Icma.az
close
up
RU
Hava soyuyub Nə yeyək ki, canımız isinsin? AÇIQLAMA

Hava soyuyub Nə yeyək ki, canımız isinsin? AÇIQLAMA

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

"Qışda çöldə spirtli içki qəbul etmək bədənin həddindən artıq soyuması riskini bir neçə dəfə artırır."

Milli.Az xəbər verir ki, bunu rusiyalı terapevt və profpatoloq Svetlana Burnatskaya deyib. O bildirib ki, spirtli içkilər damarları genişləndirərək insanda saxta istilik hissi yaratsa da, əslində istilik itkisini sürətləndirir və hipotermiya riskini yüksəldir.

Ekspertin sözlərinə görə soyuq havada bədənin normal temperaturunu qorumaq üçün hər 45-60 dəqiqədən bir ilıq içkilər qəbul etmək vacibdir. Çölə çıxmazdan əvvəl qaynar olmayan çay və ya digər içkilər içmək enerji ehtiyatını stimullaşdırır. Həmçinin özünüzlə termosda isti içki və qoz-fındıq, şokolad və ya banan kimi yüngül qidalar götürmək enerjini bərpa etməyə kömək edir. Həkim vurğulayır ki, bədən temperaturunun 35 dərəcədən aşağı düşməsi ilə müşahidə olunan hipotermiya təkcə kəskin şaxtada deyil, həm də rütubətli və küləkli havada uzun müddət qalarkən inkişaf edə bilər.

Svetlana Burnatskaya yüngül donmanın ilkin əlamətləri kimi bədənin istəmsiz şəkildə əsməsini qeyd edib. Lakin əsmənin qəfildən dayanması vəziyyətin ağırlaşdığının xəbərçisidir. Bundan əlavə, koordinasiya itkisi, nitqin ləngiməsi, dərinin rənginin ağarması və ətrafların keyiməsi də ciddi təhlükə siqnallarıdır. Belə hallarda dərhal tədbir görülməsi vacibdir.

Qeyd edək ki, qış aylarında orqanizm nəfəs alma vasitəsilə də maye itirdiyi üçün su balansını qorumaq termorequlyasiya üçün əhəmiyyətlidir.

İsmayıl
Milli.Az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:208
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 02 Yanvar 2026 22:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see405

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see322

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see279

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see269

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see268

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see256

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see253

1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

07 Noyabr 2026 02:01see245

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see243

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see241

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see228

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see223

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see216

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see215

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see215

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see214

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see212

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see210

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see201

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri