Icma.az
close
up
RU
Menu

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

Bakının yükünü azaltmaq lazımdır: Bəzi ali məktəbləri regionlara köçürməklə vəziyyət dəyişməyəcək

Bakının yükünü azaltmaq lazımdır: Bəzi ali məktəbləri regionlara köçürməklə vəziyyət dəyişməyəcək

Sherg.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Saleh Məmmədov: "Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “islahatları” nəticəsində paytaxtda sıxlıq nəninki azalıb, əksinə, artıb"


Əkrəm Həsənov: "Paytaxtı köçürmək lazımdır, Yevlaxa, Göyçaya... başqa hansısa bir rayona"


Paytaxtın sıxlıq və tıxac problemi həllini tapmır. Saysız-hesabsız yeniliklər, islahatlar icra olunur, amma Bakı nəinki darlıqdan genişliyə çıxır, əksinə, daha da daralır, sıxıldıqca da sıxılır. Hara qədər? Bilinmir. Növbəti tədris ilinin başlanmasına az qalmış ali məktəblərin köçürülməsi yenə də gündəmə gəlib. Bəli, ali məktəblər çoxdur Bakıda. Amma təkcə ali məktəblərdirmi sıxlığı yaradan, tıxaclara səbəb olan? Ekspertlər fərqli düşünür

İqtisadçı Natiq Cəfərli bu fikirdədir ki, ali məktəblər regionlara köçürülərsə, regionlarda iqtisadi aktivlik artacaq: 

- Universitetlərin tamamı niyə Bakıda olmalıdır ki?! Kampusu olmayan universitet nəyə lazımdır ki?! BDU-dan başqa (tarixdəki yerinə, simvolizmə görə), bütün universitetlər regionlara, əsasən də, Qarabağa, Şərqi Zəngəzura köçürülməlidir. Başqa yol yoxdur, işğaldan azad edilmiş bölgələrimizin inkişafı da buna bağlıdır. Xankəndindəki model, Qarabağ Universiteti modeli doğrudur, Qarabağ və Şərqi Zəngəzurda eyni model tətbiq edilməlidir. Azad edilmiş torpaqlarda iqtisadi aktivlik üçün universitetlər və torpağa mülkiyyət məsələsi həll edilməlidir - yoxsa indiki model işlək olmayacaq. Universitet şəhəryaradan müəssisədir, ətrafında həyat qaynayır, iqtisadi aktivlik yaranır. Dövlət iqtisadiyyatda əsas oyunçu olaraq oralarda müəssisə açmağa çalışmaqdansa (onu da deyim ki, dövlət iqtisadiyyatda ən pis menecerdir – inanmayan SSRİ-nin təcrübəsinə baxsın), investisiya qoyub universitetləri ora köçürsə, iş yerləri, köç prosesi orqanik, ən əsası, qalıcı olacaq...


Sosial Tədqiqatlar Mərkəzinin icraçı direktoru Sahib Məmmədov isə ali məktəblərin köçürülməsiylə problemin əsaslı şəkildə həll olunmayacağını dedi:  


- Ali məktəblərin köçürülməsi paytaxtdakı sıxlığın aradan qaldırılmasına kömək etməyəcək. Bəlkə, müəyyən qədər kömək edə bilər. Bütün regionların inkişafının təmin olunması naminə buna getmək olar. Təkcə ali məktəblər deyil, bəzi dövlət qurumları, idarələr, agentliklər və sair köçürülə bilər. Amma bu, tələsik veriləcək qərar deyil. Dəqiq hesablamalar aparılmalıdır ki, bu işlərə çəkiləcək xərc özünü doğruldacaqmı? Bilirsiz, inkişaf etmiş ölkələrdə ali məktəblər kampus sistemi ilə işləyir. Biz bilmirik 10 ildən sonra təhsil sistemində hansı islahatlar olacaq. Məsafədən təhsil, onlayn tədris, süni intellekt... bəlkə, universitet binalarına ehtiyac qalmayacaq heç. Bu gün daşa, divara külli miqdarda vəsait xərclənsin, amma sabah onlar lazımsız olarsa, nə əldə edəcəyik? Bu məsələlər ciddi tədqiqat, planlaşdırma hesablamalar, elmi proqnozlar tələb edir. Ali məktəblərin köçürülməsinə birmənalı yanaşmaq olmaz. Köçürülmə olarsa da, bu, heç bir halda  klassik universitetlərimiz – BDU, UNEC... olmamalıdır.


S.Məmmədov qeyd etdi ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin “islahatları” nəticəsində paytaxtda sıxlıq nəninki azalıb, əksinə, artıb: 

- Bakıdakı tıxacların bir deyil, bir neçə səbəbi var. Bu, həm infrastrukturla bağlıdır, həm şəhərin relyefi ilə. Həm də son zamanlar AYNA-nın icra etdiyi islahatlarla, hansı ki tıxacların aradan qaldırılmasına guya ki, nail olunmalıydı, ictimai nəqliyyatın hərəkəti intensivləşməli, avtomobilləşmədən piyadalaşmaya keçid baş tutmalıydı. Amma nə etdilər, yolları daraltdılar. Hansı ki yollarımız zatən dar idi. Velosiped zolaqları çəkiblər. Sutkada 5 velosiped keçmir küçədən, amma yolun bir zolağını ona ayırıblar. Avropa şəhərlərində velosiped zolaqları birtərəflidir. Qarşı-qarşıya gələnlər bir-birinə yol verir. Bizdə isə yolun hərəkət hissəsini avtobus, velosiped, skuterlər üçün ayrıca zolaq ayırmaqla daraldıblar, hələ üstəlik, 1 metr də ara məsafəsi qoyublar. Nəticədə yaranan tıxac səbəbindən havaya atılan karbon qazlarının miqdarı 25 faiz artıb. Getsinlər, Avropa şəhərlərində yol infrastrukturunun necə təşkil olunduğuna baxsınlar. Səki qalmayıb şəhərdə. Əksəriyyəti zəbt edilib. Yol kənarları tutulub. Avtomobillər sərbəst hərəkət edə bilmir. Yəni Bakıda sıxlığı şərtləndirən yalnız ali məktəblər deyil. 

“Paytaxta hər gün 500 mindən çox insan giriş-çıxış edir”

Xatırladaq ki, Azərbaycan Miqrasiya Mərkəzi İctimai Birliyi ötən il Bakıya qeyri-təbii axının olması, regionların boşalması və bunun yaratdığı problemlər barədə hesabat hazırlayaraq prosesin qarşısının alınması ilə bağlı təkliflərlə çıxış etmişdi.  İctimai birliyin bununla bağlı mətbuata açıqlamasında qeyd olunurdu ki, ən ciddi problemlərdən biri Bakıya axının davam etməsidir: “Ölkə ərazisinin 2,5 faizini təşkil edən paytaxt əhalinin 25 faizdən çoxunu özündə cəmləşdirib. Qeyri-rəsmi məlumatlara görə isə bu gün Bakıda təqribən 3 milyondan çox insan daimi yaşayır. Hər gün regionlardan 500 mindən çox insan paytaxta qısamüddətli giriş-çıxış edir. Paytaxtın avtomobil yollarında sutka ərzində 1 milyona yaxın nəqliyyat vasitəsi hərəkətdə olur. Son 30 ildə qeyri-təbii urbanizasiya paytaxtda və bütövlükdə ölkədə ciddi problemlərə səbəb olub. Kəndlərdə əhalinin sayı sürətlə azalıb. Bu da bölgələrdə iqtisadi inkişafa, kənd təsərrüfatı məhsullarının istehsalına mənfi təsir göstərib. Paytaxtın həddən artıq "yüklənməsi" ekoloji vəziyyətin pisləşməsi, çirklənmə, tıxaclar və s. kimi ciddi problemlərin yaranmasına səbəb olub. Tənzimlənməyən miqrasiya Bakının və ətraf qəsəbələrin görünüşünə də təsirsiz ötüşməyib. Eyni zamanda kommunal təchizatda ciddi yüklənmələr müşahidə olunur. Qeydiyyatsız yaşama paytaxtda ictimai sabitlik baxımından da problemlər yaradır. Belə ki, hər il Bakıda baş verən cinayət hadisələrinin təqribən 35 faizi digər şəhər və rayonlarda qeydiyyatda olan və Bakıda yaşayan insanlar tərəfindən törədilir. Vətəndaşlarının az qala 3/1-nin paytaxtda məskunlaşması, əhalinin 15-20 faizinin qeydiyyatsız, qanunsuz tikilən evlərdə yaşaması ilə bağlı tədbirlər görülməli, ciddi fəsadlar yaradan tənzimlənməyən miqrasiyanın qarşısının alınması üçün mübarizə aparılmalıdır. Çünki belə davam edəcəyi təqdirdə gələcəkdə daha ciddi problemlər ortaya çıxa bilər. Tərəddüd etmədən deyə bilərik ki, heç bir ölkədə bu sayda qeydiyyatsız yaşama halları mövcud deyil”. 

İctimai Birlik mövcud vəziyyətin hərtərəfli araşdırılmasını zəruri hesab edərək konkret təkliflər irəli sürüb: regionlarda yeni iş yerlərinin açılması və investorların cəlbi, ali təhsil müəssisələrinin, həmçinin, hüquq-mühafizə orqanlarının mərkəzi orqanları istisna olunmaqla digər nazirlik və idarələrin rayonlara köçürülməsi, regionlarda təsərrüfatla məşğul olmaq istəyənlərə güzəştli kreditlərin verilməsi. 

“Bakını paytaxt statusundan azad etmək lazımdır” 


İqtisadçı Əkrəm Həsənov Sherg.az-a açıqlamasında paytaxtda əhali sıxlığı probleminin yeni olmadığını dedi: 

seeBaxış sayı:88
embedMənbə:https://sherg.az
archiveBu xəbər 29 Avqust 2025 10:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Mədəniyyət Nazirliyində yoxlamalar: 8 milyon vəsait...

12 Oktyabr 2025 08:18see302

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see188

Qadınlar 50 yaşdan sonra niyə boşanır? Səbəb məlum oldu

12 Oktyabr 2025 00:17see166

Media: Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət buraxılış məntəqəsini ələ keçirib

12 Oktyabr 2025 06:59see156

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see146

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see142

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see139

Nigeriya millisini daşıyan təyyarə Anqolaya məcburi eniş edib

12 Oktyabr 2025 02:10see135

“Qəzzaya dönüş: bölgənin gələcəyini kim müəyyən edəcək?“ İsrail mətbuatı

11 Oktyabr 2025 20:50see135

Amerika qoşunları birbaşa Fələstin anklavına yerləşdirilməyəcək

11 Oktyabr 2025 18:23see134

Hava ilə bağlı xəbərdarlıq edildi: Leysan, dolu...

12 Oktyabr 2025 17:28see134

Taliban milyardlarla dollarlıq hərbi texnikanı ələ keçirib

12 Oktyabr 2025 02:49see133

Sükut andı : Bəşər Əsəd saatlarla “Moskva Siti”də onlayn oyunlar oynayır

11 Oktyabr 2025 23:40see126

B12 çatışmazlığının ən böyük əlaməti: Dərinizdəki bu dəyişikliklərə diqqət edin

11 Oktyabr 2025 23:00see123

Madaqaskar Prezidenti etirazlara görə paytaxtı tərk edib

11 Oktyabr 2025 23:03see123

Təkcə gənclər yox: Yaşlılar da ölümcül dozadan ÖLÜR

12 Oktyabr 2025 17:00see123

Mingəçevirdə zirzəmidə tapılan körpə ilə əlaqədar araşdırma aparılır

12 Oktyabr 2025 11:47see120

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see120

“Ədalət yalnız qanunun tələbi deyil, müstəqilliyimizin də əsasını təşkil edir”

12 Oktyabr 2025 19:16see119

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see118
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri