Icma.az
close
up
RU
Bakıya gizli yolla pul gətirən şəbəkə belə ifşa oldu Detallar

Bakıya gizli yolla pul gətirən şəbəkə belə ifşa oldu Detallar

Icma.az bildirir, GlobalInfo portalına istinadən.

Prezident İlham Əliyev ADA Universitetindəki çıxışı zamanı, Azərbaycanın qarşısında duran bəzi ciddi təhlükələrə diqqət çəkərək, Qərbdən ölkəyə gizli şəkildə maliyyə göndərildiyini bildirib. Prezidentin vurğuladığına görə, əvvəllər bu proses Gürcüstan vasitəsilə həyata keçirilirdi, yəni orada mövcud olan qruplaşmalar və xarici təsirlər tərəfindən reallaşdırılırdı. Bu hal, yalnız Azərbaycanın daxili işlərinə müdaxilə etməklə qalmır, eyni zamanda ölkəmizin siyasi müstəqilliyini və suverenliyini təhdid edən bir təhlükə kimi önə çıxır. Dövlət başçısı, belə bir müdaxilənin qarşısının alınması üçün konkret addımların atılmasının vacibliyini qeyd edib. Bu vəziyyətdə, həm daxili təhlükəsizlik strukturlarının, həm də beynəlxalq hüququn rolu böyükdür.

Bunun qarşısı necə alınmalıdır?

Globalinfo.az-a danışan Milli Məclisin deputatı Azər Allahverənov deyib ki, Qərb müxtəlif institutlar vasitəsilə Cənubi Qafqazda, xüsusilə də Azərbaycanda müxtəlif seqmentləri təsir altına almaqla bir çox proseslərə təsir etməyə çalışır:

“Prezident İlham Əliyev xüsusilə qeyd etdi ki, Qərbin qeyri-hökumət təşkilatlarının Azərbaycana göndərdiyi pullar barədə də kifayət qədər məlumat var. Qərb mediası anti-Azərbaycan təbliğatı aparır. “Vaşinqton Post”, “New York Times” və s. kimi nəşrlər anti-Azərbaycan yazılar yayımlayaraq ölkəmizi yanlış məsələlərlə ittiham etməyə çalışırlar. Guya Azərbaycanda demokratiya və insan hüquqlarına müdaxilələr ön plana çəkilir. Reallıqda isə vəziyyətin belə olmadığını yaxşı bilirlər. Sadəcə, Azərbaycanın imicinə zərər vurmağa çalışırlar. Prezident İlham Əliyevin çıxışından da məlum olur ki, Qərb dairələri müxtəlif kanallar vasitəsilə prosesi idarə etməyə və Azərbaycana təsir göstərməyə çalışırlar. Həm də maddi yardımlar göstərməklə “5-ci kolon” ilə sıx əməkdaşlıq çərçivəsində bu fəaliyyətləri həyata keçirirlər”.

Azər Allahverənov

Deputatın sözlərinə görə, pul qaçaqmalçıları hüquq-mühafizə orqanları tərəfindən məsuliyyətə cəlb olunması sahəsində ciddi addımlar atılmalıdır:

“Müxtəlif seqmentləri öz təsiri altında saxlayan və sosial, ictimai təsir rıçaqlarını ələ keçirmək istəyən müəyyən Qərb dairələri var. Anti-milli ünsürlərin baş qaldırması üçün əlverişli mühitin yaradılmasına çalışırlar. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, həmin cəhdlər uğursuz olacaq. Azərbaycan xalqı bu prosesləri düzgün dəyərləndirir və buna uyğun addımlar atır. USAID-in çətiri altında suveren ölkənin daxili işlərinə müdaxilə etmək siyasətini həyata keçirirdilər. Çox ciddi şəbəkə qurulub. Azərbaycana qarşı niyyətləri açıqdır. Bu məsələ formda da xüsusi olaraq vurğulandı. Gürcüstanda gedən proseslərdən məlum oldu ki, istənilən suveren, Qərbin təsirinə düşməyən dövlətlərə qarşı bu tip fəaliyyətlər həyata keçirilirdi. Bu gün də həmin addımların ayrı-ayrı elementlərini görürük”.

Safura Bənnayeva
Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Aprel 2025 20:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri