Icma.az
close
up
RU
Tramp “Epşteyn faylları”nın açılmasında maraqlıdır? Tramp bu səbəbdən onu xain adlandırdı...

Tramp “Epşteyn faylları”nın açılmasında maraqlıdır? Tramp bu səbəbdən onu xain adlandırdı...

Hurriyyet saytından verilən məlumata görə, Icma.az xəbər verir.

“Bunun sırf liberal elitaları ifşa etdiyi fikri yanlışdır”

Son günlər bütün dünya mediasının gündəmini zəbt edən “Epşteyn faylları” mövzusu öz aktuallığını saxlayır. Bu məsələnin üstünün açılmasında kimin daha çox maraqlı olmasıyla bağlı müxtəlif versiyalar var.

“AzPolitika” xəbər verir ki, siyasi şərhçi Şahin Cəfərli bu mövzuyla bağlı paylaşımında ABŞ-nin daxilində gedən proseslərə toxunub: ““Epşteyn faylları”nın Trampın mübarizəsi və ciddi səyləri nəticəsində açıqlandığı barədə deyilənlər tamamilə yanlışdır. Bunu söyləyənlər, görünür, ABŞ daxili siyasətini izləmir.

Bəli, sırf texniki baxımdan Tramp tərəfindən açıqlandığını söyləmək olar, çünki materialları onun hökuməti (Ədliyyə Nazirliyi) dərc edir. Lakin bu, Trampın təşəbbüsü ilə yox, qanunun tələbi əsasında baş verir. Konqres ötən ilin noyabrında ikipartiyalı konsensusla “Epşteyn fayllarının şəffaflığı haqqında Akt” (Epstein Files Transparency Act) qəbul edib və bu qanuna görə, hökumət heç bir senzuraya məruz qoymadan bütün materialları tam şəkildə ictimaiyyətə açıqlamalıdır.

Tramp seçkiqabağı kampaniyada söylədiklərinin əksinə olaraq, vəzifəsinin icrasına başladıqdan sonra bu məsələyə xüsusi maraq göstərmirdi. Məhz bu səbəbdən onunla MAGA‐nın məşhur simalarından olan Konqres üzvü Mercori Teylor Qriin (Marjorie Taylor Greene) arasında ciddi konflikt yarandı. Çünki M.T.Qriin “Epşteyn faylları”nın məcburi şəkildə açıqlanması barədə demokratların hazırladığı petisiyaya imza atmışdı. Tramp bu səbəbdən xanım Qriini xain adlandırdı və onun adını Taylor deyil, Traitor (xain) kimi yazmağa başladı. Keçmiş müttəfiqlər arasında münaqişə o qədər böyüdü ki, M.T.Qriin Konqres üzvlüyündən istefa verdi. (Yeri gəlmişkən, bu qadın Ukraynanın qəti əleyhdarıdır).

Epşteyn məsələsində demokratlarla birlikdə hərəkət edən digər respublikaçı Konqres üzvü ‐ Tomas Massi (Thomas Massie) də Trampın hədəfindədir. T.Massi demokrat Ro Xanna (Ro Khanna) ilə birlikdə “Epşteyn fayllarının şəffaflığı haqqında Akt”ın həmmüəllifidir. (Tramp yalnız son anda ‐ Aktın qəbulunun qaçılmaz olduğunu gördükdə respublikaçıları layihəyə səs verməyə çağırmışdı). T.Massi açıqlanan materialların redaktəyə məruz qaldığını deyərək tam şəffaflıq tələb edir. O, İrana qarşı hərbi əməlyyata da qarşı çıxır. Tramp Tom Massini bir növ anafemaya məruz qoyaraq onun MAGA‐ya heç bir aidiyyəti olmadığını bəyan edib. O, eyni zamanda iddia edib ki, arvadı “radikal solçu” olduğu üçün Massi bu cür davranır.

Epşteyn qalmaqalının sırf liberal elitaları ifşa etdiyinə dair fikirlər də həqiqəti əks etdirmir. Epşteyn adasının qonaqları, eləcə də onunla əlaqə saxlayan şəxslər arasında sabiq prezident Bill Klinton və digər demokratlar olub. Lakin məsələn, Donald Tramp haqqında 5300‐dən çox fayl var. Bu fayllarda Trampla əlaqəli (o cümlədən onun həyat yoldaşı və malikanəsi haqqında) 38 mindən çox qeyd mövcuddur. Trampın azyaşlı qız uşağı ilə əlaqəsinə dair də iddialar var. Bundan başqa, fayllarda hazırkı ticarət naziri Hovard Lutnik, respubikaçıların əsas sponsorlarından olan məşhur iş adamı Piter Til (homoseksual) və digər mühafizəkarların da adları hallanır. Əlbəttə ki, bütün bunlar iddialardır, hansısa cinayət əməlini sübut edən faktlar yox”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 03 Fevral 2026 21:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see664

Epstein qalmaqalı və kabus kimi suallar... TƏHLİL

02 Fevral 2026 10:55see287

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see263

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see259

MMA döyüşçümüz ilk raundda qalib gəldi

02 Fevral 2026 02:38see226

ABŞ ı İsrail qızışdırır

02 Fevral 2026 08:06see221

Nikosayağı həmin paylaşımını da sildi VİDEO

02 Fevral 2026 10:36see207

Bakıda özünü 17 mərtəbədən atan qızın anası DANIŞDI TƏFƏRRÜAT VİDEO FOTO

02 Fevral 2026 05:25see195

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see194

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see188

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see177

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see172

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see166

Fransa XİN başçısı Aİ ni Rusiya ilə birbaşa əlaqə kanalı yaratmağa çağırıb

02 Fevral 2026 03:22see162

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see158

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see154

Bakı Quba magistralında ağır qəza olub

02 Fevral 2026 00:47see151

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see150

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see148

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri