Icma.az
close
up
RU
Bakıya pilotsuz taksilər gəlir Vəkil mümkün hüquqi problemləri açıqladı

Bakıya pilotsuz taksilər gəlir Vəkil mümkün hüquqi problemləri açıqladı

Icma.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən ilin 16 yanvarında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin təşkilatçılığı ilə Bakı Şəhər İcra Hakimiyyətində Bakı şəhərinin 2040-cı ilədək inkişafına dair Baş Planının ictimaiyyət üçün təqdimatı keçirilib.
Musavat.com verir ki, tədbirdə rəsmi şəxslər, şəhərsalma mütəxəssisləri, memarlar, tanınmış ictimai xadimlər, qeyri-hökumət təşkilatları və media nümayəndələri iştirak ediblər.
Təqdimatda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Nazirlər Kabinetinin Tikinti, şəhərsalma və kommunal təsərrüfat şöbəsinin müdiri Feyruz Mustafayev öz çıxışlarında təqdim edilən sənədin mahiyyəti, konsepsiyası və şəhər həyatında ediləcək dəyişikliklər barədə söhbət açıblar.
Qeyd edilib ki, Baş Plan yaxın illər ərzində Bakı şəhərinin strateji inkişaf istiqamətlərini müəyyən edən əsas ərazi-planlaşdırma sənədi olmaqla şəhərin mövcud vəziyyəti və ehtiyaclarının təhlili əsasında müasir şəhərsalma yanaşmaları əsasında tərtib edilib.
4 vacib hədəfə əsaslanan Baş Plan paytaxtın 212,3 min hektarlıq bütün inzibati ərazisini əhatə etməklə 2040-cı ilədək olan müddət ərzində şəhərin əsas inkişaf prioritetlərini özündə əks etdirir:
şəhərin dayanıqlı inkişafı,
şəhər və ətraf mühitin bərpası,
memarlıq irsinin qorunması,
yeni şəhər iqtisadiyyatı formalaşdırılması.
Belə ki, Baş Plana uyğun olaraq vahid mərkəzli aqlomerasiya olan Bakı növbəti inkişaf mərhələsində rahat, ekoloji cəhətdən təmiz, mobil, insanyönümlü və inklüziv çoxmərkəzli şəhərə çevriləcək.
Baş Plan həmçinin ərazi zonalaşdırılması, əsaslı tikinti, nəqliyyat və sosial infrastruktur, kommunal sistemlər, “hibrid yaşıl dəhlizlərin” yaradılması ilə ətraf mühitin təmizlənməsi, eyni zamanda ərazilərin abadlaşdırılması tədbirləri habelə post-sənaye dövrünə keçidi təmin edəcək yeni şəhər iqtisadiyyatı məsələlərini özündə ehtiva edir. 
Dünyanın bir çox yerində sürücüsüz taksilər istifadəyə verilib və bunlar süni zəka ilə idarə edilir. Artıq bunun effektiv olması qəbul edildiyindən bu tip nəqliyyat geniş yayılmağa başlanılıb.
Azərbaycanda sürücüsüz taksilərin istifadəyə verilməsi barədə məlumatlar dolaşsa da, konkret nəticə yoxdur.
Bəs, hüquqi cəhətdən bu mümkündürmü?
 

Vəkil Cavad Cavadov Musavat.com-a açıqlamasında bildirib ki, süni zəka ilə idarə olunan sürücüsüz taksilərin tətbiqi üçün ilk növbədə qanunvericilikdə müvafiq dəyişikliklər aparılmalıdır:

“Bu edilmədiyi təqdirdə belə nəqliyyatın istifadəsi mümkün deyil. Yol hərəkəti haqqında Qanunun 1-ci maddəsində yol hərəkəti iştirakçılarının siyahısı verilib. Bura piyadalar, nəqliyyat vasitəsinin sürücüsü, sərnişin, velosipedçi, mal-qara ötürən qismində iştirak edən, habelə avtomobil yollarından, küçələrdən, dəmiryol keçidlərindən və ya nəqliyyat vasitələri ilə adamların və yüklərin daşınması üçün nəzərdə tutulmuş digər yerlərdən istifadə edən şəxslər aid edilib.

Süni zəka ilə idarə edilən avtomobil hüquqi olaraq yol hərəkəti iştirakçısı olmadığından belə nəqliyyat vasitələrinin istismarı ölkəmizdə mümkün deyil. Burada ilk növdəbə məsuliyyət məsələsi ortaya çıxır, yəni pozuntu halında inzibati, cinayət məsuliyyətini kim daşımalıdır.

Yol hərəkəti haqqında Qanuna müvafiq dəyişliklərlə birlikdə Mülki Məcəllə, İnzibati Xətalar və Cinayət Məcəlləsinə də müvafiq dəyişikliklər edilməlidir.

Ümumiyyətlə, süni zəka ilə idarə edilən pilotsuz taksilər zamanın tələbi olduğundan rəsmilər bununla bağlı qanunverici bazanın hazırlanması barədə indidən düşünməlidirlər”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:225
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 14 Fevral 2025 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri