“Baku Bus” avtobusu yük maşınına çırpıldı Ölən və yaralananlar var Yeni Çağ Media
Icma.az, Yenicag portalına istinadən məlumat yayır.
Bu gün saat 10:30 radələrində Bakı-Qazax yolunun 24-cü kilometrində sərnişin avtobusunun iştirakı ilə yol qəzası baş verib.
Bu barədə Yenicag.az-a Baş DYP İdarəsinin inspektoru polis baş leytenantı Elvin Hacıyev məlumat verib.
Məlumata əsasən, “Baku Bus” avtobusu yolun kənarında dayanmış Tacikistan dövlətinə məxsus 77-FF-02 qeydiyyat nişanlı “Volvo” markalı yük avtomobilinə çırpılıb.
Qəza nəticəsində avtobusda olan bir nəfər sərnişin həyatını itirib, iki nəfər isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Eyni zamanda, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən bildirilib ki, qəza edən avtobus Sahil qəsəbəsini “Sahil” metrostansiyası ilə əlaqələndirən 149 nömrəli avtobusdur.
Hadisə hüquq-mühafizə oqranları tərəfindən araşdırılır. İctimaiyyətə əlavə məlumat veriləcək.
www.yenicag.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:164
Bu xəbər 04 Yanvar 2025 13:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















