Icma.az
close
up
RU
Bakının zolaqlı yollarında keçən həyat

Bakının zolaqlı yollarında keçən həyat

Icma.az bildirir, Cebheinfo saytına əsaslanaraq.

Son vaxtlar paytaxtda tıxac probleminin aradan qaldırılması istiqamətində müxtəlif addımlar atılmasına baxmayaraq, bu sahədə ciddi irəliləyiş müşahidə edilmir. 

Belə ki, xüssilə paytaxtda velosiped zolaqları, avtobuslar üçün xüsusi zolaqlar yaradılıb. Ancaq bu zolaqlar mövcud tıxac problemini həll etmir. Belə ki, avtobuslar üçün xüsusi zolaqlar yaradılmasına baxmayaraq, yenə də tıxacdan xilas ola bilmirik. 

Məsələn, Azadlıq prospektindən 28 May metrostansyasına qədər olan yolda gün ərzində saatlarla davam edən tıxacın şahidi oluruq. İşdən evə qayıdan paytaxt sakinləri uzun müddət avtobuslarda yolun açılmasını gözləməli olurlar. Onu da qeyd edək ki, nəqliyyatla bağlı müxtəlif problemlərin aradan qaldırılması üçün davamlı olaraq gedişhaqqı artırılır. Ancaq gedişhaqlarının artırılması isə nəqliyyatda heç bir yenilik müşahidə edilməyib. 

Yenə də vətəndaşlar uzun müddət dayanacaqlarda gözləməli olurlar. Sürücü isə gec gəlmənin səbəbini soruşan sərnişinə ya sərt cavab verir, ya da adətən tıxacın olması ilə əlaqələndirir. Görünən isə odur ki, gedişhaqqlarının artmasından sərnişinlər hələlik heç nə əldə etmir, yenə də avtobus sahibləri qazanclı çıxırlar. 

Tıxac probleminin həlli istqamətində mütəxəssislər müxtəlif təkliflərlə çıxış ediblər. Belə ki, bəzi ekspertlər bu problemin həlli üçün paytaxtdakı bir sıra mühüm ali təhsil ocaqları və sənaye müəssisələrinin başqa bölgələrə köçürülməsi təklifini irəli sürüblər. Bundan başqa, beynəlxalq təcrübəyə əsaslanaraq Sinqapur, London, Seul və Dubay kimi böyük şəhərlərdə iş saatlarının diferensiallaşdırılması tıxacların azalmasında əhəmiyyətli rol oynadığı fikri də irəli sürülüb. 

Bildirilib ki, bu sistem təkcə yollardakı sıxlığı azaltmır, həm də şəhəriçi hərəkət vaxtını qısaldır, yanacaq sərfiyyatını və hava çirklənməsini azaldır. Nəticə etibarilə, iş saatlarının dəyişdirilməsi tıxac probleminin azaldılmasına real təsir göstərə bilər, amma bu, kompleks yanaşma tələb edir. Yəni bu kimi təkliflər irəli sürülməsinə baxmayaraq, yenə də eyni vəziyyət hökm sürür. 

Digər bir problem isə taksilərlə bağlıdır. Belə ki, fərdi avtomobildən düşərkən avtobus zolaqlarına daxil olmaq üçün şərait yaradılsa da, taksilər bu imkandan yararlana bilmir və sürücülər cərimə ödəməli olur. Avtobuslar onlar üçün ayrılmış xüsusi zolaqlardan istifadə etsələr də, yenə saatlarla tıxacda qalmalı olurlar. Taksilərin də həmin zolaqdan istifadə etməsi vətəndaşların işini asanlaşdırar. 

Paytaxt yolları bu gün qarışıqlığına, zolaq sayının çoxluğuna görə sanki Hindistan yollarını xatırladır. Paytaxtın dar və çoxsaylı zolaqlardan ibarət olan yollarında avtobus, taksi, motosiklet, fərdi avtomobillərin düşdüyü xaosun şahidi oluruq. Əgər belə davam edərsə, həyatımızın xeyli hissəsi yollarda keçəcək… 

Nigar Abdullayeva 
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 24 Noyabr 2025 16:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see324

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see292

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see292

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see282

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see281

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see273

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see272

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see269

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see264

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see257

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see242

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see240

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see232

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see225

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see223

Kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif olunub Sərəncam

30 Oktyabr 2026 16:18see223

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see221

Gecə tərləmələri hansı hallarda ciddi xəstəliyin əlaməti ola bilər? HƏKİM AÇIQLADI

30 Oktyabr 2026 12:14see208

Qışda sağlam qalmaq üçün bunlara diqqət EDİN

30 Oktyabr 2026 10:18see207

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see206
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri