Alman deputat: Ukraynaya qoşun yeridilməsini müzakirə etməyin vaxtı deyil
Icma.az, Moderator.az portalına istinadən məlumat verir.
Almaniyanın müharibədən sonra Ukraynada sülhməramlı qüvvələrdə iştirakı ilə bağlı müzakirələr hələ tezdir.
Moderator.az xəbər verir ki, bunu Almaniya Xristian Sosial Birliyi (CSU) parlament qrupunun lideri Aleksandr Hoffman bildirib.
"Birinci addımdan əvvəl ikinci addımı atmamalıyıq: Rusiya tərəfi Ukraynanın suverenliyinə hörmət edən və davamlı sülh perspektivi təklif edən bir razılaşma bağlamağa hazır olana qədər Almaniya gözləməlidir. Almaniya və Avropa Ukraynada sülhün əldə olunmasına töhfə verəcəklər. Lakin indi Ukraynaya qoşun yeridilməsini müzakirə etməyin vaxtı deyil" - Hoffman bildirib.
Avropa Parlamentindəki Avropa Xalq Partiyası (EPP) qrupunun rəhbəri Manfred Veber isə münaqişənin sülh yolu ilə həlli üçün Ukraynaya alman qoşunlarının göndərilməsi ideyasını dəstəkləyib. O, qoşunların Avropa Birliyinin bayrağı altında göndərilməsini təklif edib.
Ukrayna Prezidenti Aparatının müşaviri Mixaylo Podolyak bir müddət əvvəl bildirib ki, müharibə bitdikdən sonra bir neçə ölkə Ukraynaya sülhməramlı kontingentlərini göndərməyə hazırdır. Bura Fransa, Almaniya, Türkiyə və Böyük Britaniya daxildir.
Podolyak beynəlxalq tərəfdaşların Rusiyanın qarşısını almaqda rol oynamalı olduğunu vurğulayıb və əlavə edib ki, Ukrayna bu yükü təkbaşına daşımamalıdır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:91
Bu xəbər 27 Dekabr 2025 18:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















