Icma.az
close
up
RU
BakıQuba ödənişli yolundan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır

BakıQuba ödənişli yolundan istifadə üçün “Sürətli Keçid Kartları”nın satışına başlanılır

Icma.az, Azpost portalına istinadən məlumatı açıqlayır.

Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan istifadə üçün “Sürətli Keçid Kartı”nın satışına başlanılır.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) bildirilib ki, “Sürətli Keçid Kartı”nı Sumqayıt 2, Quba və Bakı şəhərlərindəki 2,5,6 və 7 saylı “ASAN xidmət” mərkəzlərindən, həmçinin Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi avtomobil yolunun 45-ci kilometrində yerləşən satış məntəqəsindən, eyni zamanda Xudat-Qusar (ödənişli yolun sonuncu məntəqəsi) keçid ödəmə məntəqəsindən əldə etmək mümkündür.

“Sürətli Keçid Kartı”nı əldə etmək üçün vətəndaş şəxsiyyət vəsiqəsini və nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini təqdim etməlidir.

“Sürətli Keçid Kartı” içərisində xüsusi çip yerləşdirilmiş kiçik bir kartdır. Ödənişli yoldan istifadə zamanı, ödəmə keçid məntəqələrində quraşdırılmış xüsusi qurğular bu çipdəki məlumatları avtomatik olaraq oxuyur. Kartları düzgün istifadə etmək üçün avtomobilin ön alın şüşəsinə kartı qoruyucu lentdən ayıraraq, qeyd olunan standartlar (ön alın şüşəsinin sağ künc hissəsində) əsasında yerləşdirmək kifayətdir.

“Sürətli Keçid Kartı”nın istifadə qaydaları və əlavə məlumatlar üçün www.tollroad.az və ya www.odenisliyol.az saytında məlumatlar qeyd olunub. Kartın balansını satış məntəqələrində və ya onlayn şəkildə artırmaq mümkündür.

Onlayn balans artırmaq üçün:

1. www.tollroad.az və ya www.odenisliyol.az saytına daxil olun.

2. “Balans artırma” bölməsinə keçid edin.

3. “Sürətli Keçid kartı”nın alışı zamanı sizə təqdim olunmuş qeydiyyat məlumatlarından istifadə edərək, hesabınıza daxil olun.

4. Bank kartı vasitəsilə ödəniş edin.

Balans artırma və “Sürətli Keçid kartı”nın satış əməliyyatını yalnız nağdsız şəkildə həyata keçirmək mümkündür.

“Sürətli Keçid kartı”nın istifadəsi zamanı yaranan çətinlik və ya kart zədələndiyi halda yuxarıda qeyd olunan satış məntəqələrinə və ya aidiyyəti ofislərə yaxınlaşmaq lazımdır.

Bundan əlavə yaranmış çətinliklərlə bağlı dəstək xidməti fəaliyyət göstərir. Xidmətə www.tollroad.azwww.odenisliyol.az web saytları üzərindən müraciət edə və ya [email protected] email ünvanına elektron məktubla məlumat vermək olar. Həmçinin *1009 Qaynar xəttinə də müraciət etmək mümkündür.

QEYD: 1 ay ərzində Bakı-Quba-Rusiya Federasiyası ilə dövlət sərhədi ödənişli avtomobil yolundan həm “Sürətli Keçid Kartı” əldə edərək, eyni zamanda keçid məntəqələrində bank kartı vasitəsi ilə (nağdsız) ödəniş edərək istifadə etmək mümkün olacaq. Qeyd olunan müddət bitdikdən sonra isə ödənişli yoldan yalnız “Sürətli Keçid Kartı”nın sahibləri istifadə edə biləcəklər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:73
embedMənbə:https://azpost.info
archiveBu xəbər 07 Noyabr 2024 15:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see660

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see275

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see250

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see229

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see219

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see210

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see187

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see187

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see183

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see170

Gənclər Fondu süni intellekt üzrə təqaüd proqramı elan edib

01 Fevral 2026 20:04see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see159

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see155

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see153

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see146

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see146

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see145

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see139

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri