Dani Alveş Portuqaliya futbol klubunun səhmlərinin 50% ni əldə edib
Icma.az, Idman.biz portalına istinadən məlumatı açıqlayır.
“Barselona” və Braziliya milli komandasının keçmiş oyunçusu Dani Alveş Portuqaliyanın Liqa 3-də (üçüncü divizion) yer alan futbol klubu “Sao Joao de Ver”in yeni investoru olub.
İdman.Biz-in TyC Sports-a istinadən məlumatına görə, Alveş klubun 50%-lik payını əldə edib və 2025/26 mövsümündən sonra onu tamamilə almağa razılaşıb.
İnzibati vəzifələrindən əlavə, keçmiş müdafiəçi peşəkar futbola məhdud müddətə qayıtmağı düşünür.
Oyunçu İspaniyada cinsi təcavüz ittihamı ilə həbs olunduqdan sonra 2023-cü ildən bəri oynamayıb. İş bir ildən çox davam edib və bu müddət ərzində o, həbsdə olub və 2024-cü ildə dörd il yarım həbs cəzasına məhkum edilib. 2025-ci ildə məhkəmə kifayət qədər dəlil olmadığı üçün hökmü ləğv edib.
Dani Alveş altıqat İspaniya çempionu, “Barselona” ilə üçqat Çempionlar Liqasının və “Sevilya” ilə ikiqat UEFA Kubokunun qalibidir. Müdafiəçi həmçinin PSJ ilə iki dəfə Fransa çempionluğunu qazanıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:89
Bu xəbər 02 Yanvar 2026 22:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















