Icma.az
close
up
RU
Bakının statusu dəyişdi: İki region birləşir, körpü dəhlizə çevrilir Əliyevin adı siyahıda

Bakının statusu dəyişdi: İki region birləşir, körpü dəhlizə çevrilir Əliyevin adı siyahıda

Icma.az, GlobalInfo portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyev Daşkənddə Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin sədrliyi ilə baş tutan Mərkəzi Asiya Dövlət Başçılarının 7-ci Məşvərət Görüşündə iştirak etdi.

Bu, Azərbaycan Prezidentinin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşündə sayca üçüncü iştirakı idi. Lakin budəfəki görüşün diqqət çəkən tərəfi Şavkat Mirziyoyevin təşəbbüsü və dəstəyi ilə Azərbaycanın Mərkəzi Asiya ölkələrinin məşvərət görüşlərinin tamhüquqlu üzvü qəbul edilməsi oldu.

Tam hüquqlu üzvlük məsələsinə keçmədən öncə qeyd edim ki, Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşü əslində klassik mənada rəsmi təşkilat deyil. Adından da məlum olduğu kimi, daha çox region ölkələrinin liderləri arasında yaradılmış siyasi dialoq platformasıdır. Məsələn, bu platforma Türk Dövlətləri Təşkilatında (TDT) olduğu kimi sadəcə türk ölkələrindən ibarət deyil.

Sözügedən formatda dövlət başçıları ildə bir dəfə toplaşaraq regionun sabitliyi, təhlükəsizliyi, sərhəd əməkdaşlığı, su və enerji resurslarının idarə olunması, ticarət əlaqələrinin genişləndirilməsi, nəqliyyat və logistika dəhlizlərinin inkişafı kimi məsələləri birbaşa liderlər səviyyəsində müzakirə edirlər. Bu görüşlərin məqsədi bölgə ölkələrinin öz aralarında qarşılıqlı etimadı artırması, ortaq problemlərə birgə yanaşma formalaşdırması və Mərkəzi Asiyanı böyük güclərin rəqabət meydanından daha çox, öz daxili əməkdaşlıq modeli olan vahid bir məkan kimi möhkəmləndirilməsidir.

Azərbaycan və Mərkəzi Asiya regionu

Azərbaycanın tamhüquqlu üzv kimi qəbul edilməsi indiki məqamda diqqət çəkir. Məsələ ondadır ki, ölkəmiz həm tarixi-mədəni, həm iqtisadi, həm də nəqliyyat-kommunikasiya baxımından Mərkəzi Asiya ilə sıx bağlıdır. Hətta Tacikistan xaric regionun bütün ölkələri ilə TDT daxilində və ikili münasibətlər kontekstində kifayət qədər yaxşı əlaqələr var. O zaman sual yaranır: Azərbaycanın Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət Görüşünün tam hüquqlu üzvü olmasının məqsədi nədir?

Rusiya–Ukrayna müharibəsi Avropanın enerji təhlükəsizliyini yenidən dizayn etməyə məcbur buraxdı. Beləliklə, Avropa Rusiyadan enerji asılılığını minimuma endirmək üçün etibarlı tərəfdaş axtarışına çıxdı. Bu kontekstdə Azərbaycan Qərb üçün nadir ölkələrdəndir ki, həm siyasi baxımdan sabitdir, həm enerji müqavilələrinə sadiqdir, həm də boru kəmərləri üzərindən real alternativ təklif edə bilir.

Lakin Azərbaycan təkbaşına Avropanın enerji boşluğunu tam doldura biləcək qədər resursa malik deyil və Bakı bunu yaxşı başa düşür. Məhz ona görə də, ölkə təkcə öz qazı və nefti ilə deyil, həm də regionun daha geniş enerji axınlarını Qərbə çıxara biləcək strateji tranzit mərkəzi kimi fəaliyyətini genişləndirmək istəyir. Bunun üçün ən məqsədyönlü istiqamət Mərkəzi Asiyadır, çünki orada böyük enerji ehtiyatları var. O cümlədən, Bakı bu enerjini Qərbə çıxmaq üçün etibarlı və siyasi riskləri az olan dəhliz axtarır.

Mərkəzi Asiya ölkələrinin marağı da məhz buradan doğur. Onlar üçün Azərbaycan təkcə tranzit ölkə deyil, eyni zamanda Avropa ilə əlaqələrin qurulmasında real siyasi körpüdür. Bakı nə Moskva kimi siyasi təzyiq göstərir, nə də tarifləri bir alətə çevirir. Əksinə, qarşılıqlı fayda modelinə əsaslanan və uzunmüddətli sabitliyə hesablanan əməkdaşlıq təklif edir. Bu, region ölkələrini Azərbaycanla daha da yaxınlaşdırır, çünki onlar Avropaya çıxış əldə etməklə həm iqtisadi, həm də siyasi manevr imkanlarını genişləndirirlər.

Belə olan halda yeni bir sual ortaya çıxır: Azərbaycan Mərkəzi Asiya ölkələri və ABŞ-ın ortaq platforması olan “C5+1”ə qoşulacaq?

Hesab edirəm ki, hazırkı reallıqda Azərbaycan üçün “C5+1”ə qoşulmaq nə məqsəd, nə də tələskənlik tələb edən bir addımdır. Bakı bugün Mərkəzi Asiya ölkələri ilə o səviyyədə yaxınlaşıb ki, əslində “C5+1”in üzvü olmadan belə həmin platformada müzakirə olunan hər məsələ Azərbaycana toxunur və onun iştirakı təmin olunur. Tamhüquqlu iştirak isə yalnız zamanın və geosiyasi uyğunluğun tələb edəcəyi bir situasiya ola bilər.

Bu ehtiyatlılıq təsadüfi deyil. Bakı son illərdə göstərdi ki, heç bir beynəlxalq platformaya emosional və ya deklarativ şəkildə qoşulmur. “İbrahim sazişləri” məsələsində olduğu kimi, “C5+1”də də Azərbaycanın ölçü vahidi risklərin idarə olunmasıdır. Çünki bir tərəfdən ABŞ-la münasibətlər gücləndirilir, digər tərəfdən Mərkəzi Asiya ilə yeni regional blokda yer alınır, eyni zamanda Çin və Avropa ilə strateji layihələrdə əməkdaşlıq edilir. Belə vəziyyətdə Bakı üçün ən böyük məharət məhz bu güclərin maraqlarını ziddiyyətə salmadan paralel proses apara bilməkdir.

Azərbaycanın əsas məqsədi konkret təşkilata qoşulmaq deyil, enerji, logistika və kommunikasiya mərkəzinə çevrilməkdir. Avropa alternativ enerji mənbələri axtarır, Mərkəzi Asiya öz resurslarını təhlükəsiz və sabit marşrutla Qərbə çıxarmaq istəyir, ABŞ bölgədə açıq iqtisadi və siyasi məkanın formalaşmasında maraqlıdır, Çin isə Orta Dəhlizin güclənməsinə çalışır. Bakı bütün bu maraqları uyğunlaşdıraraq özünü regionun enerji və nəqliyyat habına çevirir.

Vaşinqton və Pekinlə tarazlı siyasət xətti

Ona görə də, bu gün Bakıda eyni vaxtda həm ABŞ-la beyin mərkəzləri forumu keçirilir, həm də Çinlə turizm və əlaqələr zirvəsi baş tutur. Bu tədbirlər iki fərqli geosiyasi blokun Azərbaycanda eyni anda yer almasının təsadüfi olmadığını göstərir. Bakı qərb və şərqin kəsişmə nöqtəsini idarə edən oyunçuya çevrilir. Digər yandan, nəqliyyat məsələlərində Vaşinqtonla TRIPP layihəsi (Zəngəzur dəhlizi) kimi təşəbbüslərə dəstək verən Azərbaycan, paralel olaraq Transxəzər layihələrinin həyata keçməsi üçün həm Çin, həm də Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı dərinləşdirir.

Beləliklə, “C5+1”in gələcəyi Azərbaycan üçün açıq qapıdır, amma bu addım yalnız Bakının özünü daha möhkəm enerji-logistika mərkəzi kimi təsdiqlədiyi, risklərin azaldığı və bütün oyunçuların maraqlarının balanslandığı zaman reallaşa bilər. Yəni Azərbaycanın əsas niyyəti konkret bloklara daxil olmaq yox, regiondakı bütün blokları öz orbitində birləşdirə bilən strateji mərkəzə çevrilməkdir.


Turan Rzayev
Globalinfo.az-ın siyasət yazarı

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 18 Noyabr 2025 15:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see275

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see260

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see254

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see252

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see248

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see228

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see225

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see221

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see219

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see214

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see203

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see201

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see196

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see192

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see189

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see185

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri