Icma.az
close
up
RU
“Bakıya Uçuş. İncəsənət Həftəsonu” festivalı çərçivəsində “Paratetisin dörd dənizi” immersiv proqramı təşkil olunub

“Bakıya Uçuş. İncəsənət Həftəsonu” festivalı çərçivəsində “Paratetisin dörd dənizi” immersiv proqramı təşkil olunub

Icma.az xəbər verir, 525.az saytına əsaslanaraq.

1-2 noyabr tarixlərində Heydər Əliyev Fondu, Azərbaycan Mədəniyyət Nazirliyi, Heydər Əliyev Mərkəzi, Regional İnkişaf İctimai Birliyinin birgə tərəfdaşlığı ilə keçirilən “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” (“Fly to Baku. Art Weekend. Sense the Future NOW”) festivalı çərçivəsində “EkoSfera” Ekoloji-Sosial Mərkəzi və Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi (RUGİM) tərəfindən uşaqlar və valideynlər üçün hazırlanmış “Paratetisin dörd dənizi” adlı immersiv yaradıcılıq proqramı həyata keçirilib.

525.az xəbər verir ki, Azərbaycanda ilk dəfə olaraq ekoloq, pedaqoq, uşaqlar və gənclər üçün təhsil yönümlü art-proqramların müəllifi, ekoloji düşüncənin incəsənət vasitəsilə yeni formalarının yaradıcısı, Firuzə Sultan-zadənin müəllifi və kuratoru olduğu proqram-konsepsiya–«Paratetisin dörd dənizi üzrə kruiz» adlı immersiv performans təqdim olunub. Bu, uşaqlar və yeniyetmələr üçün teatr, elm, rəssamlıq, musiqi, səslər, rəqəmsal texnologiyalar, ekoloji şüur və gənclərin yaradıcılıq iştirakını bir araya gətirən yeni bir bədii-tədris təcrübəsidir. Proqram immersiv yaradıcılıq laboratoriyası və təxəyyül səyahətinin elementlərini özündə birləşdirir və burada su planetin ümumi dili kimi çıxış edir. Uşaqlar və yeniyetmələr böyüklərlə birlikdə sənət, kiçik elmi araşdırmalar, performans, musiqi, vizual yaradıcılıq, təbiət müşahidəsi və multimedial eksperimentlər vasitəsilə suyun öz obrazını yaradırlar. Performansın məqsədi su, səs, hərəkət, orkestr, teatr və vizual sənəti vahid canlı təcrübədə birləşdirməkdir.
Layihə bir zamanlar Avropadan Asiyaya qədər torpaqları birləşdirən qədim Paratetis okeanının obrazından ilhamlanır. Bu okean bizə dörd “varis” qoyub – Xəzər, Qara, Aral və Azov dənizləri. Bu dənizlər bədii dil vasitəsilə gənc tamaşaçıya təbiətin yaddaşı, suya dəyər verilməsi, sevinc və itki, güc, ümid və insan məsuliyyəti haqqında öz hekayələrini danışır.

Performans dörd “liman” üzrə səyahət kimi qurulub – dörd blok, dörd dəniz, dörd müxtəlif emosional hekayə və dörd ekoloji mesaj. Hər məkan özünəməxsus bədii atmosferə malik yaradıcılıq “dayanacağına” çevrilir:Xəzər – müdriklik, dərinlik, nadir növlər və elmi kəşflər; Qara dəniz – güc, ritm, küləyin və dalğaların musiqisi; Aral – yoxa çıxma, təbiətin ağrısı və ekoloji fəaliyyət vasitəsilə bərpa ümidləri; Azov – işıq, oyun, gülüş, həyat enerjisi və insani istilik. Bu, ənənəvi tamaşa deyil – tamaşaçı məkanın içərisinə daxil olur və hekayəni yaşayır. Uşaqlar və yeniyetmələr yalnız baxmır və dinləmir, həm də iştirak edirlər: yaradırlar, çəkirlər, oxuyurlar, kiçik səhnələr qururlar, elmi faktlarla tanış olurlar, səs araşdırmaları aparırlar, su, bədii obyektlər, təbii materiallar və rəqəmsal media ilə qarşılıqlı fəaliyyət göstərirlər. Bu yeni formatda uşaq və yeniyetmə:duyur – dənizlərin səslərini, musiqini, küləyin və suyun nəfəsini; görür – canlı tabloları, performativ səhnələri, art obyektləri;hərəkət edir – yaradır, iştirak edir, rəqs edir, rol oynayır; yaradır – rəsmlər, səslər, obrazlar; ümumi hekayənin hissəsinə çevrilir. Bu, “oturub baxılan” deyil, “daxil olub yaşanan” sənətdir.

Proqram dörd yaradıcı limandan ibarət art-kruiz marşrutu üzrə həyata keçirilib. 

Birinci liman – Dənizlərin Elm Limanı olan Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzində uşaqlara art-kruiz pasportları təqdim olunub və onlar dənizin səslərini dinləmək, suyun  haqqında məlumat əldə etmək, peşəkar rəssamlar və dizaynerlərin iştirakı ilə uşaqlar dəniz aləminin müxtəlif canlılarını təsvir edən maketlər və bədii kompozisiyalar, keramik və dekorativ sənət nümunələri hazırlamaq kimi fəaliyyətlərdə iştirak ediblər, onları dizayn edərək su ekosisteminin biomüxtəlifliyi və onun qorunması haqqında biliklərini dərinləşdiriblər.

İkinci liman – Dənizlərin Musiqi Limanı Azərbaycan Dövlət Akademik Filarmoniyasında keçirilib və burada uşaqlar Qara Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin ifasında suya həsr olunmuş musiqi proqramında iştirak ediblər. Konsert Əməkdar artist, dirijor Əyyub Quliyevin rəhbərliyi ilə təqdim olunub və sənətkarların ifasında uşaqları müxtəlif dövrlərin bəstəkarlarının su mövzusundan necə ilham aldıqları ilə tanış etmək, suyun hərəkət, yaddaş, saflıq və təxəyyülün rəmzi kimi sənətdə necə ifadə olunduğunu göstərmək məqsədi daşıyıb. Proqramda Corc Fridrix Hendelin “Su üzərində musiqi” süitası, Antonio Vivaldinin “Yay” (Fırtına) hissəsi, Kamil Sen-Sansın “Akvarium”, Hans Zimmerin “Karib dənizinin quldurları” film musiqisi və Fərhad Bədəlbəylinin “Dəniz” əsəri yer alıb. Uşaqlar suyun ritmini hiss etmək, dirijorla birgə musiqi jestləri qurmaq imkanı əldə ediblər. Bu liman suyun mədəniyyətləri bişləşdirən universal təbii element kimi rolunun dərk edilməsinə yönəlib.

Üçüncü liman – Dənizlərin Yaddaş limanı - Azərbaycan Milli İncəsənət Muzeyində uşaqlar suyun təsviri incəsənətdə ifadəsi ilə tanış olublar. Burada onlar rəssamların suyu rəng, işıq, hərəkət və forma vasitəsilə necə təqdim etdiklərini araşdıran interaktiv ekskursiyada iştirak ediblər. Suların şəffaflıq, dərinlik və axıcılıq kimi xüsusiyyətlərini bədii dildə ifadə etməyi öyrənərək akvarel və monotipiya texnikaları üzrə ustad dərslərində çalışıblar. Proqram çərçivəsində müxtəlif müəlliflərin rəsmi icazə ilə təqdim olunmuş su mövzusunda beynəlxalq qısa filmlər və art-animasiya sənədli video materiallar nümayiş olunub.

Dördüncü liman – Paratetisin 4 Dəniz Limanıisə açıq məkanda Dövlət Kukla Teatrının iştirakı ilə təqdim olunan immersiv teatr səhnəsicanlandırılıb.Açıq məkanda quraşdırılan dörd iri ağ kublarda uşaqlar Xəzər, Qara, Aral və Azov dənizlərinin hər birinin biomüxtəliflik elementlərini və ətraf mühit vəziyyətini rəsm şəklində təsvir ediblər.

Proqramın əsas ideyası – elmi və sənəti, səsi və təsviri, suyun hərəkətini və musiqini, rəqəmsal texnologiyaları və teatrı birləşdirərək uşaqların sənəti yalnız müşahidə etməsi deyil, onu şəxsi təcrübə kimi dərk etməsi və yaşamasıdır. «Paratetisin dörd dənizi üzrə kruiz» Firuzə Sultan-zadənin Azərbaycanda yaratdığı yeni müəllif istiqamətidir: sənət – səyahət kimi, elm – ilham kimi, ekoloji düşüncə isə yaradıcılıq və su dünyasına dərin emosional dalış vasitəsilə.

Layihə uşaqlara göstərir ki, suyun hər damlası – canlıdır, təbiətin hər hekayəsi – şəxsi bir hekayədir və dənizlərin gələcəyini insan özü yaradır. Su ilə əlaqəni yenidən dərk etmək uşaqlarda empatiya, ekoloji düşüncə və yaradıcı dünyagörüşü formalaşdırır.

Şəkil sayı: 21

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:95
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Noyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çəhrayı gözlük Məryəm Bağırova yazır

02 Fevral 2026 14:24see889

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see337

Vasif Məhərrəmli Elarizin adının Epşteyn dosyesində çəkilməsindən danışdı Açığı deyim ki...

02 Fevral 2026 16:42see319

Mallar gömrükdə qalıb: “Temu” Azərbaycan bazarından çıxır?

02 Fevral 2026 14:52see310

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see217

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see203

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see194

Müharibə bölgəsindən qaçan və sığınacaq axtaran şəxslər ilk fürsətdə qonşu ölkələrə axın edir, orada məskunlaşırlar

02 Fevral 2026 15:03see194

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see190

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see189

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see172

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see171

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see170

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see170

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see169

Uitkoff Netanyahu ilə danışıqlar aparmaq üçün İsrailə gedir

02 Fevral 2026 16:45see169

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see161

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see144

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri