Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

A Seriyası: 19 illik rekord təkrarlandı

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

Bakıya qarşı blok: Məşhur plan ifşa edildi İki ölkəyə pis xəbər

Bakıya qarşı blok: Məşhur plan ifşa edildi İki ölkəyə pis xəbər

GlobalInfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“Avropanın enerji dairələrində “Şaquli Dəhliz” ideyası ilk dəfə ortaya atılanda bu layihə sırf praqmatik addım kimi qarşılanmışdı. Yunanıstan, Bolqarıstan, Rumıniya və Moldova Avropaya qaz tədarükünü siyasi diktə ilə deyil, bazar prinsipləri əsasında təmin edəcək marşrut qururdu. Lakin 2025-ci ilin payızında bu incə tənzimlənmiş mexanizm gözlənilmədən Vaşinqton tərəfindən dayandırıldı. ABŞ-ın gətirdiyi arqumentlər o qədər açıq səsləndi ki, arxasındakı niyyəti gizlətmək artıq mümkünsüz idi.”

Globalinfo.az xəbər verir ki, bu sözləri siyasi sərhçi Elçin Alıoğlu deyib:

Siyasi şərhçi bildirib ki, Amerika tərəfi öz şirkətləri üçün Ukraynanın maye qaz bazarına eksklüziv giriş tələb etdi:

“Əslində, bu, Avropaya onun enerji təhlükəsizliyi üçün təqdim olunmuş hesab idi. Amma məsələ təkcə bununla bitmir. Vaşinqtonun əsas məqsədi 2025–2026-cı ilin qışı ərəfəsində Dunaydan Balkanlara qədər olan məkanda öz maye qazının prioritetini möhkəmləndirməkdir. ABŞ yaxşı görür ki, “yaşıl keçid” şüarlarına baxmayaraq, Avropada qaz tələbatı sabit qalır, Rusiyaya alternativ boru kəmərləri isə məhduddur. Məhz bu şəraitdə Azərbaycan ön plana çıxır. Çünki Bakı sabitlik, rəqabətədavamlı qiymət və siyasi asılılıqdan uzaq yeganə təchizatçıdır.

Yunan rəsmiləri ehtiyatla danışsalar da, faktiki olaraq təsdiqlədilər ki, ABŞ “Şaquli Dəhliz”lə Azərbaycan qazının tranzitinə veto qoyub. Səbəb sadədir: TAP xətti ilə Yunanıstana gələn qazın maya dəyəri Amerika maye qazından xeyli ucuzdur. Bu, Vaşinqton üçün ağrılı məqamdır, xüsusilə də ABŞ Şərqi Avropa qaz bazarında üstünlüyü ələ keçirmək istəyərkən. Əlavə olaraq, Amerika strukturları Azərbaycan qazına guya rus qazının qarışdırıldığı versiyasını dövriyyəyə buraxaraq vəziyyəti qızışdırmağa cəhd etdilər. Lakin bu iddia tezliklə iflasa uğradı. Avropa Komissiyası açıqladı ki, belə “qarışıq” texniki cəhətdən mümkün deyil və bu barədə heç bir sübut yoxdur.

Avropa analitik mərkəzləri xatırladır ki, Azərbaycan hər il 25 milyard kubmetrdən çox qaz və 24 milyon tonadək neft hasil edir. Ölkə təkcə özünü təmin etmir, həm də onilliklərdir Avropaya alternativ enerji mənbəyi təqdim edərək bazarı sabit saxlayır. SOCAR hazırda Avropaya hər il təxminən 10 milyard kubmetr qaz nəql edir, TAP-ın ötürücülük gücünün yaxın illərdə 20 milyarda çatdırılması isə Cənubi Avropanın enerji arxitekturasında tamamilə yeni mərhələ açacaq”.


Elçin Alıoğlu

Ekspertin sözlərinə görə, Vaşinqtonun siyasi məntiqi başqa istiqamətdə hərəkət edir:

“ABŞ, Avropaya ən iri maye qaz tədarükçüsü kimi, boru kəməri ilə gələn hər cür rəqabəti minimuma endirmək niyyətindədir. Çünki boru ilə qaz nəqli həm ucuz, həm sabit, həm də texnoloji cəhətdən etibarlıdır. Rusiya qaz ixracının 2021-ci ildəki 140 milyard kubmetrdən 2025-ci ildə 50 milyarda enəcəyi gözlənildiyi bir vaxtda Azərbaycan üçün yeni imkan pəncərəsi açılır. ABŞ isə bunu öz iqtisadi maraqlarına təhdid kimi qiymətləndirir.

Afinada “Naftoqaz” və Atlantic-See LNG Trade arasında imzalanmış saziş Vaşinqton üçün təzyiq vasitəsinə çevrildi. Müqavilə Ukraynaya Amerika maye qazının məhz “Şaquli Dəhliz” infrastrukturu vasitəsilə çatdırılmasını nəzərdə tutur. Beləliklə, əvvəllər Avropanın enerji mənbələrinin şaxələndirilməsi üçün nəzərdə tutulan marşrut indi ABŞ-ın maye qaz terminallarını yükləmək üçün alətə çevrilib.

Siyasi fonda isə mənzərə daha da gərgindir. Qarabağ müharibəsində qələbə qazandıqdan sonra Azərbaycanın regional çəkisi artıb, Xəzər hövzəsi Avrasiya logistikası üçün strateji qovşağa çevrilib. ABŞ, Rusiya və Çin arasında rəqabət dərinləşdikcə, Vaşinqton üçün Bakı həm tərəfdaş, həm də potensial rəqibə çevrilir. ABŞ üçün əsas məsələ Azərbaycanın müstəqil enerji mərkəzinə çevrilməsinin qarşısını almaqdır”.

E.Alıoğlu əlavə edib ki, Avropa isə Azərbaycanı tamam başqa prizmadan görür:

Avropa İttifaqı üçün TAP və TANAP sadəcə boru kəmərləri deyil, yeni enerji balansının təməl dayaqlarıdır. ABŞ üçün isə bunlar nəzarətdə saxlanılmalı vasitələrdir.

SOCAR qazının Ukraynaya tədarükünə maneə yaradılması qərarı iqtisadi deyil, siyasi motivlərlə bağlıdır. Bu, faktlara əsaslanmır, texniki reallıqları nəzərə almır və Avropanın enerji təhlükəsizliyi prinsiplərinə ziddir. Avropa qurumları açıq şəkildə bildirir ki, TAP Azərbaycanın daxili qaz sisteminə qoşulmur, deməli “qarışıq qaz” haqqında deyilənlər sadəcə bəhanədir.

Bütün mənzərəyə ümumi baxış bir nəticəni göstərir. Azərbaycan Avropa üçün Rusiyadan asılı olmayan yeganə quru qaz mənbəyidir. “Cənub Qaz Dəhlizi” artıq öz etibarlılığını sübut edib. ABŞ-ın “Şaquli Dəhliz”də Azərbaycan qazının istifadəsini məhdudlaşdırmaq qərarı formal olaraq Bakıya qarşı yönəlməsə də, mahiyyət etibarilə Amerikan kommersiya maraqlarının müdafiəsidir. Amma bu addım regionda enerji balansını poza, Avropanın şaxələndirmə planlarına zərbə vura və nəhayət, Vaşinqtonun qorumağa söz verdiyi təhlükəsizlik sistemini zəiflədə bilər”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:177
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 18:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see491

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see462

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see270

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see253

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see250

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see244

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see236

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see232

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see231

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see226

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see216

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see214

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see211

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see208

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see199

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see195

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see187

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see185

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see183

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri