Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Bakıya dəstək, Parisə kəskin etiraz

Bakıya dəstək, Parisə kəskin etiraz

Yeniazerbaycan saytına istinadən Icma.az xəbər verir.

Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmağa çalışmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim hüququnu tanımalıdır

Fransanın hələ də əl çəkmək istəmədiyi müstəmləkəçilik siyasətinə qarşı növbəti etirazlar Qvadelupadan və Saint Martin adasından gəlib. Bu günlərdə Qvadelupada fəaliyyət göstərən “MIR Guadeloupe” təşkilatının prezidenti, Beynəlxalq Dekolonizasiya Cəbhəsinin katibi Joze Jan-Pyer Fransa hakimiyyətinin Dənizaşırı ərazilərlə bağlı müstəmləkəçi siyasətinə qarşı genişlənən beynəlxalq hərəkatı və dekolonizasiya çağırışlarını “daxili işlərə qarışma” kimi təqdim etmək cəhdlərinə sərt cavab verib. O, Fransa Prezidenti Emmanuel Makrona, Fransa Milli Assambleyasının deputatı Nikolas Metzdorfa və BMT-nin Dekolonizasiya üzrə Xüsusi Komitəsinə məktublar ünvanlayıb. Bakı Təşəbbüs Qrupundan (BTQ) verilən məlumatda qeyd olunub ki, məktublarda Fransa parlamentarilərinin Azərbaycanın Dənizaşırı ərazilərin dekolonizasiyasının başa çatdırılması ilə bağlı mövqeyini “müdaxilə” kimi qələmə vermələri qətiyyətlə rədd edilir. Həmçinin Fransa və Niderland tərəfindən 2 hissəyə bölünərək faktiki işğal altında saxlanılan Saint Martin adasının azadlığı uğrunda barışmaz mübarizə aparan nüfuzlu “ONESXM” təşkilatı Azərbaycana dəstək ifadə edən bəyanat yayıb. Təşkilat Fransa Milli Assambleyasının 3 deputatının Azərbaycanın və Bakı Təşəbbüs Qrupunun dekolonizasiya prosesinə dəstəyini hədəf alan ittihamlarını qətiyyətlə rədd edib. Müstəqillik hərəkatı tərəfdarları fransız parlamentarilərin Azərbaycan Prezidentinin fikirlərini “Fransanın daxili işlərinə qarışmaq” kimi qələmə vermələrinə sərt reaksiya göstəriblər.

Azərbaycanın beynəlxalq hüquqa, ədalət və demokratiya prinsiplərinə əsaslanan ardıcıl siyasəti

Azərbaycan beynəlxalq hüquq, ədalət və demokratiya prinsiplərinə istinad etməklə dünyada müstəmləkəçiliyin hər hansı bir formada təzahürünə qarşı ardıcıl mübarizə aparır. Paytaxtımızda sıralarında 120 dövləti birləşdirən Qoşulmama Hərəkatı (QH) çərçivəsində  təsis olunan Bakı Təşəbbüs Qrupu (BTQ) Afrikada, Dənizaşırı ərazilərdə hələ də ağır müstəmləkə əsarəti altında inləyən xalqların ümid yerinə çevrilib. BTQ qısa müddətdə  müstəmləkəçiliyə qarşı milli səviyyədə mübarizə aparan təşkilatların koordinasiyalı fəaliyyətini təşkil etməyə, problemləri BMT müstəvisinə çıxarmağa nail olub.

Azərbaycanın, o cümlədən də Bakı Təşəbbüs Qrupunun müstəmləkəçiliyə qarşı sistemli şəkildə mübarizə aparması hələ də sümürmə siyasətindən əl çəkməyən bəzi Qərb dövlətlərinin xoşuna gəlmir. Ölkəmiz hədəf seçilir, BTQ-yə qarşı qərəzli kampaniyalar aparılır. Burada dünyaya demokratiya dərsi keçmək cəhdlərində bulunan Fransanın canfəşanlığını xüsusi qeyd edə bilərik. Yelisey Sarayı respublikamızın azadlıq mübarizəsinə qalxan xalqlara dəstək verməsini “Fransanın daxili işlərinə qarışmaq” anlamında təqdim etməklə ölkəmizin ünvanına heç bir əsası olmayan iddialar səsləndirir və qərəzli yanaşmalar sərgiləyir. Təzadlı mənzərə yaranır: Müstəmləkəçilik keçmişin eybəcər qalığıdır. Dünya ona “yox” deyir. Azadlıq, qardaşlıq, bərabərlik, demokratiya şüarlarını özünə deviz seçən Fransa isə axına qarşı gedir, mütərəqqi bəşəriyyətin istəyini görməzdən gəlir və bütün bunlar azmış kimi, əzilən, hüquqları tapdanan, sərvətləri talanan, milli kimliyinə qəsd edilən xalqların yanında dayanan Bakı nədə isə ittiham olunur. Məntiq haradadır? Ədalətsizliklə, milli-dini-irqi ayrı-seçkiçiliklə necə barışmaq olar? Heç bir halda Bakının davranışlarını “Fansanın daxili işlərinə qarışmaq” anlamında təqdim etmək doğru yanaşma deyil. Bu, rəsmi Parisə başucalığı gətirmir, Yelisey Sarayının imicinə qara kölgə salır. Müstəmləkəçiliyə qarşı mübarizə aparmaq insan haqlarını müdafiə etmək deməkdir və Bakı öz ədalətli mübarizəsindən heç vaxt geri çəkilməyəcək. Təbii ki, burada azadlıq mübarizəsinə qalxan xalqların mövqeyi əsasdır. Qvadelupadan BMT-yə ünvanlanan məktubun məzmunundan da göründüyü kimi, onlar mövqelərində və seçimlərində qətidirlər - səslərinə səs verən Bakını dəstəkləyir, zülmü, əsarəti davam etdirmək niyyətində olan Parisə isə kəskin etirazlarını bildirirlər. Məktubda vurğulanır ki, hər hansı dövlətin müstəmləkə idarəçiliyi altında olan ərazilərin statusunu beynəlxalq hüquq kontekstində gündəmə gətirməsi Fransanın daxili işlərinə qarışmaq deyil. Əksinə bu, BMT üzvlərinin müstəmləkəçiliyin bütün formalarının aradan qaldırılması ilə bağlı üzərinə götürdüyü kollektiv öhdəliyin ifadəsidir.

Yelisey Sarayına, Milli Assambleyaya tarixə dair ciddi xatırlatmalar

Fransanın ağır müstəmləkəçilik siyasətinin əsası 500 il bundan əvvəl qoyulub. Əslində, dünya bu gün Fransanın yüzilliklər ərzində nəzarətində saxladığı coğrafiyalarda - Afrikada, Dənizaşırı ərazilərdə mədəni izlər buraxdığına, bu yerlərə tərəqqi gətirdiyinə, xalqların siyasi, milli-mədəni muxtariyyətinə dəstək göstərdiyinə, iqtisadi inkişafa töhfə verdiyinə şahidlik etməli idi. Beş yüz il ötəndən sonra müstəmləkə ərazilərində bunların heç biri yoxdur. Fransa bu yerlərə yaxşı heç nə gətirməyib. Yalnız sümürməçiliklə, sərvətləri talamaqla məşğul olub, davamlı şəkildə xalqların milli kimliyinə qəsd etməyə çalışıb.

Yelisey Sarayının bu kimi bəd əməlləri unudulmur və heç vaxt da unudulmayacaq. Mühüm məqamlardan biri də ondan ibarətdir ki, rəsmi Paris müstəmləkəçilik siyasəti ilə bağlı beynəlxalq qınaqları da qəbul etmək istəmir. Qvadelupalı siyasi fəal rəsmi Parisə xatırladır ki, Yeni Kaledoniya və Fransa Polineziyası bu gün də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısındadır. Buna görə də həmin ərazilərin müstəmləkə statusunun beynəlxalq səviyyədə müzakirə edilməsini “xarici müdaxilə” adlandırmaq hüquqi və siyasi baxımdan əsassızdır. Bu ərazilərin vəziyyəti hər il BMT-nin C-24 Komitəsi və Baş Assambleyanın Dördüncü Komitəsi çərçivəsində nəzərdən keçirilir.

Məktublarda Fransanın Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının guya könüllü şəkildə Fransaya birləşməsi barədə iddiaları da ifşa olunur. Bildirilir ki, 1946-cı ildə qəbul edilən departamentləşdirmə qanunu həmin xalqların iştirakı olmadan, heç bir referendum və birbaşa ümumxalq səsverməsi keçirilmədən Fransa parlamenti tərəfindən birtərəfli qaydada qəbul edilib. Bir il sonra bu ərazilərin BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısından çıxarılması da rəsmi Parisin birtərəfli qərarı əsasında həyata keçirilib. Beləliklə, Fransanın istinad etdiyi “azad seçim” heç vaxt həmin xalqların iradəsi ilə təsdiqlənməyib.

J.Jan-Pyer Fransanın hüquqi bərabərlik haqqında bəyanatlarının Dənizaşırı ərazilərdəki real vəziyyətlə ziddiyyət təşkil etdiyini də konkret faktlarla göstərir. Rəsmi statistikaya əsasən, işsizlik səviyyəsi Qvadelupa və Martinikdə metropol Fransa ilə müqayisədə yüksək olaraq qalır. Antil adalarında xlordekon adlı zəhərli pestisidlə çirklənmənin yetkin əhalinin 80 faizindən çoxuna təsir etdiyi, bu hadisənin Fransa məhkəmələri tərəfindən belə “sanitar qalmaqal” kimi tanındığı vurğulanır.

BMT-nin C-24 Komitəsinə ünvanlanan məktubda Yeni Kaledoniya və Fransız Polineziyasına BMT missiyasının göndərilməsi və müstəqillik seçiminin verilməsi tələb olunur. Eyni zamanda, Fransadan Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasının 1947-ci ildə hansı hüquqi əsaslarla BMT siyahısından çıxarıldığı barədə hesabat istənilməsi, bu xalqların beynəlxalq hüquq baxımından ayrıca xalq statusunun tanınması və öz müqəddəratlarını təyin etmək üçün referendumların keçirilməsi təklif edilir.

Fransa beynəlxalq öhdəliklərini yerinə yetirməli, xalqların “azad seçim” hüquqlarını tanımalıdır

Fransa BMT-nin əksər konvensiyalarına qoşulan dövlətdir. Ancaq belə görünür ki, BMT konvensiyalarına qoşulmaq rəsmi Paris üçün formal səciyyə daşıyır, çünki reallıqda bu ölkə beynəlxalq hüquqa hörmətlə yanaşmır.  Qvadelupadan E.Makrona göndərilən məktubda  Parisə açıq çağırış edilir: dekolonizasiya hüququnun legitimliyini mübahisələndirmək əvəzinə, Fransa öz beynəlxalq öhdəliklərini yerinə yetirməlidir. Bunun üçün Dənizaşırı ərazilərin sakinlərinin ayrıca xalq statusu tanınmalı, Yeni Kaledoniya və Fransız Polineziyasında BMT-nin himayəsi altında real öz müqəddəratını təyinetmə prosesi başlanmalı, Qvadelupa, Martinik, Reyunyon və Fransız Qvianasında isə 1946-cı ildən bəri keçirilməyən referendumlar nəhayət təşkil edilməlidir.

“Qvadelupa xalqının səsi Azərbaycanın qaldırdığı dekolonizasiya gündəliyi və Bakı Təşəbbüs Qrupunun formalaşdırdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatır. BTQ müxtəlif qitələrdə Fransa müstəmləkəçiliyindən əziyyət çəkən xalqların ayrı-ayrı mübarizələrini vahid beynəlxalq siyasi və hüquqi gündəlik ətrafında birləşdirir, onların mövqelərinin BMT səviyyəsinə daşımasına imkan yaradır”, - deyə məktublarda vurğulanır. Qvadelupadan ünvanlanan bu məktublar rəsmi Parisə verilən növbəti aydın cavabdır: müstəmləkəçilik “daxili iş” adı altında gizlədilə bilməz. Fransa təhdid və diplomatik təzyiqlərlə dekolonizasiya tələbini susdurmaq əvəzinə, əsrlər boyu hüquqları əlindən alınmış xalqların azad seçim, müstəqillik və öz müqəddəratını təyinetmə hüququnu tanımalıdır.

Saint Martin adasından Parisə ünvanlanan aydın mesaj

Saint Martin adasını təmsil edən “ONESXM” təşkilatının yaydığı bəyanatda vurğulanıb ki, müstəmləkəçilik və xalqların öz müqəddəratını təyin etməsi Fransanın daxili işi sayıla bilməz. Bu məsələlər beynəlxalq hüquq normaları, BMT Nizamnaməsinin 1-ci maddəsi (xalqların bərabər hüquqluluğu və öz müqəddəratını təyin etməsi prinsipi) və BMT Baş Assambleyasının 1960-cı ildə qəbul etdiyi müstəmləkə idarəçiliyinə son qoyulmasını tələb edən 1514 saylı qətnaməsi (“Müstəmləkə ölkələrinə və xalqlarına müstəqillik verilməsi haqqında Bəyannamə”) ilə tənzimlənir. Bu baxımdan, assosiasiya müstəmləkə idarəçiliyindən əziyyət çəkən xalqların səsini dünyaya çatdıran Bakı Təşəbbüs Qrupunun missiyasını tamamilə legitim, qanuni və təqdirəlayiq hesab edir.

Yeni Kaledoniya və Fransız Polineziyası kimi bölgələrin hələ də BMT-nin dekolonizasiya edilməli olan ərazilər siyahısında qaldığını xatırladan “ONESXM” təşkilatı rəsmi Parisin “fransız təbəəliyi” adı altında apardığı siyasətin real bərabərsizliyi və yerli xalqların fundamental hüquqlardan məhrum edilməsini gizlədə bilmədiyini vurğulayaraq, Saint Martində xalqa tam müstəqillik üçün “bəli”,  yaxud “xeyr” seçimi veriləcək rəsmi referendumun dərhal təşkil olunmasını tələb edir.

“ONESXM” Assosiasiyasının bəyanatı bir daha göstərir ki, Parisin təhdid, təzyiq və “daxili işlərə qarışma” bəhanəsi dekolonizasiya tələblərini susdurmağa qadir deyil. Karib hövzəsindən Sakit okeanadək Fransa müstəmləkəçiliyinə qarşı mübarizə aparan xalqlar öz səslərini məhz Bakı Təşəbbüs Qrupunun yaratdığı beynəlxalq platforma vasitəsilə daha geniş auditoriyaya çatdırır, mövqelərini uzlaşdırır və qlobal həmrəylik nümayiş etdirirlər. Bakı Təşəbbüs Qrupu bu mübarizəni ayrı-ayrı ərazilərin lokal etirazı çərçivəsindən çıxararaq beynəlxalq dekolonizasiya gündəliyinin mühüm istiqamətlərindən birinə çevirir. “ONESXM”in mövqeyi Parisə ünvanlanan aydın mesajdır: Müstəmləkəçilik dövrü başa çatmalı, xalqların azad seçim və öz müqəddəratını təyinetmə hüququ isə heç bir siyasi təzyiq, təhdid və manipulyasiya ilə əngəllənməməlidir.

Mübariz ABDULLAYEV

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:100
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 30 İyul 2026 10:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri