Icma.az
close
up
RU
Bakıya hədəf seçən qüvvə hərəkətə keçib Putin onların qarşısını ala bilmir

Bakıya hədəf seçən qüvvə hərəkətə keçib Putin onların qarşısını ala bilmir

GlobalInfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Xəbər verdiyimiz kimi, 28 avqustda Ukraynanın paytaxtı Kiyev şəhərinə raket və dron hücumları olub. Raketlərdən birinin ölkəmizin Ukraynadakı səfirliyinin binasının yaxınlığında partlaması nəticəsində binaya zərər dəyib. Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadə bildirib ki, bəzi pəncərələr qırılıb, konsulluq bölməsinin damında çatlar əmələ gəlib. “Səfirliyin əməkdaşları arasında xəsarət alan olmayıb. Səfirliyimiz fəaliyyətini davam etdirir”, – XİN rəsmisi vurğulayıb.

Bu, Bakıya xəbərdarlıq və ya təzyiq atəşi hesab oluna bilərmi?

Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiya Ukrayna ilə müharibə aparır və tərəflərin bir-birinə endirdiyi zərbələrin konkret yerini müəyyən etmək mümkün deyil:

“Yəni istər səfirliyimizin binasına, istərsə də SOCAR-ın boru kəmərlərinə dəyən zərbələr haradasa başadüşüləndir. Hesab edirəm ki, bu kimi insidentlərdən xüsusi məna çıxarmağın əhəmiyyəti yoxdur. O ki qaldı Rusiya-Azərbaycan münasibətlərinə – bəli, təəssüf ki, münasibətlər həddindən artıq gərgindir. Gərginliyin artmasında xarici ölkələr də səy göstərirlər.

Əlbəttə, gərginliyin başlamasında Rusiya tərəfi açıq şəkildə günahkardır. Üstəlik, təyyarəmizin vurulmasından sonra Kremlin üzr istəməməsi və prosesləri daha da gərginləşdirməsi mövcud vəziyyəti yaradıb. Bu gün azərbaycanlılar Rusiyada sıxışdırılır, diskriminasiyaya məruz qalır”.

Ramiyə Məmmədova

Politoloq qeyd edib ki, bu gün Rusiyada siyasətə yön verən bir neçə qüvvə var:

“Əslində, Putin bu qüvvələrin heç də hamısına nəzarət edə bilmir. Bunu ölkə kanallarında gedən diskussiya və müzakirələrdən görmək mümkündür. Lakin Rusiya anlamalıdır ki, gücünü və müttəfiqlərini itirir. Buna görə də gərginliyi azaldacaq addımlar atılmalıdır. İki ölkənin münasibətlərindəki bu gərginlik xarici qüvvələrə sərf edir.

O ki qaldı görüləcək tədbirlərə, dediyim kimi, müharibə zamanı zərbələrin endirildiyi yerləri müəyyən etmək çətindir və bu səbəbdən səfirliklərin və ya strateji məntəqələrin zərər görməsi halları olur. Əlbəttə, Rusiya daha diqqətli olmalıdır, amma bənzər insidentlər Kiyevdən də gələ bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:246
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see548

Hörmüzdə yeni gərginlik: Vaşinqton Tehrana hansı mesajları verir?

02 Noyabr 2026 14:26see472

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see432

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see298

Aliment ödəməyənləri sərt cəzalar gözləyir Yanvarın 1 dən start veriləcək

01 Noyabr 2026 10:59see297

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see296

Hindistanda etnik qruplar arasında toqquşmalar baş verib Beş nəfər ölüb

01 Noyabr 2026 17:04see289

Beyləqanda “tok”dan ölən gəncin kimliyi açıqlandı Foto

01 Noyabr 2026 15:11see283

“Bizimkilər “Trendyol”a qoşulandan zayı çıxdı”

01 Noyabr 2026 11:24see277

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see270

Dəhşətli virus 3 ölkəni bürüdü Ölənlərin sayı 5 mini keçdi, peyvənd yoxdur

01 Noyabr 2026 17:32see262

Əhaliyə SON DƏQİQƏ XƏBƏRDARLIĞI: Bu tarixdə qar yağacaq

01 Noyabr 2026 17:09see249

Si Cinpin Ukrayna üzrə üçtərəfli sammitin keçirilməsini istəmir Ştaynmayer

01 Noyabr 2026 19:58see240

Prezidentin qızları və gəlini Daş Salnamə Muzeyində Foto

01 Noyabr 2026 19:55see232

Azərbaycanda avtomobil bazarı kökündən dəyişəcək

01 Noyabr 2026 10:15see223

Göbəyini oynadan fenomen əlil arabasında FOTO

02 Noyabr 2026 05:36see220

Tənhalığın çox asan müalicəsi

01 Noyabr 2026 22:04see218

Azərbaycanda rayonların özünümaliyyələşdirmə dövrü başlayır

01 Noyabr 2026 11:03see211

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see195

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri