Icma.az
close
up
RU
Bakıya buna görə gəlirlər: Rayonlarda isə… KONKRET

Bakıya buna görə gəlirlər: Rayonlarda isə… KONKRET

Konkret.az saytına istinadən Icma.az xəbər verir.

Azərbaycanda turizmin inkişafı əsasən paytaxt mərkəzlidir. Rəsmi məlumatlara görə, ölkəyə gələn turistlərin 80 faizindən çoxu yalnız Bakı şəhərini ziyarət edir. Bu isə o deməkdir ki, hər 100 turistdən cəmi 20-si bölgələrə üz tutur. Bəs niyə rayonlar xarici turistlər üçün hələ də cəlbedici deyil? İnfrastruktur, xidmət keyfiyyəti, yoxsa yüksək qiymətlər bölgə turizminin inkişafına mane olur?

KONKRET.az xəbər verir ki, bununla bağlı “Yeni Sabah”a danışan turizm eksperti Kənan Hənifəyev bildirib ki, Azərbaycanın gəlmə turizmi  inkişaf mərhələsindədir. Onun sözlərinə görə, bölgələri yox, paytaxtı seçən turistlərin bir neçə səbəbi var:

“Ümumilikdə, turizm şirkətləri xarici turistlərə tur məhsulu təklif edərkən daha çox kombinə turlar təqdim edirlər. Bu turlarda Bakı və regionlarımız birlikdə səyahət marşrutuna daxil edilir. Əsasən yay aylarında regionlara turist axınının artması həm statistik göstəricilərdə, həm də real mənzərədə aydın görünür. Hazırda xüsusilə Çin və Yaponiya turistləri üçün şimal-qərb istiqaməti böyük maraq doğurur və onların səfər proqramlarına bu istiqamətdəki şəhər və rayonlar da daxildir”.

Ekspert bildirib ki, turistlərin bu seçiminin bir neçə səbəbi olsa da, ən əsas amillərdən biri infrastruktur, xidmət səviyyəsi və şəhərin turistə yaratdığı ümumi təəssüratla bağlıdır:

“Məsələn, Bakı şəhəri öz tarixi-mədəni zənginliyi, inkişaf etmiş infrastrukturu, xidmət səviyyəsi, şəhər sakinlərinin kütləviliyi və asudə vaxtın keçirilməsi üçün müxtəlif əyləncə istiqamətləri ilə turistləri cəlb edir. Turist səfər zamanı bu meyarları görüb təcrübədən keçirdikcə, onun səyahəti daha yadda qalan olur və nəticədə geri dönüş ehtimalı artır. Bu isə, eyni zamanda, ölkə iqtisadiyyatına da xeyir verərək vəsait axınını təmin edir.

Regionlarda isə sadalanan imkanların təxminən 50%-i mövcud olmadığı üçün turistlər çox vaxt bir gecədən artıq qalmayıb yenidən paytaxta qayıdırlar”.

“Qiymətlər xarici turistlər üçün yüksək hesab olunmur, xidmət sahəsində müəyyən çatışmazlıqlar olsa da, bu, aradan qaldırıla bilən məsələlərdəndir. Əsas məsələ turist üçün sistemli və cəlbedici şəhər mühitinin formalaşdırılması, yəni şəhərin tanıtımının təkcə reklamla deyil, həm də ab-havanın düzgün qurulması ilə təmin edilməsidir”, deyə K.Hənifəyev qeyd edib.

Müsahibimiz vurğulayıb ki, bunun üçün ilk növbədə yerli bələdiyyə orqanları və şəhər icra hakimiyyətləri bu məsələdə maraqlı olmalı, həmçinin regional turizm idarələri, Dövlət Turizm Agentliyi və özəl turizm müəssisələri ilə birgə əməkdaşlıq edərək mövcud problemləri birgə həll etməyə çalışmalıdırlar:

“Regionlarda sahibkarlıq üçün münbit şəraitin yaradılması, yeni investisiyaların cəlb edilməsi və yerli sahibkarların təşviqi vacib məsələlərdəndir. Düşünürəm ki, ümumilikdə reurbanizasiya prosesinin həyata keçirilməsi ilə sadalanan çatışmazlıqlar aradan qalxacaq və regionlarda mövcud problemlər yerli sakinlər və sahibkarlar tərəfindən tədricən həll olunacaq. Bunun üçün müəyyən zamana ehtiyac var, lakin proseslər mərhələli şəkildə və planlı formada həyata keçirilməlidir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:171
embedMənbə:https://konkret.az
archiveBu xəbər 05 Noyabr 2025 15:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see316

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see314

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see312

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see311

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see308

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see300

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see299

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see298

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see289

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see277

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see260

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see251

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see251

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see245

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see244

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see223

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see210

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see210

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see208

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri