakının qara siyahısı İrəvanı sevindirdi: 4 Xocalı qatili belə cəzalandırılacaq

GlobalInfo saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Ermənistanda 2026-cı ildə keçirilməsi nəzərdə tutulan parlament seçkiləri öncəsi gərginlik artır. Son günlər keçmiş qondarma rejimin “təhlükəsizlik şurasının katibi”, Xocalı qatillərindən Vitali Balasanyan və Ermənistanın keçmiş müdafiə naziri, o cümlədən, hər iki Qarabağ müharibəsində iştirak etmiş Seyran Ohanyan kimi separatçıların fəallaşması xüsusi diqqət çəkir. Onların revanşist bəyanatları Ermənistan daxilində milli təhlükəsizlik və siyasi sabitliklə bağlı suallar doğurur.

Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyi aydındır: Xocalı faciəsində əli olan hər bir şəxs məsuliyyətə cəlb edilməlidir.

İrəvan hökumətinə də problem yaradan və erməni xalqına revanşist düşüncələr aşılayan bu şəxslər Xocalı soyqırımına görə məsuliyyətə cəlb oluna bilərmi? Gələcəkdə həmin terrorçuların Bakıda bəzi erməni cinayətkarlarla dəyişdirilməsi mümkündürmü?

Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Balasanyan və Ohanyan da daxil olmaqla Xocalı qatillərinin törətdiyi əməllərinə görə mühakimə olunması mümkün perspektivdir:

“Lakin onların Bakıda məhkəmə qarşısına çıxarılanlarla dəyişdirilməsi versiyası real deyil. Birincisi, Bakıda mühakimə olunanlar da İrəvandakı erməni revanşistlər kimi hərbi cinayətlər törədib. İkincisi, bu şəxslərin heç biri Ermənistan hakimiyyəti üçün maraqlı deyil, əksinə, onların İrəvana qayıtması əlavə “baş ağrısı” yarada bilər.

Fikrimcə, Birinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı hərbi cinayətlər törətmiş şəxslər. Ermənistan hakimiyyətinin özü tərəfindən məhkəmə qarşısına çıxarıla bilər. Hətta bu siyahıya keçmiş prezidentlər Robert Köçəryan və Serj Sərkisyan da daxildir. Belə bir vəziyyət Bakı və İrəvan arasında sülh prosesinin yekunlaşmasından sonra baş verə bilər. Danışıqlarda bu məsələnin müzakirə edildiyi haqda məlumat olmasa da, Azərbaycan tərəfi adıçəkilən cinayətkarların cəzalandırılacağını zaman-zaman gündəmə gətirib”.


Asif Nərimanlı 

Siyasi şərhçi bildirib ki, sülh sazişinin imzalanmasından sonra onların mühakimə olunması mövzusunun aktuallaşması mümkündür:

“Bu şəxslərin İrəvanda, yoxsa Bakıda mühakimə olunacağını zaman göstərəcək, hər iki variant istisna deyil. Lakin hesab edirəm ki, məhkəmə qarşısına çıxarılacaqları gözləntisi böyükdür. Nikol Paşinyan da bu yaxınlarda “18 yaşlı erməni hərbçiləri Ermənistandan kənara niyə göndərmişdilər?” sualını gündəmə gətirdi. Bu, o deməkdir ki, Ermənistan hakimiyyəti separatçıları qanunu pozduqlarına görə məhkəmə qarşısına çıxara, daha sonra Birinci Qarabağ müharibəsində törətdikləri cinayətlərə görə də cəzalandırılmaları məsələsini gündəmə gətirə bilər”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:62
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 12 Noyabr 2025 20:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ukrayna və Finlandiya prezidentləri ABŞ görüşləri öncəsi məsləhətləşmələr aparıblar

26 Dekabr 2025 22:06see193

Leyla Əliyeva Yevlaxda uşaqlar üçün Yeni il tədbiri təşkil etdirib...

26 Dekabr 2025 20:07see165

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see160

ВАЖНАЯ НОВОСТЬ для жителей 10 поселков Баку

27 Dekabr 2025 04:45see150

XİN rəhbəri: 3+3 ün növbəti görüşünün Azərbaycanda, sonra isə Ermənistanda keçirilməsi təklifimiz qüvvədədir

26 Dekabr 2025 18:02see149

BMT: İsrail Livanın cənubundakı sülhməramlı patrul xidmətinə bir gündə iki dəfə hücum edib

27 Dekabr 2025 02:04see149

Qurban Qurbanov razılıq vermədi, Neftçi də yeni yanaşma, müəmmalı xitam

26 Dekabr 2025 19:26see149

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see144

Qəfil qonaq üçün 10 dəqiqəlik tava börəyi resepti

27 Dekabr 2025 07:10see139

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see135

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see135

Beyaz bu tarixdə ekranlara dönür Video

27 Dekabr 2025 03:02see134

2025 ci il Qafqaz Müsəlmanları İdarəsi üçün nə ilə yadda qaldı?

27 Dekabr 2025 00:47see134

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see133

Elm adamları araşdırdı: Uşaqlar niyə yemək seçir?

27 Dekabr 2025 08:08see133

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see132

İlon Maskın “Grok”u “ChatGPT” və “Google Gemini”dən üstün adlandırıldı

26 Dekabr 2025 23:07see131

Türkiyə millisinin üzvü keçmiş komandasına qayıda bilər

27 Dekabr 2025 00:52see127

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see127

Azərbaycan və BƏƏ hərbçilərinin birgə təlimi keçiriləcək

26 Dekabr 2025 19:06see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri