Icma.az
close
up
RU
Bakının qlobal gündəlikdə imzası

Bakının qlobal gündəlikdə imzası

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

2026-cı il Davos İqtisadi Forumunun Azərbaycan üçün əhəmiyyəti

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumu bəşəriyyətin gələcək yol xəritəsinin müəyyən olunduğu strateji platforma rolunu oynayır. Təqvim 2026-cı ilin 19-23 yanvar günlərini göstərdikdə qlobal diqqət mərkəzi yenidən İsveçrə Alplarına yönəlib.

Məhz bu məkanda Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın nümayiş etdirdiyi mövqe, təqdim etdiyi layihələr və Prezident İlham Əliyevin praqmatik siyasəti ölkənin beynəlxalq nüfuzunun hansı yüksəkliyə çatdığını əyani şəkildə sübut edir. Forum bu il “Dialoq ruhu” devizi altında keçirilir və rəsmi Bakı məhz bu körpülərin həm fiziki, həm də siyasi memarı kimi çıxış edir. İllər öncə neft kontraktları ilə dünyaya səs salan dövlətimiz indi COP29 sammitinin uğurlu ev sahibi, Avropanın enerji təhlükəsizliyinin qarantı və Şərq–Qərb nəqliyyat dəhlizinin əvəzolunmaz qovşağı kimi Davos tribunasına qədəm qoyub.

Azərbaycanın Davos Forumundakı iştirak tarixçəsinə nəzər saldıqda ulu öndər Heydər Əliyevin uzaqgörən siyasətinin məntiqi nəticələrini görməmək mümkün deyil. 1995-ci ildə ölkənin hələ müharibənin yaralarını sarıdığı, daxili sabitliyin yeni bərqərar olduğu dövrdə Heydər Əliyevin Davosa ilk səfəri Qərb sərmayədarlarında inam yaratmaq, Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılması üçün zəmin hazırlamaq məqsədi daşıyırdı. Həmin vaxt skeptik yanaşan xarici ekspertlər bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın qlobal enerji xəritəsini necə dəyişdiyinin şahidi olurlar.

Əgər 90-cı illərin sonlarında əsas müzakirə mövzusu Bakı–Tbilisi–Ceyhan neft kəməri idisə, 2026-cı ildə gündəm tamamilə dəyişib. İndi müzakirə masasında bərpaolunan enerji, yaşıl hidrogen, rəqəmsal tranzit və süni intellektin tətbiqi dayanır. Əvvəllər investisiya cəlb etmək üçün təşviqat aparılırdısa, indi dünyanın ən nəhəng şirkətləri – BP, TotalEnergies, Masdar, ACWA Power, Adani Group və digərləri Azərbaycanın “yaşıl enerji” layihələrində pay sahibi olmaq üçün yarışırlar.

Azərbaycanın Davosdakı mövqeyi postmünaqişə dövrünün reallıqlarını da əks etdirir. Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa etmiş dövlət kimi regionda diktə edən tərəfdir. Ermənistanla sülh prosesinin irəliləməsi, Zəngəzur dəhlizinin açılması perspektivləri və Cənubi Qafqazda yaranan yeni təhlükəsizlik mühiti xarici investorlar üçün riskləri minimuma endirir. Qırmızı dənizdəki gərginliyin ticarət yollarını təhdid etdiyi hazırkı şəraitdə Orta Dəhliz yeganə təhlükəsiz və dayanıqlı alternativə çevrilib. Çindən Avropaya yük daşımalarının həcminin 2024-cü ildə 4.5 milyon tona çatması və 2030-cu ilə qədər 10 milyon tonu keçməsi proqnozu Azərbaycanın tranzit potensialının miqyasını göstərir.

***

Enerji sektorundakı transformasiya yalnız ixracla məhdudlaşmır. Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi potensialının 157 QVt həcmində qiymətləndirilməsi ölkəni gələcəyin “yaşıl hidrogen” istehsalçısına çevirmək imkanı verir. Avropa İttifaqı gələcəkdə qazdan imtina etsə belə, Azərbaycandan gələn yaşıl elektrik enerjisinə və hidrogenə olan tələbat onilliklər boyu davam edəcək. Sözügedən strateji gediş, rəsmi Bakının postneft dövrünə mükəmməl hazırlığını nümayiş etdirir. Layihələrin maliyyələşdirilməsi üçün Dünya Bankı Avropa Yenidənqurma və İnkişaf Bankı kimi beynəlxalq maliyyə institutlarının ayırdığı vəsaitlər, Azərbaycan iqtisadiyyatına olan qlobal etimadın göstəricisidir. 2026-cı il Davos Forumu, həmçinin COP29-un yekunlarının müzakirəsi baxımından da xüsusi əhəmiyyət daşıyır. Bakıda qəbul edilən qərarlar, iqlim maliyyələşdirilməsi üzrə razılaşmalar və qlobal istiləşmə ilə mübarizədə Azərbaycanın liderliyi forum iştirakçıları tərəfindən yüksək qiymətləndirilir.

Rəqəmsal inkişaf və Dördüncü Sənaye İnqilabı mövzusu da Azərbaycanın Davos gündəliyinin ayrılmaz hissəsidir. Bakıda fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabı Mərkəzinin uğurlu fəaliyyəti Dünya İqtisadi Forumu ilə əməkdaşlığın yüksək səviyyəsini göstərir. Rəqəmsal İpək Yolu layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə çəkilən fiber-optik kabel xətti Avropa ilə Asiya arasında rəqəmsal telekommunikasiya dəhlizi yaradır. Layihə Azərbaycanı regional rəqəmsal haba çevirməklə yanaşı, internet trafikinin ötürülməsində tranzit rolunu gücləndirir. Süni intellect və kibertəhlükəsizlik sahəsində aparılan islahatlar xarici texnologiya nəhənglərinin Azərbaycana marağını artırır. Dövlət idarəçiliyində rəqəmsallaşmanın genişləndirilməsi, "ASAN xidmət" modelinin intellektual idarəetmə sistemləri ilə inteqrasiyası, Azərbaycanın müasir dövlət quruculuğu modelini dünyaya təqdim edir. Sadalanan bütün faktlar sübut edir ki, Azərbaycan Davos Forumuna qlobal gündəliyi müəyyən edən, həll yolları təklif edən və konkret nəticələr əldə edən strateji tərəfdaş kimi qatılır.

2026-cı il Davos Forumundan sonrakı mərhələdə Azərbaycanın Avropa ilə inteqrasiyası daha da dərinləşəcəyi şübhəsizdir. Xüsusilə enerji təhlükəsizliyi sahəsindəki əməkdaşlıq strateji müttəfiqlik səviyyəsinə yüksələcək. Cənub Qaz Dəhlizinin genişləndirilməsi, Yunanıstan-Bolqarıstan interkonnektorunun tam gücü ilə işləməsi və Serbiya, Albaniya kimi yeni bazarlara çıxış Azərbaycan qazının coğrafiyasını genişləndirir. Bu proseslərin mərkəzində dayanan Azərbaycan Şərq–Qərb və Şimal–Cənub dəhlizlərinin kəsişməsində yerləşən unikal coğrafi mövqeyini siyasi kapitala və iqtisadi dividendlərə çevirməyi bacarır. Prezident İlham Əliyevin “biz dediyimiz sözə əməl edirik” tezisi beynəlxalq aləmdə Azərbaycan imzasına inamın təməl daşıdır.

Müasir dünyada enerji təhlükəsizliyi milli təhlükəsizliyin sinoniminə çevrilib. Bu baxımdan, Azərbaycanın təklif etdiyi enerji layihələri regionda sülh və sabitlik amilidir.

Dövlət başçısının Davos səfərinin ən mühüm məqamlarından biri qlobal media qurumlarına verdiyi müsahibələr və panel çıxışlarıdır. Prezident İlham Əliyev hər zaman olduğu kimi, səlis məntiqi, dərin biliyi və arqumentləri ilə auditoriyanı ələ alır, Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinə çatdırır. Xüsusilə, anti-Azərbaycan kampaniyası aparan bəzi dairələrin əsassız iddialarını faktlarla darmadağın edən ölkə rəhbəri informasiya müharibəsində də üstünlüyü əldə saxlayır. Bu amili vurğulamaq yerinə düşər ki, Davos platforması erməni lobbisinin və onların havadarlarının yalan təbliğatına qarşı ən effektiv mübarizə meydanlarından biridir. Burada səslənən həqiqətlər, dünyanın qərar qəbul edən şəxslərinə birbaşa çatır və Azərbaycanın ədalətli mövqeyinin dəstəklənməsinə zəmin yaradır.

Yanvarın 19-dan 23-dək Davosda yaşanacaq proseslər Azərbaycanın müstəqillik tarixinin parlaq səhifələrindən biri kimi yadda qalacaq. Prezident İlham Əliyevin liderliyi ilə həyata keçirilən strateji kurs ölkəmizi qlobal səviyyəli liderə çevirib. İqtisadiyyatın şaxələndirilməsi, enerji təhlükəsizliyi, nəqliyyat infrastrukturu və rəqəmsal transformasiya sahələrində qazanılan uğurlar Azərbaycanın gələcəyinin etibarlı əllərdə olduğunu göstərir. Dünya iqtisadiyyatının flaqmanları ilə qurulan əlaqələr ölkəmizin davamlı inkişafını təmin edən amillərdir. Qlobal qeyri-müəyyənliklər dövründə Azərbaycanın sabitlik və tərəqqi simvolu kimi çıxış etməsi beynəlxalq aləmdəki dostlarının sayını artırır. Bakının bu platformadakı uğurlu iştirakı xalqımızın rifahına, dövlətimizin qüdrətinə və regionumuzun təhlükəsizliyinə xidmət edən missiyadır. Dünya dəyişir, lakin Azərbaycanın inkişaf əzmi və strateji hədəfləri dəyişməz olaraq qalır: güclü dövlət, müstəqil siyasət və xoşbəxt gələcək.

Yusif ŞƏRİFZADƏ
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 20 Yanvar 2026 10:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Əldə olan pulu artırmaq üçün bunu edin!

13 Oktyabr 2026 08:32see416

AZƏRBAYCANIN BOŞ QALAN HAVA LİMANLARI... Milyonlar xərclənən region aeroportları niyə işləmir?

13 Oktyabr 2026 09:07see272

Özbəkistanın Buxara və Qarşı şəhərlərində VII Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı keçirildi FOTO/VİDEO

13 Oktyabr 2026 16:37see254

Sahibə Qafarova Laos Prezidenti ilə görüşüb

13 Oktyabr 2026 19:16see238

İvan Lepinitsa: “Tarix yazdıq” VİDEO

14 Oktyabr 2026 01:49see218

“Sporting” səfərdə “Lens”i məğlub etdi Çempionlar Liqası

14 Oktyabr 2026 00:48see216

Səhiyyə Nazirliyində Vətəndaş qəbulu tam rəqəmsallaşdı

13 Oktyabr 2026 10:58see208

Mikayıl Cabbarov: Ölkəmizdə Mərkəzi Asiya kapitalı əsasında yaradılan 400 dən artıq şirkət fəaliyyət göstərir

13 Oktyabr 2026 20:22see207

Nəhəng pinqvin koloniyasında 250 mindən çox cüt yoxa çıxdı

14 Oktyabr 2026 08:23see206

Cəbrayılda əhali tibbi müayinədən keçdi

13 Oktyabr 2026 14:12see194

Kişiləri getdi, milyonlar gəldi Ayrılıqdan qazanan məşhur müğənnilər

13 Oktyabr 2026 18:55see190

Azərbaycan Mədəniyyəti FAO nun Baş qərargahında təqdim olunub

13 Oktyabr 2026 21:24see188

Hicab bəhanəsi ilə Bakıya təzyiq: Türkiyə mediasının ikili standartları

13 Oktyabr 2026 14:42see187

Tupak Şakurun qətlini təşkil edən şəxsə 30 ildən sonra yenidən HÖKM OXUNDU FOTO

14 Oktyabr 2026 00:39see184

Ağ Evdə Zakariyanın işindən narazılıq var qovula bilər

14 Oktyabr 2026 04:17see181

Qalatasaray Barselona matçında beş qol: Çempionlar Liqasında günün nəticələri

14 Oktyabr 2026 01:10see181

Zaqatalada böcəklər evlərə kütləvi hücum edib

13 Oktyabr 2026 16:45see177

Mourinyo Endrikin “Real”dan ayrılmasına qarşı çıxdı

14 Oktyabr 2026 02:38see173

SEPAH müşaviri: ABŞ İranda quru əməliyyatında ağır itkilər verəcək

14 Oktyabr 2026 03:09see168

Səudiyyə husi raketini havada zərərsizləşdirdi

14 Oktyabr 2026 01:47see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri