Icma.az
close
up
RU
Bakıda onu vəzifədən çıxartdılar, İran “hücuma” keçdi

Bakıda onu vəzifədən çıxartdılar, İran “hücuma” keçdi

Icma.az, Axar.az portalına istinadən məlumat verir.

Azərbaycan Yazıçılar Birliyinin Güney ədəbiyyatı komissiyasının sədri Sayman Aruzun vəzifədən kənarlaşdırılmasının İranın xüsusi xidmət orqanlarına necə təsir edəcəyi bəlli idi - illərlə yetişdirilib, formalaşdırılıb, Cənubda şeir yarışında qalib elan edib, sonra Eldar Mahmudovun nazir olduğu zaman milli təhlükəsizlik sistemində yaranmış boşluqdan sui-istifadə edərək, Azərbaycana göndərdiyi və burada böyütdüyü bir şəxsin “sıradan çıxarılması” yönündə ilk addım əlbəttə ki, ETTELAAT-ı qane etməyəcəkdi.

Buna görə də Sayman Aruz 23 dekabr 2025-ci ildə AYB-nin Cənubi Azərbaycan ədəbiyyatı komissiyasının rəhbəri statusundan məhrum edilən kimi İranın Azərbaycana qarşı yaratdığı “Səhər” kanalının dərhal reaksiyası gözlənilən idi.

Amma “Səhər” xüsusi canfəşanlığı ilə özünü ifşa etdi. Çünki adi məntiqlə sual yaranır: Sayman Aruzun müstəqil Azərbaycanın Yazıçılar Birliyində vəzifədən alınması və xalq şairi Sabir Rüstəmxanlının AYB-nin Güney komissiyasına rəhbərlik etməsi niyə “Səhər”i narahat etməlidir?

Məntiqlə bu komissiyaya Sayman Aruzun rəhbərlik etməsindən “Səhər” daha çox narahat olmalıdır: Sayman İranda böyüyüb, İran türməsi görüb (guya), təzyiqlərlə üzləşib (guya), İranı, ordakı ədəbi mühiti daha yaxşı izləmək imkanındadır, farscanı bilir, güneyli gənclərlə əlaqəsi daha genişdir və ilaxır. Belə bir şəxs AYB-nin Güney komissiyasına rəhbərlikdən uzaqlaşdırılırsa, əvəzində, özlərinin dediyi kimi, “79 yaşlı” (yəni “enerjisi tükənmiş”), farsca bilməyən, Güneydəki gənclərlə geniş əlaqəsi olmayan bir şəxs gəlirsə, “Səhər” niyə sevinmir? Niyə 48 yaşlı “enerjili” Sayman Aruzun çıxmasından və yerinə “yaşlı” adamın gəlməsindən zövq almır?

Sayman Aruz istedadlıdırmı? Xüsusi qabiliyyətə sahibdirmi?

Qətiyyən! Bu adamın xalq şairimiz də daxil olmaqla, bir çoxunun şeirini oğurlayıb kitabına salmasından tutmuş İranın farsca yazan müəlliflərinin əsərlərini azərbaycancaya çevirib özününküləşdirməsinə qədər, onlarla fakt dəfələrlə səsləndirilib, hətta bu adam AYB-nin adından güneylilərə diplomlar da satıb, ancaq heç nə Sayman Aruzun vəzifəsindən getməsinə səbəb olmayıb. Vaxtilə bu şəxsin PA-nın şöbə müdiri Əli Həsənovun təşəbbüsü ilə AYB-nin Güney komissiyasına rəhbər gətirildiyini də yazmışdıq - Əli Həsənov İranla rəsmi münasibətlərin qorunmasından məsul idi və Tehranın bəzi şərtlərini də burda tətbiq edirdi. Təsadüfi deyil ki, Güneydan yüzlərlə yazar, yaradıcı insan, hətta Azərbaycana sərmayə qoyan biznesmenin burada vətəndaşlıq alması qeyri-mümkündür; Azərbaycan Araz Elsəsin konsertinə belə “ikitərəfli münasibətləri pozmamaq üçün” imkan verməyib illərlə, o cümlədən yüzlərlə disident - onlardan bir çoxu Azərbaycan vətəndaşı ilə ailə qursa da - Azərbaycan vətəndaşlığını ala bilməyib. Ancaq nədənsə İrandan qaçan “disident”, İrana qarşı ən kəskin çıxışların müəllifi Sayman Aruz Azərbaycan vətəndaşı ola bilib, sonra da Araz sahilinə gedib, İrana barmağını uzadıb, lənət oxuyub, rəsmi kanalda bunu yaya bilib və İran dövləti nədənsə qəti etiraz etməyib. Əvəzində isə Sayman Aruz AYB-nin Güney komissiyasının rəhbəri vəzifəsindən çıxarılan kimi İranın mediası buna qarşı kampaniya başladır.

Sayman Aruz - vaxtilə yetişdirildiyi şəbəkənin layiqli davamçısıdır, necə ki, təmsil olunduğu qrup trollar ordusuna sahibdir, ölkə daxilində və xaricdə bu trollar xüsusi kanallarla maliyyələşir və lazım olanda aktivləşirlər. Bu troll dəstəsinin iş üslubuna baxmısınızmı?

Eyni üslubdur - ən pis, ən eybəcər söyüş, təhqirlərdən istifadə ilə qarşı tərəfi susdurmaq!

Tanış gəldimi bu üslub-sistem?

Sayman Aruz da vəzifədən alınan kimi həmin troll dəstəsi hücuma keçib və ən pis söyüşlərlə, təhqirlərlə hamilərinə sədaqətlərini göstərirlər.

İş o yerə çatır ki, AYB açıqlama yaymağa və bu troll şəbəkəsinə dəstək verən “AYB-dən qovulmuşlara” xəbərdarlıq etməyə məcbur olur.

Qəribə situasiyadır: Azərbaycan Yazıçılar Birliyi qurumdan qovulanların Sayman Aruzu müdafiə etməsi və AYB-ni, Anarı təhqir etməsini pisləyir və həmin açıqlamada bildirilir ki, Sayman Aruz “Güney ədəbiyyatının bilicisi kimi Anarın müşaviri vəzifəsinə davam edir”. Sanki troll sürüsünün söyüşləri qarşısında əlini qaldırıb, sahiblərinin vəzifədə qalmasını xatırlatmaqla aman diləyirlər.

Halbuki AYB - Anar müşavirini çağırıb tələb etməlidir ki, sənin “ətrafın” sayılanlar, həmişə sənə qarşı bir yazı, mövqe olan kimi, qarşı tərəfi ən pis söyüşlərlə təhqir edən trollar niyə indi AYB-ni söyür? Anar niyə müşavirindən tələb etmir ki, mənəvi dəyərlərə görə mənim AYB sıralarından qovduğum şəxs hansı zərurətdən sənin yanındadır və bu böyüklükdə qurumu, sədrini təhqirlərə qərq edir?

Sayman Aruzun xanımı o vaxt DAK rəhbərliyində təmsil olunurdu - Qulamrza Səbri Təbrizinin sayəsində. DAK rəhbərliyinə İrana getmək yasaqdır, “çünki”si hər kəsə aydındır. Üstəlik, bu xanım “disidentin” həyat yoldaşıdır.

O, niyə İrana, Tehrana və Təbrizə səfər etmişdi? Niyə Sayman Aruz xanımının İranda həbsi barədə Bakıda hay-küy qaldırmışdı? Niyə xanımı bu həbs xəbərini təkzib etdi və 15 gündən sonra Bakıya qayıdıb, heç nə olmadığını dedi?

Bunları araşdıracaq qurum AYB deyil, ancaq Anar öz müşavirinin kimliyini bilməmiş olmaz - dünyagörmüş ziyalı, böyük intusiyasi, erudisiyası olan yazıçıdır, istedadlı şəxsdir və hər kəsin kimliyini gözəl bilir.

Müşavirinin trollarının söyüşlərinə dözüm göstərməsinin də bir hikməti var yəqin!

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:228
embedMənbə:https://axar.az
archiveBu xəbər 02 Yanvar 2026 22:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see358

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see338

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see338

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see335

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see290

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see280

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see268

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see266

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see260

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see259

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see242

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see224

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see220

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see214

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see213

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see201

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see198

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see196

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see195

Səhiyyə üçün 9 milyona yaxın vəsait ayrılır

30 Oktyabr 2026 17:31see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri