“Baku Elektroniks” qeydiyyatsız telefon satır Foto
Icma.az bildirir, Axar.az saytına əsaslanaraq.
“Baku Elektroniks” 1 ay öncə alınan Ayfon-16 Pro Maks telefonunu İMEİ qeydiyyatdan keçirməyib.
Bununla bağlı Axar.az-a zərərçəkən müştəri Ruhin Əliyev məlumat verib.
O bildirib ki, 4 min manat ödədiyi telefonda yaranmış problemlə bağlı mağaza onun şikayətinə laqeyd yanaşır:
“29 oktyabr və 13 noyabrda nömrəmə SMS gəldi ki, telefon qeydiyyatdan keçirilməlidir, əks təqdirdə 28 noyabr tarixindən cihazın istifadəsinə məhdudiyyət qoyulacaq. Mən “Baku Elektroniks”in “143” qaynar xətti ilə əlaqə saxladım. Bildirdilər ki, heç bir narahatlıq yoxdur, həmin vaxta kimi məsələ həll olunacaq. Amma telefon artıq 2 gündür bağlıdır. Yenidən “Baku Elektroniks”in qaynar xətti ilə əlaqə saxladım, bildirdilər ki, 5-10 günə açılacaq. Şirkətin Əhməd Rəcəbli küçəsində yerləşən ofisinə getdim. Onlar da nə telefonu geri qaytarıb, pulumu ödəyirlər, nə də məsələni həll edirlər. Əvəzində deyirlər ki, telefonu geri qaytarmaq üçün əlavə ödəniş tələb olunacaq”.
“Baku Elektroniks”in mətbuat xidməti məsələnin ona aidiyyəti olmadığını bildirərək, cavabdan imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 29 Noyabr 2024 15:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















