Icma.az
close
up
RU
Bakının təşəbbüskarlığı və beynəlxalq nizama töhfəsi...

Bakının təşəbbüskarlığı və beynəlxalq nizama töhfəsi...

Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Azərbaycan-ŞƏT münasibətləri: qlobal təhlükəsizlik və iqtisadi tərəfdaşlıq kontekstində

Azərbaycan dövləti xarici siyasət kursunda çoxvektorlu yanaşmaya xüsusi əhəmiyyət verir.  Bu kursun ən mühüm dayaqlarından biri çoxtərəfli əlaqələrin inkişafı, beynəlxalq və regional təşkilatlarla əməkdaşlığın gücləndirilməsidir - ölkəmiz təmsil olunduğu hər bir beynəlxalq platformada fəallığı və təşəbbüskarlığı ilə seçilir, qlobal miqyasda əhəmiyyətli aktor kimi qəbul olunur. Azərbaycanın iqtisadi əməkdaşlığa verdiyi töhfələr, enerji təhlükəsizliyində oynadığı rol, nəqliyyat dəhlizlərinin inkişafında yaratdığı imkanlar və qlobal təhlükəsizlik prizmasından Cənubi Qafqazda sülh gündəmini reallaşdırması bu fəallığın konkret göstəriciləridir.

Qeyd edək ki, Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı (ŞƏT) ilə münasibətlərində də mühüm dinamizm müşahidə edilməkdədir - ŞƏT Asiya məkanının ən nüfuzlu regional təşkilatlarından biri kimi həm təhlükəsizlik, həm iqtisadi, həm də humanitar əməkdaşlıq müstəvisində geniş imkanlara sahibdir. Hələ ki, təşkilatın dialoq tərəfdaşı olan Azərbaycanın qurumda tam təmsilçiliyi mühüm üstünlüklər vəd edir. İlk növbədə, Azərbaycanın geosiyasi mövqeyi - Avrasiya məkanında Şərq və Qərbi, Şimal və Cənubu birləşdirən tranzit mərkəz olması - ŞƏT üçün strateji dəyər kəsb edir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Qars, Zəngəzur dəhlizi kimi layihələr Azərbaycanın oynadığı körpü rolunu daha da möhkəmləndirir. Bu imkanlar ŞƏT ölkələrinin iqtisadi inteqrasiyasını və enerji təhlükəsizliyini gücləndirə bilər.

ŞƏT rəhbərliyindən etiraf: təşkilat Azərbaycanı tamhüquqlu üzv kimi görmək istəyir

Təsadüfi deyil ki, bu məsələ ŞƏT rəhbərliyi tərəfindən də etiraf olunur - ŞƏT-in Baş katibi Nurlan Yermekbayev Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatında (ŞƏT) aktiv fəaliyyət nümayiş etdirdiyini bildirib. O qeyd edib ki, təşkilat Azərbaycanı tamhüquqlu üzv kimi görmək istəyir. “ŞƏT bütün ölkələrə açıq təşkilatdır. Biz fəaliyyətlərimizdə istənilən formada iştirak etmək istəyən bütün ölkələri üzv qəbul edirik. Hər hansı ölkənin üzvlüyə qəbul olunması barədə qərar isə konsensusla verilir. Bütün üzv dövlətlər razılıq verməlidir və bundan sonra prosedur başlayır. Hazırda bütün bu müraciətlər üzv ölkələr tərəfindən nəzərdən keçirilir. Mən təşkilatın icraedici orqanının rəhbəriyəm, əlbəttə, ölkələrin qərarını təsdiqləmək vəzifəmdir. Ümid edirəm ki, yaxın gələcəkdə Azərbaycan təşkilata üzv ölkə statusu əldə edəcək, ŞƏT və Azərbaycan arasında əməkdaşlıq daha da genişlənəcək”, - baş katib vurğulayıb.

Xatırladaq ki, həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu ŞƏT 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda təşkilatın 10 üzvü (Qazaxıstan, Çin, Rusiya, Qırğızıstan, Özbəkistan, Tacikistan, Pakistan, Hindistan, İran, Belarus) var. Azərbaycan isə Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn, Ermənistan, Misir, Kamboca, Qətər, Küveyt və digər ölkələrlə birgə qurumun dialoq tərəfdaşı statusundadır. Bu il avqustun 31-də Çinin Tiencin şəhərində keçirilən sammitdə Azərbaycanın bu quruma üzvlük müraciətinə Hindistan veto qoyub. Pakistan isə buna cavab olaraq Ermənistan üçün eyni addımı atıb.

Hindistanın qurumun maraqlarına zidd addımı

ŞƏT üzvü olan dövlətlər ölkəmizi təşkilat üçün mühüm körpü və etibarlı tərəfdaş sayır. Təsadüfi deyil ki, təşkilatın əsas güc mərkəzlərindən biri olan Çin Azərbaycanın ŞƏT-də iştirakını daim dəstəkləyib və bu yöndə açıq mesajlar verib. Son ŞƏT zirvəsində də bu məsələ gündəmə gətirildi. Hindistanın atdığı qeyri-adekvat addım isə ümumilikdə ŞƏT-in strateji maraqlarına ziddir - çünki Azərbaycan kimi mühüm regional aktorun qurumdan kənarda qalması ŞƏT üçün ciddi itki deməkdir. Reallıq ondan ibarətdir ki, Azərbaycanın ŞƏT-də təmsilçiliyi təşkilatın regional və qlobal təsir imkanlarını gücləndirəcək. Azərbaycan həm siyasi sabitliyi, həm iqtisadi potensialı, həm də strateji mövqeyi ilə ŞƏT-ə əlavə güc və dəyər qazandıra biləcək ölkələr sırasındadır. Bu səbəbdən yaxın perspektivdə Azərbaycanın ŞƏT-də daha geniş status qazanması və təşkilatın ayrılmaz hissəsinə çevrilməsi yalnız zaman məsələsi kimi görünür.

Azərbaycanın ŞƏT-ə qazandıracağı üstünlüklər

Azərbaycanın ŞƏT-ə üzvlüyünün təşkilata gətirəcəyi üstünlüklərə gəldikdə isə, burada bir neçə istiqamətə diqqət yetirmək olar:

- Geostrateji mövqeyin yaratdığı imkanlar: Azərbaycan Avrasiyanın kəsişmə nöqtəsində yerləşərək həm Şərq-Qərb, həm də Şimal-Cənub dəhlizlərinin əsas həlqəsinə çevrilib. Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı-Tbilisi-Ceyhan və TAP/TANAP qaz kəmərləri, həmçinin Zəngəzur dəhlizi layihəsi ŞƏT ölkələrinin Avropa bazarlarına çıxışını asanlaşdıracaq. Azərbaycanın üzvlüyü ilə təşkilat yalnız Asiya daxilində deyil, həm də Avropa istiqamətində strateji nəqliyyat və enerji bağlantılarına sahib olacaq.

- Enerji təhlükəsizliyinə töhfə: Azərbaycan dünyanın mühüm enerji ixracatçılarından biridir. Neft və qaz kəmərləri vasitəsilə həm Avropaya, həm də Türkiyə üzərindən Şərqə çıxış təmin olunur. ŞƏT üzvü olan enerji idxalçısı dövlətlər Azərbaycanın resurslarından faydalana bilər. Bu, təşkilat daxilində enerji təhlükəsizliyinin güclənməsinə mühüm dəstək verəcək.

- İqtisadi əməkdaşlığın genişlənməsi: Azərbaycanın iqtisadiyyatının açıq modelə əsaslanması, xarici sərmayələr üçün əlverişli mühit yaratması ŞƏT ölkələri üçün yeni biznes və investisiya imkanları deməkdir. Əsasən kənd təsərrüfatı, sənaye, logistika və yüksək texnologiyalar sahəsində əməkdaşlıq imkanları genişdir. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və digər nəqliyyat mərkəzləri ŞƏT ölkələrinin tranzit maraqlarına xidmət edə bilər.

- Regional sabitlik və təhlükəsizliyə dəstək: Azərbaycan regionda sülh və təhlükəsizliyin gücləndirilməsi istiqamətində ardıcıl addımlar atır. Ermənistanla sülh prosesində oynadığı konstruktiv rol, antiterror əməliyyatlarından sonra regionda yaratdığı yeni reallıq ŞƏT-in təhlükəsizlik gündəliyi ilə üst-üstə düşür. Azərbaycanın üzvlüyü təşkilatın regional sabitlikdə təsirini artırar.

- Körpü rolu və diplomatik balans: Azərbaycan həm Qərb, həm də Şərq dünyası ilə yaxşı münasibətlərə malikdir. Avropa İttifaqı ilə strateji tərəfdaşlıq, Türkiyə ilə qardaşlıq münasibətləri, Çinlə sıx əməkdaşlıq Azərbaycanın unikal balans siyasətindən xəbər verir. Bu mövqe ŞƏT daxilindəki geosiyasi ziddiyyətlərin yumşaldılmasına, dialoq platformalarının güclənməsinə şərait yarada bilər.

- Təşkilatın qlobal nüfuzunun artması: Azərbaycanın beynəlxalq tədbirlərə ev sahibliyi - xüsusilə COP29 kimi qlobal sammitlərin keçirilməsi - ölkəmizin beynəlxalq imicini və diplomatik aktivliyini sübut edir. Azərbaycanın ŞƏT-də iştirakı təşkilatın qlobal miqyasda nüfuzunu və təmsilçiliyini artıracaq, onun Qafqaz və Avropa ilə əlaqələrini möhkəmləndirəcək.

Nəticə etibarı ilə, Azərbaycanın ŞƏT-ə üzvlüyü həm təşkilata, həm də ölkəmizə qarşılıqlı şəkildə böyük faydalar vəd edir. Bu, təkcə iqtisadi və təhlükəsizlik maraqlarına deyil, həm də mədəni, diplomatik və qlobal təsir imkanlarının genişlənməsinə xidmət edəcək.

P.İSMAYILOV

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 02 Oktyabr 2025 12:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see727

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see331

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see296

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see293

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see271

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see268

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see254

Mustafa Ceceli də Bakıya gəlir konsert verəcək...

08 Noyabr 2026 05:05see248

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see238

“Qodzilla” ABŞ kinoteatrlarında 31 milyon dollar gəlir əldə edib

08 Noyabr 2026 03:43see232

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see231

Çox öskürənlər bunu oxusun

08 Noyabr 2026 04:05see228

Athena Gökhan illərdir dəyişmədiyi saç rəngini dəyişdi Yeni görünüşü təəccübləndirdi

07 Noyabr 2026 21:40see213

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see212

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see206

Fransanı NATO dan çıxarmaq istəyir

08 Noyabr 2026 03:56see200

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see194

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see193

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see185

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri