Icma.az
close
up
RU
“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)

“BakuBus”ın yeni marşrut xətti istifadəyə verildi (ÜNVAN)

Icma.az bildirir, Baku.ws portalına istinadən.

Bu gündən etibarən Bakı şəhərinin mərkəzi hissəsində "BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətinin (MMC) yeni 3 nömrəli marşrut xətləri istifadəyə verilib.

"BakuBus” Məhdud Məsuliyyətli Cəmiyyətininmətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, ilkin mərhələdə 07, 08 və 09 noyabr  2015-ci il tarixlərində sınaq olaraq hər gün 8 ədəd avtobus xidmət göstərəcək. 10 noyabr 2015-cil il tarixindən etibarən 03 saylı xətdə 18 ədəd avtovus xidmət göstərəcək. Fransa istehsalı olan "İveco” avtobusları 3 saylı xətt üzrə "Azadlıq Prospekti” metro stansiyasından başlayaraq– Süleyman Sani Axundov küçəsi - Şövkət Məmmədova küçəsi – Səttar Bəhlulzadə - Atatürk prospekti – Nəsib bəy Yusifbəyli küçəsi – Səməd Vurğun küçəsi – Ənvər Qasımzadə küçəsi –Bakıxanov küçəsi – İnşaatçılar prospekti – Ə.Haqverdiyev küçəsi – Hüseyn Cavid prospekti – Parlament prospekti – Şəhidlər Xiyabanı istiqamətində hərəkət edərək, Əks istiqamətdə Şəhidlər Xiyabanı - Parlament prospekti – Hüseyn Cavid prospekti – Ə.Haqverdiyev küçəsi – İnşaatçılar prospekti – Bakıxanov küçəsi – Xan Şuşinski küçəsi - Ənvər Qasımzadə küçəsi – Ceyhun Hacıbəyli küçəsi – Fətəli Xan Xoyski küçəsi – Koroğlu Rəhimov küçəsi - Fətəli Xan Xoyski küçəsi – Atatürk prospekti –Şövkət Məmmədova küçəsi – Cəfər Xəndan küçəsi – İbrahim Paşa Dadaşov küçəsi– Azadlıq prospekti m/st xətti üzrə hərəkət edir.  Ümumi uzunluğu 25.8 km-dir. Məlum olduğu kimi, "BakuBus” MMC-nin avtobuslarında gediş haqqının ödənilməsi nağd pulla deyil, yalnız "BakıKart” vahid ödəniş kartları ilə həyata keçirilir. "BakıKart” vahid ödəniş kartlarını bütün metro stansiyalarında və avtobus dayanacaqlarında quraşdırılmış yeni "BakıKart” terminallarından, Bakı şəhərində yerləşən müasir tipli mətbuat köşklərindən və digər "BakıKart” loqosu olan məntəqələrdən əldə etmək olar. Dövriyyədə iki növ "BakıKart” ödəniş kartları – məhdud istifadə üçün kağız "BakıKart”ları və daimi istifadə üçün plastik "BakıKart”ları mövcuddur. Kağız kartların qiyməti 20 qəpikdir, onlara 1, 2, 3 və ya 4 gediş haqqı yüklənə bilər. Bu kartlar ilk istifadə tarixindən etibarən 45 gün ərzində etibarlıdır. Plastik BakıKartların qiyməti 2 manatdır və bu növ kartlara istənilən məbləğdə gediş haqqı yüklənə bilər. "BakıKart”la bir şəhərdaxili gediş haqqı 20 qəpikdir. "BakuBus” MMC-nin avtobuslarından istifadə edən zaman aşağıdakı qaydalara riayət olunmalıdır: avtobusa yalnız ön qapıdan minib kartı ödəniş aparatına oxutduqdan sonra salona keçilməli; avtobus dayanacaqda dayandıqda salonu yalnız orta və ya arxa qapıdan tərk etmək lazımdır;. İctimai nəqliyyatın keyfiyyətini artırmağı qarşısına məqsəd qoyan və bu sahədə hər zaman innovasiyaları tətbiq edən " BakuBus” MMC  əvvəlcədən müəyyən olunmuş digər xətləri də bu ilin sonuna qədər istifadəyə verməyi nəzərdə tutur. Ziya Səccad

BAKU.WS

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:686
embedMənbə:https://baku.ws
archiveBu xəbər 12 May 2025 05:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see292

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see258

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see243

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see242

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see231

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see229

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see228

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see219

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see216

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see216

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see213

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see211

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see202

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see199

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see196

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see191

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see190

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see190

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see189

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri