Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Bakıya qarşı sanksiyanı o hazırlamışdı Rubio dövlət katibi olur

Bakıya qarşı sanksiyanı o hazırlamışdı Rubio dövlət katibi olur

Icma.az bildirir, Moderator.az saytına əsaslanaraq.

ABŞ-dakı erməni diasporu ona böyük ümid bəsləyir

Yanvarın 15-də ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Donald Trampın dövlət katibi vəzifəsinə namizədi senator Marko Rubionun namizədliyini təsdiq edən dinləmələr olub. Rubio Senatda geniş dəstəyə malikdir və bunun nəticəsində o, yanvarın 21-dən gec olmayaraq, heç bir maneə olmadan bu vəzifəni icra edəcək. Marko Rubio Trampın komandasının ən nüfuzlu üzvlərindən biri hesab olunur, çünki o, həm respublikaçılar, həm də demokratlar arasında əhəmiyyətli dəstəyə malikdir. 

Haqqın.az yazır ki, ABŞ-dakı erməni diasporu Rubionun dövlət katibi vəzifəsinə təyin olunmasına böyük ümid bəsləyir. Məlum olduğu kimi, 2023-cü ilin sentyabrında Azərbaycanın Qarabağda xüsusi əməliyyat keçirməsindən və ölkənin ərazi bütövlüyünü tam bərpa etdikdən sonra erməni diasporunun təsiri altında olan, həmçinin erməni lobbisinin nümayəndələri ilə sıx əlaqələri ilə tanınan Rubio Bakıya qarşı sanksiyaları gündəmə gətirmişdi. Respublikaçı senator Aleks Padilla ilə birgə  “Laçın dəhlizinin blokadası” fonunda  Azərbaycan rəsmilərinə qarşı sanksiyalar tətbiq etməyə və hərbi yardımı dayandırmağa çağıran ikipartiyalı qanun layihəsi təqdim etmişdilər. 

Bu səbəbdən Amerika Erməni Milli Komitəsi (ANCA) Rubioya Senatda tam dəstəyini ifadə edib. Komitə ondan “ermənilərin Qarabağa qayıtması”, Azərbaycana qarşı sanksiyaların tətbiqi və digər bu kimi məsələlərdə yardım gözləyir.

Qeyd edək ki, Tramp administrasiyasının əsas xarici siyasət prioritetlərinin, o cümlədən Cənubi Qafqaza istiqamətli kursun necə formalaşacağı ilə bağlı müxtəlif fikirlər var. Lakin əksər ekspertlər hesab edir ki, ümumilikdə Cənubi Qafqaz, o cümlədən Ermənistan Tramp üçün prioritet olmayacaq.

Siyasi təhlilçi Sona Əliyevanın sözlərinə görə, 53 yaşlı siyasətçi ABŞ dövlətinin hazırladığı siyasi ssenari cizgilərindən bir addım da kənara çıxa bilməz: “Donald Tramp administrasiyasında dövlət katibi vəzifəsinə senator Marko Robionun gətirilməsinə indi daha çox ermənilər sevinir. Doğrudur, bu senator hər zaman ermənisevərliyi ilə seçilib. Amma burada bir məsələ var ki, Birləşmiş Ştatlarda senator olaraq hansısa etnik, dini qruplara simpatiyanı açıq formada ifadə edə bilərsən. Mövcud ABŞ qanunvericiliyi buna qarşı çıxmır. Əksinə, senatorlar icmaların "danışan dili" olduğu üçün rəğbətlə qarşılanır, dəstək verilir. Fəqət, dövlət katibi olduqca strateji postdur. Ölkənin xarici siyasətinin bir nömrəli şəxsi olaraq senator Robionun səhv etmək şansları yoxdur. ABŞ-ın baş diplomatı olaraq 53 yaşlı siyasətçi dövlət siyasi ssenari cizgilərindən bir addım da kənara çıxa bilməyəcək. Onun ermənipərəst hər hansı addımı ABŞ dövlətinin siyasi xətti kimi dəyərləndiriləcək. Ən azından, qarşı tərəflər bu cür anlaya bilər. Ona görə də floridalı senator siyasi kursdan kənar addımlar atmayacaq. Əks halda, bu onun siyasi karyerasının zirvədən uçuruma yuvarlanması ilə nəticələnər. Bu baxımdan, düşünürəm ki, Marko Robio dövlət katibi postuna təsdiqləndikdən sonra ermənilərə qarşı rəsmi münasibətinə müəyyən korrektələr edəcək. Məsələnin digər tərəfi ondan ibarətdir ki, Robio seçki təbliğatlarında erməni milyarderlərin pullarını xərcləyib və seçki kampaniyasını onların hesabına qurub. Digər tərəfdən, partiyadaxili seçkilərdə dördüncü yeri tutmaqla prezidentliyə əsas namizəd ola bilməyib və erməni milyarderlərin pulunu batırıb. 2020-2023-cü illərdəki seçkilərdə onun aşırı ermənipərəst addımları məhz bununla bağlıdır. Siyasətdə borclandığı erməni lobbisi önündə anti-Azərbaycan çıxışlar etməklə çıxmağa çalışıb. Doğrudur, Robio ABŞ və Ermənistan arasında məlum xartiyanın imzalandığı günlərdə dövlət katibi olacaq. Amma bu da ona hər hansı üstünlük tanımayacaq. Çünki Tramp administrasiyası Rusiya və Azərbaycanla əməkdaşlıqda maraqlı olduğunu dilə gətirməsə də, bunun siqnallarını verib. Çünki biznes təfəkkürlü yeni ABŞ prezidenti Azərbaycanın, Türkiyənin və Rusiyanın bölgədə açar ölkə olduğunun fərqindədir. Yəni Cənubi Qafqazda hökm etmək üçün Ermənistan, onun resursları və geostrateji durumu hər şeyi həll etmir. Təbii ki, Robio da peşəkar siyasətçi kimi sadalanan faktorların fərqindədir".

AMİP sədrinin beynəlxalq əlaqələr üzrə müavini Elşən Mustafayev Marko Rubionun indiyə qədər mövqeyinin sadəcə bir senator mövqe olduğunu söylədi. O, Amerikanın yeni dövlət katibinin isminin kimliyindən qəti narahat deyil: “ABŞ-ın dövlət katibliyinə namizədi olan Marko Rubionun vəzifə başına gələndən sonra atacağı addımlar, mövqeyi hələ bir neçə ay öncə müzakirə mövzusu olmuşdu. Ölkəmizdə Tramp komandası üzvləri arasında məhz onun barəsində daha çox müzakirələrin aparılması təsadüfi deyildi. Çünki Rubio öncədən Cənubi Qafqazla bağlı obyektiv olmayan birtərəfli mövqeyi ilə tanınırdı. O səbəbdən onun dövlət katibi kimi işə başlayandan sonra həmin mövqeyini artıq ABŞ-ın xarici siyasət idarəsinin başçısı kimi davam etdirəcəyi söylənilirdi. Əslində isə ABŞ-da xarici siyasət bu şəkildə formalaşmır. Yəni bir məmurun mövqeyi ilə dövlət siyasəti yürüdülmür. Marco Rubio indiyədək söylədiyi fikirləri Florida ştatından olan senat üzvü kimi səsləndirirdi. ABŞ-da senatorlar və konqresmenlər ayrı-ayrı partiyaları təmsil etsələr də, fikirlərində və təkliflərində həmişə sərbəst olublar. Hətta bir çox hallarda onların fikirlərinin mənsub olduğu partiyanın mövqeyi ilə üst-üstə düşməməsinin də şahidi olmuşuq. Amma prezident tərəfindən vəzifəyə gətiriləndən sonra komanda içində fərqli fikir və siyasətin aparılması imkansız olur. Odur ki, Marco Rubionun hansı mövqedə olmasından öncə prezident Trampın müəyyənləşdirdiyi xarici siyasət kursunun necə olacağı daha vacibdir. Bu mövqe Rubionun şəxsi düşüncələrindən fərqli də ola bilər, qismən və yaxud tam üst-üstə düşə də bilər. Amma istənilən halda müəyyənləşmiş kursdan kənara çıxıla bilməz. Buna cəhd olunarsa, o zaman prezident onu azad etmək səlahiyyətini özündə saxlayır. Amma təcrübə göstərir ki, indiyədək vəzifəyə təyin olunan məmurlar şəxsi baxışlarına görə deyil, dövlət siyasətinə yönəlik fəaliyyət göstərməyə məcbur olublar. Odur ki, məni Marko Rubionun senator olaraq bundan öncəki düşüncələri, Ermənistan və Azərbaycana münasibəti o qədər də narahat etmir. Onun dövlət katibi olaraq işə başlayandan sonrakı fəaliyyəti əsas kimi götürülməlidir. Əsas məsələ ABŞ dövlətinin Cənubi Qafqaz siyasətinin hansı şəkildə olmasındadır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:227
embedMənbə:https://moderator.az
archiveBu xəbər 17 Yanvar 2025 10:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see317

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see276

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see259

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see256

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see251

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see245

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see241

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see227

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see222

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see218

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see217

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see217

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see215

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see212

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see210

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see207

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see198

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see183

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see176

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri