Icma.az
close
up
RU
“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalının proqramına 15 dən çox sərgi daxildir

“Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” festivalının proqramına 15 dən çox sərgi daxildir

525.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirən, Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Naziriliyinin tərəfdaşlığı ilə keçiriləcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) incəsənət festivalı zamanı şəhərin müxtəlif qalereyalarında 15-dən çox sərgi açılacaq və bu sərgilər festivalın əsas hissəsini təşkil edəcək.

525.az xəbər verir ki, XX və XXI əsrin ən məşhur sənətkarlarından biri, ikonik üslubu ilə insan bədənini, görmə tərzini dəyişdirən kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən “Mənim dənizlərim, Mənim okeanlarım” adlı sərgilərinin oktyabrın 31-də rəsmi açılışı olacaq və  noyabrın 1-2-də Heydər Əliyev Mərkəzində sənətsevərlərin ixtiyarına veriləcək.

Digər sərgilərdən 6-sı İçərişəhərdə baş tutacaq. Oktyabrın 31-dən noyabrın 2-dək Yeraltı Hamamda təşkil olunacaq “Axar yaddaş” sərgisi Azərbaycanda hamam mədəniyyətinin çoxqatlı semantikasını - su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır. Səbinə Şıxlinskaya, Nərgiz Əsgərova Ramizqızı, Aliyə Bayramova və Timur Zaripovun iştirakı ilə təqdim ediləcək çağdaş sənət əsərləri vasitəsilə hamam keçmişlə bu gün arasında axan bir yaddaş məkanı, nəsilləri və təcrübələri birləşdirən kollektiv identiklik sahəsi kimi yenidən yozulur.

Şirvanşahlar Sarayı Kompleksində “Şeh. Heç vaxt olmayan səhər” adlı sərgidə (31 oktyabr-2 noyabr) rəssam Vüsalə Ağarəziyeva Şirvanşahlar Sarayını gecə ilə sübh arasındakı o incə, düşüncəli məqama çevrilən kontemplativ bir məkana bənzədir.

“Əcdadlar” sərgisi Azərbaycanın aparıcı müasir sənətkarlarından olan Faiq Əhməd, Rəşad Ələkbərov, Orxan Hüseynov və Fərid Rəsulovu, bəşəriyyətin ən dərin anlayışlarından birini – bizdən əvvəl yaşayanlarla aramızdakı qırılmaz bağı araşdırmaq üçün bir araya gətirir. Sərgi oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdəki “QGallery Baku”da baş tutacaq.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəki (noyabrın 1-2-də) “Fıstıq ağacı: Yaddaşın kökləri” ədəbiyyat, sənətkarlıq və ekologiyanı birləşdirən çoxşaxəli bir layihədir. Maqsud İbrahimbəyovun qısa hekayəsindən ilhamlanan monodrama -  “Fıstıq ağacı” Azərbaycan nağılçılığı prizmasından yaddaş, aidiyyət və davamlılıq kimi dərin insan mövzularını araşdırır.

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (2-3 noyabr) “Bakıya uçuş: Axın halı”  layihəsi çərçivəsində 8 rəssam tərəfindən şəhər mərkəzində yerləşən fəvvarələrdən ilhamlanaraq ictimai sənət əsərləri yaradılmışdır. Hər bir əsər həmin məkanın şəxsi və ya ictimai hekayəsini danışır. Mövzular Bakıda ictimai məkanlarda fəvvarələrin rolu, şəhərin və icmaların kimliyinin formalaşmasında onların təsiri, həmçinin bu məkanların Bakı üçün yeni baxışlar, təsəvvürlər və ehtimal olunan gələcəyi formalaşdırmaq potensialını araşdırır.

Ramina Səadətxanın “Od, su və öpüşlər” adlı yeni silsilə əsərləri “Nine Senses Art Center”də 31 oktyabr-2 noyabr tarixlərində təqdim olunacaq.

Zəhra Məmmədova tərəfindən kurasiya edilən “Bir zamanlar Xəzər” həm bədii səyahət, həm də suyu və özümüzü yenidən görməyə çağıran bir layihədir. Sərgi YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 2-3-də nümayiş olunacaq.

Abşeron məktəbinin önəmli nümayəndəsi və Azərbaycan realist incəsənətinin ən vacib rəssamlarından olan Tofiq Cavadovun (1925–1985) yüzilliyinə həsr olunmuş “Tofiq Cavadovun 100 illiyi” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyi (31 oktyabr-2 noyabr), “Baku Steel Art” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri eyni tarixlərdə Dənizkənarı Milli Parkında baş tutacaq. Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası isə iki gün ərzində Daş Salnamə Muzeyində sərgilənəcək.

Sərgilərlə yanaşı, festival proqramına ustad dərsləri, ictimai incəsənət və şəhər turları da daxildir.

Azərbaycan Rəssamlıq Akademiyasında isə noyabrın 1-2-də  Cüzeppe Kartanın (Giuseppe Carta) ustad dərsləri keçiriləcək. Eyni zamanda, Azərbaycan Rəssamlıq Akademiyası noyabrın 1-2-də açıq qapı günü elan edir.

Əsmər Babayevanın başçılığı ilə “ABOVE” layihəsi daxilində ziyarətçiləri qalereya divarlarının hüdudlarından çıxararaq Azərbaycanın aparıcı müasir heykəltaraş və rəssamlarının studiyalarına aparır. Bu eksklüziv təcrübə ideyaların doğulduğu və sənətə çevrildiyi məkanlara nadir baxış imkanı təqdim edir. Qonaqlar sənət prosesinə birbaşa şahidlik edəcək, sənətçilərlə şəxsi söhbətlər aparacaq və ənənə ilə innovasiyanın ölkənin inkişaf edən sənət səhnəsini necə formalaşdırdığını kəşf edəcəklər.

3 günlük festivalın zəngin proqramından faydalanmaq, tədbirlərdə iştirak etmək və incəsənət bayramının bir hissəsinə çevrilmək üçün www.bakuartweekend.az saytından qeydiyyatdan keçmək mütləqdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Oktyabr 2025 18:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri