Icma.az
close
up
RU
Menu

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” Video

Bakıya qarşı plan ifşa oldu! “Baş naziri yola salmaq...” Video

Icma.az, Axar.az portalına istinadən məlumat yayır.

Avropa qurumlarında erməni lobbisinin fəallığının və Avropa Birliyinin yüksək rəhbərliyində korrupsiyanın hansı həddə çatdığını tam çılpaqlığı ilə göstərən görüntü yayılıb.

Axar.az xəbər verir ki, bununla bağlı “Minval Politika” video-material paylaşıb.

Söhbət BMT-nin Beynəlxalq Ədalət Məhkəməsinin sabiq prokuroru Luis Okampo və onun oğlu Tomasın əks olunduğu video görüntülərdən gedir. Onların hər ikisi öz məqsədləri və bu məqsədlərə çatmaq üçün istifadə etdikləri alətlər barədə çox açıq və çılpaqlığı ilə danışırlar.

Luis Okampo kimdir?

Azərbaycan auditoriyasına onu xüsusi tanıtmağa ehtiyac yoxdur. Argentina vətəndaşı, prokuror vəzifəsini böyük qalmaqalla tərk edən bu şəxs son illər pullu erməni lobbiçisinə çevrilib. Bu şəxs yeni sponsorlarının sifarişlərini yerinə yetirmək üçün hər şeyə hazırdır — açıq-aydın feyklər yaymağa da, yalanlar danışmağa da, ksenofobiya və islamofobiya üzərindən manipulyasiyalara da. Onun bu utanc verən fəaliyyəti haqda biz çox danışmışıq.

Lakin indi istefada olan prokuror ətrafındakı qalmaqal yeni rənglər almağa başlayır. Okamponun oğlu söhbət zamanı açıq şəkildə məqsədlərini açıqlayır: “Bizim nail olmalı olduğumuz şey — Paşinyanı, yəni baş naziri uzaqlaşdırmaqdır”.

Daha maraqlısı isə Luis Okamponun özünün açıqlamalarıdır. Videoda da göründüyü kimi, o çəkinmədən bildirir:

“Əgər belə işlərlə məşğul olan bir şirkətim varsa, bunu maya dəyərinə edə bilərik. Məsələn, hazırda mənim komandamda əvvəllər Avropa Parlamentinin üzvü olmuş çox bacarıqlı bir adam var. O, hüquqi müşavir olub…” Həmsöhbət dəqiqləşdirir: “Borrell?” Okampo isə heç bir tərəddüd etmədən cavab verir: “Bəli, elə həmin Borrell. Bu adam indi mənim üçün Avropa Parlamentində işləyir. Mən orada çıxış edə, suallar qaldıra, onları yönləndirə və komissar fon der Leyenə təzyiq göstərə, beləliklə Avropa siyasətini formalaşdıra bilərəm.

… Bundan başqa bir məsələ də ortaya çıxıb — əvvəllər bilmədiyim bir şey. Tamamilə yenidir: Avropa Ədalət Məhkəməsi çərçivəsində Komissiyanı Azərbaycanla bağlanmış müqavilənin ləğvinə məcbur etmək üçün bir iş qaldırılıb. Səbəb isə odur ki, müqavilədə Azərbaycanın insan hüquqlarına riayət etməsini tələb edən bənd var və iddiaya görə bu şərtə əməl olunmur.

Beləliklə, mən özüm üçün yeni bir fəaliyyət sahəsi açmış oluram. Niyə bu məhz indi vacibdir? Çünki Avropa Birliyi hazırda daha böyük əhəmiyyət daşıyır — Donald Tramp artıq müəyyən mənada, məhdudiyyətləri aradan qaldırır. Biz artıq hazırlanmış bir xətt üzrə irəliləyirik. Təzyiqi artırırıq və mən bunu ABŞ-dakı erməni lobbisi ilə birlikdə edəcəyəm. Beləliklə, biz orada daha real, həyata keçirilə bilən bir istiqamətdə təkan veririk. Mən divarı dağıtmalı deyiləm — qapı artıq açıqdır, biz sadəcə onu açırıq.

Tomas Moreno Okampo (oğlu): Bizim işimiz insanları koordinasiyasını təşkil etmək idi ki, onlara “baxın, görün nələr baş verir” deyib hamını məlumatlandıraq. Nələrin baş verdiyini anlamalarına kömək etmək. Məsələn, bu gün bir görüş oldu. Bu gün aktivistlərlə, iş adamları ilə, bu iş üzərində çalışan insanlarla, ümumilikdə ermənilərlə bağlı vəziyyət üzrə işləyənlərlə görüş var idi, düzdür? Dağlıq Qarabağ erməniləri ilə bağlı. Onlardan biri, gənc bir qadın, sosial media kampaniyasına rəhbərlik edir — çünki Ermənistanda hazırda böyük bir qarışıqlıq var. Seçkilərlə bağlı daxili mübahisələrin olduğu dərin qarışıqlıq. Beləliklə, bizim nail olmalı olduğumuz şey Paşinyanın, Baş nazirin hakimiyyətdən uzaqlaşdırılmasıdır.

Həmsöhbət: Baş naziri?

Tomas Moreno Okampo: Biz onu uzaqlaşdırmalıyıq.

Göründüyü kimi, Okamponun planları kifayət qədər genişdir: Avropa Məhkəməsi vasitəsilə Avropa Komissiyasını Azərbaycanla müqavilənin ləğvinə məcbur etmək və ABŞ-dakı erməni lobbisi ilə əlaqəli şəkildə təzyiqi artırmaq. Görünür, əsas alət isə “insan hüquqları” mövzusunda spekulyasiyalardır.

Bu isə artıq çox ciddi məsələdir. Əslində, söhbət Ermənistanın daxili işlərinə kobud müdaxilədən və regional sülhə və təhlükəsizliyə zərbə vurmaq cəhdlərindən gedir. Açıq desək, Luis Okampo erməni lobbisinin maliyyə dəstəyi və sifarişi ilə regional sülhə və Azərbaycana qarşı kampaniya aparır və bu kampaniyaya Avropa siyasətçiləri və Rusiyada yaşayan erməni oliqarxlar geniş şəkildə cəlb olunub.

Üstəlik, bu çirkli kampaniyanın əsas fiqurlarından biri Avropa diplomatiyasının sabiq rəhbəri Jozep Borrell və onun ətrafıdır. Redaksiyamızda bu kampaniyada iştirak edən digər Avropa Parlamenti deputatları və AB-nin yüksək vəzifəli şəxsləri barədə də məlumatlar var.

Kampaniyanın maliyyələşdirilməsi əsasən Rusiyada yaşayan erməni oliqarxlar - Samvel Karapetyan, Ruben Vardanyan və digərləri tərəfindən həyata keçirilib. Videoda Okamponun oğlunun Ermənistanın siyasi vəziyyəti və baş nazirin devrilməsi planlarını açıq müzakirə etməsi isə xüsusi diqqət çəkir. Görünən odur ki, Okampo, Borrel və digərləri Rusiyanın iştirakı ilə Avropada və Avropa Parlamentində aparılan kampaniya çərçivəsində Ermənistanda hakimiyyət dəyişikliyi, o cümlədən Nikol Paşinyanın devrilməsi ssenarisinin mərkəzində olublar.

Əslində, bu, yeganə hal deyil. Bir müddət əvvəl AB Ermənistana hibrid təhdidlərə qarşı mübarizə üçün qrup göndərmişdi. Maraqlıdır ki, bu təhdidlərin formalaşmasında Avropa Parlamentinin özü kimi strukturların da rolu ola bilər. Üstəlik, Avropa Parlamentinin müvafiq qətnaməsinin mətni və narrativləri təəccüblü şəkildə Rusiya ritorikası ilə üst-üstə düşür.

Açığını desək, Avropa strukturlarında korrupsiyanın miqyası heç kəsə sirr deyil. Borrellin kimə xidmət etdiyi də məlumdur. Lakin təqdim olunan materiallar yeni sensasiyalı adları və faktları üzə çıxarır.

Ən vacibi isə budur: bu gün hər bir ifşa “dərin feyk” və ya neyroşəbəkə məhsulu kimi təqdim edilməyə çalışıldığı bir dövrdə yaşayırıq. Ona görə biz əvvəlcədən bəyan edirik - təqdim etdiyimiz videomateriallar tamamilə orijinaldır və süni intellekt vasitəsilə heç bir müdaxiləyə məruz qalmayıb. Biz yarana biləcək şübhələri anlayırıq və bir daha qeyd edirik ki, sizə təqdim etdiyimiz görüntülər realdır.

Avropa Parlamenti, Avropa Komissiyası və Belçikanın xüsusi xidmət orqanları təqdim etdiyimiz bu mümkün korrupsiya faktlarını araşdıracaqmı? Bu faktlar təcili və hərtərəfli istintaq tələb edir! Belçika xüsusi xidmət orqanları adı çəkilən şəxslərin Avropa Parlamentində fəaliyyətini araşdırmalı və Borrell, Okampo və digərlərinin iştirakı ilə mümkün korrupsiya sxemlərini üzə çıxarmalıdır. Yəqin ki, Ermənistan mediası da ölkə daxilində bu məsələni araşdırmalı və hibrid təhdidlərə qarşı tədbirlər görməlidir.

Şübhə etmirik ki, biz hələ bu iş üzrə Avropa Parlamentində yeni qalmaqallar və araşdırmaların şahidi olacağıq. Okamponun və onun şəbəkəsinin - erməni lobbisi və satın alınmış avropalı siyasətçilərin - fəaliyyəti açıq şəkildə göstərir ki, onların hədəfi yalnız Bakı deyil. Hədəfdə həm də İrəvan və regionda yaranmaqda olan həssas balansdır. Başqa sözlə, bu, sülh prosesini pozmaq və vəziyyəti idarə olunan destabilizasiya ssenarisinə qaytarmaq cəhdidir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://axar.az
archiveBu xəbər 30 Aprel 2026 11:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

C vitaminini necə qəbul etmək lazımdır? Həkimdən məsləhət

19 Noyabr 2026 09:27see307

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see304

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see282

Hövsanda dəniz qəhvəyi rəngə boyandı Xəzəri kim çirkləndirir? Foto/video

19 Noyabr 2026 14:04see279

Bəxtiyar Aslanbəyli: AÇG də sərbəst qaz layihəsi üzrə işlər qrafikə və büdcəyə uyğun aparılır

19 Noyabr 2026 15:22see262

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see255

İstehlakçıları hansı hallarda aldadırlar? 41 protokol tərtib edilib

19 Noyabr 2026 17:17see247

Xərçəngə səbəb olan qidalar Siyahı yeniləndi

19 Noyabr 2026 18:59see244

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see239

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see236

Azərbaycan Milli İncəsənət Muzeyinin direktoru Şirin Məlikova Türkiyədə beynəlxalq konqresdə çıxış edib (Foto)

19 Noyabr 2026 18:45see235

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see223

PR süni intellekt axtarış sistemlərindəki təsirini necə ölçməlidir?

19 Noyabr 2026 13:48see214

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see212

Deputat: “Vyetnam Azərbaycan üçün yeni bazar ola bilər”

19 Noyabr 2026 15:03see209

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see195

Azərişıq ASC elektroenergetika sektorunda əldə olunan nailiyyətləri beynəlxalq enerji forumunda təqdim edib

19 Noyabr 2026 17:30see193

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see188

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see187

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri