Icma.az
close
up
RU
® “Baku Steel Company” “2024 cü ilin ən yaxşı tərəfdaşı” nominasiyasının qalibi olub

® “Baku Steel Company” “2024 cü ilin ən yaxşı tərəfdaşı” nominasiyasının qalibi olub

Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Ətraf mühitin qorunması və təbii ehtiyatlardan səmərəli istifadə edilməsi “Baku Steel Company” QSC-nin (BSC) fəaliyyətinin əsas istiqamətlərindən biridir. Davamlı olaraq ekoloji layihələrə dəstək verən şirkət Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) tərəfindən mükafata layiq görülüb.

ETSN-in 2024-cü ildə ekoloji məsələlərin həllinə öz töhfələrini verən təşkilatları mükafatlandırdığı tədbirdə BSC ““Yaşıl gələcək” platforması ilə keçirilən ağacəkmə aksiyalarında ən yaxşı tərəfdaş” nominasiyasının qalibi olub. Mükafatı ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev təqdim edib.

Qeyd edək ki, BSC 2024-cü ildə BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 tədbirləri çərçivəsində, Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində 2 hektar ərazidə 1250 ədəd Azərbaycan Respublikasının “Qırmızı Kitab”ına daxil olan Eldar şamı, eləcə də zeytun ağacı, Sumqayıt Kimya Sənaye Parkının ərazisində isə 500 ədəd şəmşir ağacı əkib.

Şirkət əvvəlki illərdə də yaşıllıqların salınması ilə bərabər, digər ekoloji yönümlü layihələr həyata keçirib. Buna misal olaraq, 2024-cü ildə COP29 ərəfəsində BSC və “QGallery” bədii qalereyası birlikdə “Baku Steel Art 2024” adlı beynəlxalq metal simpoziumu təşkil edib.

Simpoziumun keçirilməsində məqsəd incəsənət və metallurgiyanın ekoloji dəyişikliklər və davamlı inkişafın katalizatoru kimi çıxış edə biləcəyini nümayiş etdirmək idi. “Baku Steel Art 2024” simpoziumunun nəticəsi olaraq, 7 ölkədən (Azərbaycan, Gürcüstan, Türkiyə, Rumıniya, İsrail, Bolqarıstan, Hindistan) 12 rəssamın iştirakı ilə BSC-nin istehsal etdiyi məhsullarından və metal qırıntılarından hazırlanan incəsənət əsərlərinin sərgisi təşkil olunub.

BSC ekoloji məsuliyyət sahəsində həyata keçirdiyi layihələrlə yanaşı, bərpa olunan enerji təşəbbüslərinə də mühüm töhfə verir. Belə ki, COP29 çərçivəsində BSC və “Clean Energy Cəbrayıl” MMC günəş enerjisi təchizatı haqqında anlaşma memorandumu imzalayıb. Anlaşmaya əsasən, Cəbrayılın Soltanlı kəndində hər biri 50 MVt olan “Şəms” və “Üfüq” günəş enerjisi stansiyaları tikiləcək. “Clean Energy Cəbrayıl” MMC mövcud elektrik şəbəkəsi vasitəsilə BSC-nin istehsalat sahələrini bərpa olunan enerji ilə təchiz edəcək. Bu tərəfdaşlıq ölkəmizin yaşıl enerjiyə keçidini sürətləndirməyə öz töhfəsini verəcək.

BSC, nəinki ekoloji məsələlərə həssaslıqla yanaşır, həmçinin istehsalat proseslərinin əksəriyyətini rəqəmsallaşdıraraq daha dayanıqlı, səmərəli və təhlükəsiz həllərlə Azərbaycan iqtisadiyyatında metallurgiya sənayesinin inkişafına dəstək olmağı hədəfləyir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://azertag.az
archiveBu xəbər 27 Yanvar 2025 12:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İlon Mask: Avropa İttifaqı ləğv edilməli, ölkələrə suverenlik verilməlidir

06 Dekabr 2025 19:41see253

Bu rayonda icra başçısının müavini işdən çıxıb FOTO

06 Dekabr 2025 15:42see207

Zelenski, Makron, Starmer və Merz 8 dekabrda Londonda görüşəcəklər

06 Dekabr 2025 22:42see191

Gündə bir stəkan şərab: Zərəri, yoxsa faydası var?

06 Dekabr 2025 20:43see147

Mahmut Orhanın keçmiş sevgilisi ilə eşq yaşayır

06 Dekabr 2025 17:18see138

Aİ Rusiyanın dəniz yolu ilə neft ixracına tam qadağanı nəzərdən keçirir

06 Dekabr 2025 20:23see138

Ərdoğan Venesuelalı həmkarı Maduro ilə telefonla danışıb

07 Dekabr 2025 00:43see138

MÜSİAD Azərbaycana yeni sədr gəlir, Cevdet Yılmaz qurultaya qatılır

06 Dekabr 2025 15:46see136

Dezinformasiya cəmiyyət üçün real təhlükədir

06 Dekabr 2025 18:46see131

S&P Azərbaycanın bank islahatlarını qiymətləndirib

06 Dekabr 2025 14:16see127

Erməni din xadimlərinin görüşü təxirə salındı Eçmiədzin səbəbi açıqladı

07 Dekabr 2025 19:03see127

Salah: “Klub məni pis vəziyyətə qoyur”

07 Dekabr 2025 01:38see126

Qəzzada atəşkəsə BMT qüvvələri nəzarət etməlidir” HƏMAS lideri

07 Dekabr 2025 20:34see126

Merz: Almaniya Fələstin dövlətini tanımayacaq

07 Dekabr 2025 17:44see126

“Lexus” kanala aşdı 5 nəfər öldü KONKRET

07 Dekabr 2025 09:54see125

Ad gününə lotereya aldı, 500 min dollar uddu

07 Dekabr 2025 10:04see125

Dyökereş “Aston Villa”ya məğlubiyyətdən sonra: “Oyunumuzu bir az yaxşılaşdırmalıyıq”

07 Dekabr 2025 05:12see124

Hiperaktivlik vaxtında müalicə olunmasa, uşağın gələcək həyatı təhlükədədir

07 Dekabr 2025 16:01see124

Volkandan gözlənilməz qərar

07 Dekabr 2025 20:12see123

Ömrün ağırlığı çökmüş vərəqlər Rafael Hüseynov yazır

08 Dekabr 2025 09:43see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri