Icma.az
close
up
RU
Bakının qlobal enerji diplomatiyası

Bakının qlobal enerji diplomatiyası

Ses qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Bu gün dünya enerji təhlükəsizliyi və iqlim dəyişiklikləri dilemması ilə üz-üzədir. Yaşıl keçid, alternativ mənbələrə inteqrasiya və karbon emissiyalarının azaldılması artıq təkcə ekoloji məsələ deyil – bu, geosiyasi reallığın yeni üzü, iqtisadi sabitliyin təməlidir. Məhz belə bir qlobal çağırışlar fonunda Azərbaycan öz strateji rolunu daha da möhkəmləndirərək COP29-a ev sahibliyi etməklə dünyaya yeni mesaj verdi: "Bəli, biz enerji dövlətiyik, amma biz həm də məsuliyyət daşıyan sivil dövlətik."

Cənab Prezident İlham Əliyevin 30-cu “Caspian Oil and Gas”, 13-cü “Caspian Power” və “Baku Energy Forum”un açılışında çıxışı bu mövqeni aydın şəkildə ortaya qoydu. Cənab Prezident dedi ki, “Azərbaycanın yaşıl enerji gündəliyi olduqca iddialıdır. Neft və qazla zəngin olan ölkənin xarici investorlarla bərabər yaşıl enerjiyə sərmayə qoyması bizim məsuliyyətimizi nümayiş etdirir.” Bu həm də yaşıl gücün arxasında möhkəm iqtisadi dayağın olduğunu göstərir. Bəli, Azərbaycan neft və qazla inkişaf edən ölkədir. Ancaq bu fakt onu ekoloji çağırışlardan uzaqlaşdırmayıb. Əksinə, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz yaşıl enerji potensialını milli təhlükəsizlik və strateji prioritet kimi qəbul edib. COP29 çərçivəsində 6,5 giqavat həcmində yaşıl enerji istehsalı gücü planlaşdırılır. Bu isə Azərbaycanın elektrik enerjisinə artan tələbatını əsasən bərpaolunan mənbələr hesabına ödəməsinə imkan verəcək. Bu strategiya, həmçinin qaz ixracatında daha çox pay ayırmağa, dünya bazarında rolumuzu artırmağa xidmət edir. Cənab Prezident bunu belə ifadə etdi: “Bərpaolunan enerji hesabına bir neçə milyard kubmetr qaza qənaət ediləcək və bu həcm ixrac oluna biləcək.” Onu da deyim ki, COP29 Bakının qlobal enerji diplomatiyasında zirvə nöqtəsi oldu. Azərbaycanın ev sahibliyi etdiyi COP29 tədbiri təkcə diplomatik uğur deyil, həm də ekoloji ədalət çağırışına konkret cavabdır. Cənab Prezidentin çıxışında vurğuladığı kimi, bu tədbir populist şüarların deyil, praqmatik siyasətin simvoluna çevrildi: “Biz populizmdən, yalançı narrativlərdən uzaq idik. Həmin gündəlik ölkələrin qazıntı yanacağına olan tələbatının praqmatik hesablamalarına əsaslanır.” Azərbaycan burada tarazlıq modeli təqdim etdi. Neft və qaz hasilatını dayandırmadan, eyni zamanda yaşıl enerji sektorunu genişləndirərək, inkişaf etməkdə olan dövlətlərin qarşısında real alternativlər qoydu. Bu gün həm də Şimaldan Cənuba qlobal dialoqla yanaşı bir etimad körpüsü də qurulub. COP29-un ən böyük nailiyyətlərindən biri cənab Prezident İlham Əliyevin dediyi kimi, “Qlobal Şimal və Qlobal Cənub arasında körpü” qurmaq oldu. Bu, sadəcə siyasi ritorika deyil. İtki və Zərər Fondunun yaradılması, inkişaf etməkdə olan kiçik ada dövlətlərinə yardım paketi və 300 milyard dollara qədər yardımın nəzərdə tutulması, Azərbaycanın yalnız öz milli maraqlarını yox, həm də bəşəri dəyərləri müdafiə etdiyini göstərdi. Azərbaycan bir daha sübut etdi ki, enerji siyasəti yalnız boru kəmərləri və neft müqavilələri ilə ölçülmür. Bu, həm də humanitar məsuliyyət, ekoloji ədalət və beynəlxalq həmrəyliyin bir formasıdır. “Bakı Enerji Həftəsi” geosiyasətin yeni platforması kimi də qiymətləndirilə bilər. “Bakı Enerji Həftəsi” artıq təkcə texnoloji nailiyyətlərin deyil, həm də siyasi mövqelərin, strateji tərəfdaşlıqların təqdim olunduğu qlobal platformaya çevrilib. 39 ölkədən 267 şirkətin iştirak etdiyi bu tədbir Azərbaycanın enerji diplomatiyasına olan beynəlxalq inamın təcəssümüdür. Xüsusilə qeyd edilməlidir ki, bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Bu isə beynəlxalq kapitalın Azərbaycana artan marağının göstəricisidir. Xarici şirkətlərin 70 faizlik üstünlük təşkil etməsi isə ölkəmizin sərmayə baxımından nə qədər cazibədar və sabit olduğunu sübut edir. Azərbaycan bu gün enerji sektorunda ikiqat liderliyə iddialıdır – həm karbohidrogen ehtiyatlarının təhlükəsiz və səmərəli idarə olunmasında, həm də bərpaolunan enerji sahəsində strateji dönüş nöqtəsində. Cənab Prezident İlham Əliyevin dediyi kimi: “Enerji bazarında məsuliyyətli aktor, real hədəfləri qarşısına qoyan və müxtəlif oyunçuları bir araya gətirə bilən ev sahibi olan Azərbaycanın mirası məhz bundan ibarətdir.” Bəli, bu gün enerji siyasəti artıq sadəcə resurs deyil, strateji və mənəvi məsuliyyətdir. Azərbaycan isə bu məsuliyyəti üzərinə götürən, ona sadiq qalan və onu qlobal platformalarda uğurla təqdim edən dövlət olaraq çıxış edir. Bu yol yaşıl enerjiyə, ədalətli enerji bölüşdürülməsinə və beynəlxalq etimada aparan yoldur. Və bu yolun önündə Azərbaycan var. Siyasi iradəsi, iqtisadi gücü və strateji düşüncəsi ilə qətiyyətlə addımlayan Azərbaycan.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:192
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 05 İyun 2025 10:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see440

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see437

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see322

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see290

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see279

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see273

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see269

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see266

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see251

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see235

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see224

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see221

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see221

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see216

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see216

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see211

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see211

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see209

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see192

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri