Icma.az
close
up
RU
Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb VİDEO FOTO

Baku Network Parisdə ilk dəfə olaraq erməni təcavüzü nəticəsində həlak olmuş azərbaycanlı jurnalistlərlə bağlı məsələ qaldırıb VİDEO FOTO

Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Baku Network (BN) analitik mərkəzi Avropada ilk dəfə olaraq Ermənistanın təcavüzü nəticəsində həlak olan azərbaycanlı jurnalistlər mövzusunu gündəmə gətirərək bir sıra tədbirlər keçirib.

Trend xəbər verir ki, Parisdə təşkil olunan sərgi çərçivəsində BN ictimaiyyətə şəhid-jurnalistlərlə bağlı materialları təqdim edib.

Həmçinin, UNESCO-nun qərargahında keçirilən və İçərişəhərin UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilməsinin 25 illiyinə həsr olunmuş təqdimat zamanı, 47-ci Dünya İrs Komitəsinin sessiyası çərçivəsində çıxış edən BN rəhbəri Elçin Ağacanov bildirib ki, azərbaycanlı jurnalistlər Qarabağda erməni təcavüzünün qurbanı olublar və peşə borcunu yerinə yetirərkən həlak olublar.

Tədbir iştirakçılarına şəhid jurnalistlərin xatirəsinə həsr olunmuş bukletlər də paylanılıb. Tədbirdə Fransa ictimaiyyətinin nümayəndələri, fransız və xarici jurnalistlər iştirak ediblər.

Bu məsələnin Fransanın paytaxtında müzakirəyə çıxarılması, peşə borcunu yerinə yetirərkən həlak olan azərbaycanlı jurnalistlərin taleyi barədə həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm addım olub.

Sərginin açılışında nitqlə çıxış edən Azərbaycanın Fransadakı səfirliyinin müşaviri Nigar Hüseynova Ermənistanla Azərbaycan arasında 30 illik münaqişənin fəsadlarından söz açıb.

Münaqişə qurbanları arasında mətbuat nümayəndələrinin olduğunu vurğulayaraq, 1991-ci ildə erməni qüvvələri tərəfindən vəhşicəsinə öldürülən və ilk şəhid jurnalist olan Salatın Əsgərovanı, habelə 1991-ci ildə Azərbaycanın yüksək rütbəli nümayəndələrini və nazirlərini daşıyan və Qarabağ səmasında terror aktına məruz qalan vertolyotda həlak olmuş Osman Mirzəyev, Alı Mustafayev və Fəxrəddin Şahbazovu, habelə Xocalı soyqırımının dünya mətbuatında tanıdılmasında rolu olan, 1992-ci ildə Ağdamda çəkiliş zamanı şəhid olan Çingiz Mustafayevi qeyd etmişdir. Bununla yanaşı, 2021-ci ildə Kəlbəcərdə AZTV və Azərtac əməkdaşları Sirac Abışov və Məhərrəm İbrahimovun mina qurbanları olduğunu qeyd edərək, azərbaycanlıların bugün də mina təhlükəsi altında yaşadıqlarını vurğulamışdır.

Böhran zamanı informasiyanın həyati əhəmiyyətini vurğulayan N.Hüseynova, bu cəsarətli jurnalistlərin öz həyatlarını riskə ataraq cəmiyyəti regionda baş verən hadisələrlə məlumatlandırmaq kimi vəzifəni yerinə yetirdiyini bildirmiş və onların bu vəzifələri internetin və sosial şəbəkənin mövcud olmadığı, informasiyanın bugün olduğu kimi sürətlə yayılmaq imkanının olmadığı bir dövrdə, Azərbaycan üzərində informasiya blokadasının yaradıldığı çətin şəraitdə yerinə yetirildiyini əlavə etmişdir. Şəhid jurnalistlərə həsr edilən bu təşəbbüsə görə "Trend" İnformasiya Agentliyi və "Baku Network" Analitik Mərkəzinə təşəkkür etmişdir.

"La Gazette du Caucase" qəzetinin baş redaktoru Jan-Mişel Brün öz növbəsində qeyd edib ki, Qarabağda jurnalistlər erməni təcavüzünün hədəfinə yalnız öz peşə borclarını yerinə yetirirdiklərinə görə çevriliblər.

"Bəzi ölkələr artıq müharibə qanunlarına əməl etmir. Onlar dinc əhalini bombalayır, xəstəxanaları və məktəbləri dağıdır, piyada əleyhinə minalar yerləşdirirlər. Bu gün Yaxın Şərqdə baş verənlər - eynilə Qarabağ müharibəsi dövründə də baş vermişdi. Bu gün xatirəsini andığımız jurnalistlər təsadüfən həlak olmayıb. Onlar məhz jurnalist olduqları üçün öldürülüblər", - deyə o vurğulayıb.

Jan-Mişel Brün senzura, manipulyasiya və redaksiya qadağaları vasitəsilə jurnalistlərə qarşı təzyiqlərin daha incə formalarına da diqqət çəkib. Misal olaraq o, fransalı jurnalist Lizron Budul ilə bağlı hadisəni qeyd edib. Onun sözlərinə görə, Budulun Qarabağla bağlı reportajı efirdən çıxarılıb, çünki o, rəsmi versiyayla təzad təşkil edirdi . Digər hadisə Fransanın nüfuzlu nəşrində çalışan müxbirlə bağlı olub. O, Azərbaycan ordusu barədə saxta məlumatlardan istifadə edib ki, redaksiyanın gözləntilərinə uyğun gəlsin. Sonradan həmin jurnalist bunun yalan olduğunu etiraf edib. Onun sözlərinə görə, əgər bunu etməsəydi, onun məqaləsi dərc olunmayacaqdı.

Daha sonra tədbirdə çıxış edən BN rəhbəri Elçin Ağacanov bildirib ki, həmin jurnalistlər erməni separatçıları və terrorçuları tərəfindən təsadüfən deyil, həqiqəti söylədikləri üçün qətlə yetirilib.

"Mən onları qəhrəman adlandıracağam, baxmayaraq ki, onlar heç də qəhrəmanlığa can atmırdılar. Onlardan heç biri ölümə can atmamışdı. Onlar sadəcə öz işlərini görürdülər. Bu on üç nəfər hədəfə çevrildi, çünki söz - güllədən qorxuludur. Çünki dağıdılmış evin çəkilmiş şəkli yalanı alt-üst edə bilər. Çünki dəqiq reportaj cinayətin gizləndiyi qaranlığı ifşa edir", - deyə o bildirib.

E. Ağacanov vurğulayıb ki, həmin on üç jurnalist tüstü arasından görə bilən gözlər, ağrını susdurmağa imkan verməyən səslər idilər.

"Bu jurnalistlər təkcə güllələrlə deyil, həm də yalanla mübarizə aparırdılar. Təhriflə, saxtakarlıqla. Onlar "feyklərə" qarşı vuruşurdular. Onların qarşısında sifəti olmayan bir düşmən dururdu - yalnız kölgələr. O düşmən ki, qorxunu və təşvişi təkcə silahla deyil, həqiqətin təhrif edilməsi ilə də yayır. Bu on üç nəfər gözəgörünməz cəbhədə döyüşürdü. Və geri çəkilmədikləri üçün həlak oldular", - deyə o qeyd edib.

BN analitik mərkəzinin proqram direktoru Sahil Kərimli Baku Network şəhid jurnalistlərimizin sərgisini ilk dəfə, özü də müəyyən çətinliklərlə və süni maneələrlə üzləşərək Avropada - Ermənistanın qatı müdafiəçisi olan Fransanın paytaxtı Parisdə təşkil etməyi bacardığını diqqətə çatdırıb.

S.Kərimli peşə borcnunu yetirərkən şəhid olmuş jurnalistlərin xatirəsinin müəyyən dövrlərdə ayrı-ayrılıqda və lokal şəkildə anıldığını vurğulayıb.

"Amma biz qərara gəldik ki, bu missiyanı daha geniş miqyasda və arealda həyata keçirək və şəhid media nümayəndələrinin fotolarından ibarət sərgi yaradaq. Fotoların üzərində fransız və ingilis dillərində şəhidlərin hər biri haqqında ətraflı məlumatlar qeyd edilib. Həmçinin fotoşəkillərdən ibarət braşurlar da çap edilib və bu günkü sərginin iştirakçılarına paylanılır",-deyə o bildirib

Kərimli Fransanın daim ermənipərəst siyasət yürütdüyün, işğalçı Ermənistanı müdafiə etdiyini diqqətə çatdırıb.

Belə bir şəraitdə Parisdə belə bir sərginin keçirilməsi müəyyən çətinliklər və maneələr yaradırdı. Sərginin Fransaya gətirlməsi, çap məhsullarının sərhəddən keçirilməsi də müəyyən risklər yaradırdı. Amma biz bu çətinlikləri dəf etdik və hədəfə uğurla çata bildik.

Qeyd edək ki, tədbir Parisdə yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində "Azərbaycanın əleyhinə hibrid və ideoloji təhdidlərin təhlili" adlı Baku Network layihəsi çərçivəsində keçirilib. Sərgi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycanın Fransadakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Sonda tədbirlərin keçirilməsinə şərait yaratdıqlarına görə, Azərbaycan XİN-in UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasına, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə, Azərbaycanın Fransadakı səfirliyinə və Fransa-Azərbaycan Dialoqu Assosiasiyasına dərin təşəkkürümüzü bildiririk.

Milli.Az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:59
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 15 İyul 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR əməkdaşlarına illik mükafat veriləcək. Dəqiq tarix açıqlanıb – FOTO

28 Noyabr 2025 08:31see410

Ən məqbul sülh planı Avropa İttifaqı liderlərinin irəli sürdüyü plandır ŞƏRH

26 Noyabr 2025 17:36see309

Mehriban Zəkiyə qarşı dələduzluq Video

26 Noyabr 2025 10:59see293

Tramp planı beynəlxalq hüquqa sığmır

26 Noyabr 2025 14:10see291

ABŞ də iki əsgəri güllələyən şəxs belə tutuldu Video

27 Noyabr 2025 06:23see250

ÇL: Qarabağ neçənci yerdədir? Cədvəl

27 Noyabr 2025 02:12see192

Tatevik Ayrapetyan, səni qucaqlamaq istəyirəm...

27 Noyabr 2025 06:04see191

Basketbol millimiz ilk matçında uduzdu

28 Noyabr 2025 01:55see181

Azərbaycanda bu universitetlər akkreditasiya olunacaq

27 Noyabr 2025 16:50see173

Avrasiyanın yeni logistika XƏRİTƏSİ Orta Dəhliz əsas nəqliyyat marşrutuna ÇEVRİLİR

26 Noyabr 2025 15:03see152

Hansı süd ürəyə ziyandır?

26 Noyabr 2025 15:56see145

Ronaldosuz “Əl Nəsr” “İstiklol”u məğlub edib

26 Noyabr 2025 21:26see143

İcazəsiz oxunan şeirlərə görə CƏRİMƏ AÇIQLANDI

27 Noyabr 2025 13:22see142

Tarixdə ən uzun il hansı olub və bu necə baş verib?

26 Noyabr 2025 17:38see142

Dövlət tərəfindən bu şəxslərə YENİ GÜZƏŞT Yalnız yarısını ödəyəcəklər

27 Noyabr 2025 20:08see129

Hikmət Hacıyev Aİ nin rəsmi şəxsləri ilə ikitərəfli gündəliyi müzakirə etdi

28 Noyabr 2025 01:34see129

UEFA Çempionlar Liqasında V tur

27 Noyabr 2025 00:33see128

Rusiyada dördüncü hava limanı fəaliyyətini dayandırıb

27 Noyabr 2025 08:30see128

Müəllimə avtobus sükanı arxasında Qadın sürücülərdən reportaj VİDEO

26 Noyabr 2025 09:48see126

Xızıda yük maşını dəmir arakəsməyə çırpıldı ÖZƏL

27 Noyabr 2025 00:31see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri