Icma.az
close
up
RU
Menu

Sahibkar ABB dən şikayət etdi

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

Ronaldo dönəmi başa çatır

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

ML: 3 cü tur başlayır

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

Balabəyin əl işləri qalib olmağı vəd edir

Balabəyin əl işləri qalib olmağı vəd edir

525.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Mütəmadi olaraq mətbuatımızda yayımlanmış Azərbaycandakı yeniliklər haqda və bir çox məlumatlarla tanış olmaqdayam, əziz oxucularım. Bir neçə gün öncə  yayımlanan bir məqalə “Türkiyədə dahi Azərbaycan şairi Nizami Gəncəviyə dair layihələr reallaşdırılacaq” adlanırdı. Tanış olub çox sevindim. Anladım ki, bu il Şeyx Nizami Gəncəvinin yubileyi münasibəti ilə Türkiyədəki səfirliyimizin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzi Ankara şəhər Mədəniyyət və Turizm İdarəsi ilə Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin işbirliyində, il ərzində Türkiyədə “Nizami Gəncəvi əsərləri miniatürlərdə” adlı rəsm müsabiqəsi və fərqli kateqoriyadan olan əsərlərin sərgisi açılacaq. Bu məlumatı oxuduqdan sonra oğlum Əlinin telefonu ilə Ankaradakı səfirliyimizin əməkdaşı, mədəniyyət mərkəzində çalışan, milli konservatoriyamızın keçmiş məzunu Günay xanıma zəng etdim. Fəqət telefona cavab verməkdə problem olduğunu duyub səsli mesaj göndərdim. Məramım, məhz Nizami Gəncəvinin yubiley ilində müsabiqədə iştirak etmək üçün Balabəy Balabəyovun dəvət edilməsini və tar üzərində sədəflərlə rəsm etdiyi şahanə əsəri ilə müsabiqəyə qatılmasını məsləhət bildim.

Şəkil 1. Balabəy Balabəyovun Nizaminin “Xəmsə”sinin motivləri əsasında sədəflədiyi şahanə tar.

Zatən 2 həftə öncə mənə zəng edib məsləhət verməyimi xahiş etdi Günay xanım. Türkiyədəki sənətkarlarımızın əl işlərinin hansı muzeylərdə sərgiləndiyi barədə qısaca məlumat verdim. 1893-cü ildə toxunmuş Azərbaycan xalçasının Amasya muzeyində olduğu haqda bildirdim. Daha sonra istedadlı rəssam, professor Mənsur Cəfərovun “Qanuni Sultan Süleyman”ın rəsminin möhtəşəmliyi yüksək dairələrdə qiymətləndirilib daha sonra bir muzeydə saxlanıldığı barədə məlumat verdim. Daha geniş bilgi almaları üçün 2017-ci ildə yayımladığım “Bir millət, iki dövlət Azərbaycan-Türkiyə” adlı kitabımın Ankaradakı Səfirliyimizin kitabxanasına bir nüsxə hədiyyə etdiyimi də bildirdim. Səfirlikdəki əməkdaşlarımızın diqqətlərinə çatdırdım ki, bu kitabda 65-dən artıq rəssamlarımızın fotoları olmaqla hansı universitetdə, hansı qurumlarda fəaliyyət göstəmələri haqda qısa məlumat var.

Şəkil 2. İlqar İmamverdiyevin İksad yayım evi tərəfindən yayımladığı “Bir millət, iki dövlət, Azərbaycan-Türkiyə” kitabı.

Bir sənətşünas, eləcə də Balabəyin yaradıcılığına yaxından bələd olan mütəxəssis kimi Şeyx Nizamiyə həsr olunmuş bu müsabiqənin qalibi olacağına inanaraq, səfirlikdə çalışan əməkdaşlarımızın diqqətini çəkmək istədim. Yekun fikrimi önə salmağımın məramını əsaslandırmaq istərdim dəyərli oxucularımıza.

“Balabəyin əl işləri qalib olmağı vəd edir” başlığının bu məqaləmdə yer almasının səbəbi var. Təxminən 1991-1992-ci illərdə Ü.Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasında çalışdığım zaman Balabəyin ilk əl işi olan sədəfli tarını gördüyüm zaman heyrətimi gizlədə bilmədim və təcili “Xalq qəzeti” vasitəsi ilə xalqımıza tanıtmış oldum. Həmin tar qısa zamanda Ulu öndərimiz Heydər Əliyev cənablarının da diqqətini çəkmişdi. Və bu səbəblə də Fransaya rəsmi səfəri zamanı həmin tarı cümhurbaşqanı Mitteranda hədiyyə etmişdi. Mitterand da Azərbaycan tarının “Luvr” muzeyində sərgilənməsini məsləhət bilmişdi. Məhz Balabəyin əl işinin sayəsində həmin muzeydə ilk dəfə Azərbaycan bölməsi yaradıldı.

Şəkil 3. Tar ustası Balabəy Balabəyovun Azərbaycan Respublikasının Prezidenti, Ulu öndərimiz Heydər Əliyevə ərmağan etdiyi sədəfli tar.

Balabəy Balabəyovun dünyəvi şairimiz  Nizami Gəncəvinin “Xəmsə”si əsasında sədəflə və qiymətli daş-qaşlarla çəkdiyi rəsm isə heyrətvericidir, dəyərli oxucularım. Bu səbəblə də 2017-ci ilin 10-12 may tarixində Mərmərə universitetində düzənlənən “İncəsənətin tədrisi və ictimai elmlərin qarşılıqlı əlaqələri” adlı beynəlxalq simpoziumda “Azərbaycanda tar sənətinin inkişafı tarixinə ümumi bir nəzər”  adlı məruzə ilə çıxış edib tar alətinin keçmişi və bu günü barədə, ifaçılıq sənətinin bəzi aktual məsələləri haqda məlumat verib, nəhayət Balabəyin əfsanəvi sədəfli tarının şəkillərini də səhnənin bəyaz örtüsünə yansıdılan görüntülərlə elm adamlarının da diqqətini çatdırmış oldum.

Şəkil 4. 2017-ci ilin 10-12 may tarixində Mərmərə universitetində düzənlənən “İncəsənətin tədrisi və ictimai elmlərin qarşılıqlı əlaqələri” mövzusundakı beynəlxalq simpoziumda,  sənətşünaslıq elmləri doktoru, professor İlqar Cəmiloğlu “Azərbaycanda tar sənətinin inkişafı tarixinə ümumi bir nəzər” başlıqlı məruzə ilə çıxış edib Balabəy Balabəyovun sədəfli tarı haqda məlumat verərkən.

Qaziantep Konservatoriyasının magistr tələbələrinə “Türk dünyasının musiqisi” fənnini tədris etdiyim zaman qürurlandım ki, Odlar diyarı Azərbaycanımızda Balabəy səviyyədə sənətkar övladı yetişmişdir.

Özbək tar ustasının Əlişir Nəvainin rəsmini sədəflə işlədiyinin görüntüsünü və Balabəyin Nizami Gəncəvinin tar alətindəki görüntüsünü təqdim etdiyim zaman bu təsbitimə haqq vermiş olarsınız, dəyərli oxucularım.

 

Şəkil 5. Özbək tar ustasının klassik özbək şairi Əlişir Nəvainin sədəflə işlədiyi görüntü və Balabəy Balabəyovun sədəflə və qiymətli daş-qaşlarla işlədiyi tarı, şair-filosof Şeyx Nizami Gəncəviyə həsr edilmişdir.

Dünya şöhrətli filosof-alim, şair Nizaminin əsərlərinə müraciət edərək, sənət əsəri yaratmış Balabəyin “Nizami” adlı tar əsəri” barədə dəyərli fikirlərlə zəngin, bir mütəxəssis alimin peşəkarcasına əl işçiliyinə yansımış ən yüksək səviyyədə, Türk təbiri ilə demiş olsaq, “harika” görüntüsünü əks etdirir.

Yeri gəlmişkən, 200 il öncə İran şahının, rus çarının xanımına göndərdiyi hədiyyələr arasında Azərbaycan sazı da Sankt-Peterburq musiqi alətləri muzeyində sərgilənir. Sazın çanaq hissəsinə baxdığımız zaman məşhur bir rəssamın kətan üzərinə fırça ilə rəngli boyalarla çəkdiyi musiqi məclisi öz əksini tapmışdır.

Şəkil 6. Sankt-Peterburq musiqi alətləri muzeyində sərgilənən Azərbaycan sazının arxa çanağının əlvan boya ilə çəkilmiş şənlik məclisindən bir görünüş.

Bu rəsmi təqdim etməyimizdəki məramımız Balabəyin sədəflə məclis törənini necə də dəqiq, bir rəssam kimi, sanki bir rəsm əsəri çəkməsinə diqqət yetirməmizdir. Əl işçiliyində bu tərzlə də  Balabəy, dahi şair Nizaminin “Xəmsə”sinin motivlərinə istinad edərək tarın hər bölümündə fantaziyasını doğru, dəqiq yansıda bilməsində uğur qazanmasıdır.  Hələ ki, sədəflə rəsm çəkə bilmək qabiliyyəti başda Balabəy olmaqla güneyli sənətkar qardaşımız Yunis Meşinciyə də aiddir. Əslində biz Balabəyi rəssamlar içərisində rəssamlıq qabiliyyətinə malik zərgər və sədəf ustası adlandıra bilərik. Və yaxud da sədəsaz sənətkarlar arasında həm zərgər, həm də rəssam adlandırmaqda haqlıyıq. Balabəyin tar rəsmlərini təqdim etdiyimiz zaman xalqımız mənimlə razılaşa bilər və fikirlərimin haqlı olduğuna inanarlar.

Şəkil 7. Balabəyin tarın kiçik çanağına sədəflə həkk etdiyi “Nuşirəvan və bayquşların söhbəti” motivi.

Şəkil 8. Balabəyin tarın böyük çanağına sədəflə həkk etdiyi “İsgəndərin Nüşabə ilə görüş səhnəsi”.


Şəkil 9. Balabəyin tarın böyük çanağın sağ yan tərəfinin künc hissəsinə sədəflə həkk etdiyi Nizami Gəncəvinin “Kərpickəsən qoca ilə cavan” adlı hekayəsindən görüntü.

Şəkil 10. Sədafsaz Balabəyin Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından təsirlənərək sədəfin imkanlarını açıb göstərən “Şirinin Fərhadla görüşü” səhnəsindən bir epizod.

Şəkil 11. Balabəyin tarın kiçik çanağın sol yan tərəfində sədəflə həkk etdiyi Nizami Gəncəvinin “Xosrov və Şirin” poemasından “Xosrovun, çimən zaman Şirini görməsi” adlı əsəri.

Şəkil 12. Balabəyin tarın böyük çanaqda sədəflə həkk etdiyi Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından “Bəhram Gur və qoca çoban” adlı əsərindən bir fraqment.

Şəkil 13. Balabəy Balabəyovun tarın çanağının arxasında Nizami Gəncəvinin “Yeddi Gözəl” poemasından təsirlənərək rəngli sədəflərlə həkk etdiyi “Bəhram Gur və Fitnənin ova çıxması” səhnəsindən bir fraqment.

Şəkil 14. Balabəy Balabəyovun tarın çanağının arxasında Nizami Gəncəvinin “İsgəndərnamə” poemasından təsirlənərək sədəflərin əlvan imkanlarıyla həkk etdiyi “Böyük İsgəndər yeddi filosof alimin əhatəsində” səhnəsi.

Şəkil 15. Balabəy Balabəyovun tarın çanağının küp hissəsində  Nizami Gəncəvinin “Leyli və Məcnun” poemasından təsirlənərək sədəflərin əlvan imkanlarıyla həkk etdiyi “Məcnun Leylini görmək eşqiylə vəhşi heyvanların əhatəsində çadırına tərəf gedir”.

Şəkil 16. Qohum-əqrəbalarının Məcnunu müqəddəs Məkkəyə uğurlaması.

Şəkil 17. Dəvə karvanlarının sarvanı Məcnun və atası səhrada müqəddəs Məkkəyə doğru hərəkəti.

Şəkil 18. Tarın qolunda sədəflə həkk olunmuş müqəddəs Kəbə.

Dəyərli oxucularımıza təqdim etdiyimiz Balabəyin tar işçiliyi, dünyəvi mahiyyət daşıdığını göstərməkdir. Çünki 36 ildir Balabəy yaradıcılığının tədqiqatçısıyam, dəyərli oxucularım. Ümidvaram ki, Nizami Gəncəvinin Ankarada səfirliyimizin əməkdaşlarının, başda Samir Abbasovun və Günay xanımın xeyir-duası ilə bu möhtəşəm yarışda iştirak etməsinə yaşıl işıq yandıracaq və Azərbaycanımızda bu sahənin mütəxəssislərinin təmənnasız yardımı ilə Balabəy, “Nizamı adlı tar” möhtəşəm sənət əsəri ilə laureat diplomunu almağa layiq görüləcək. Çünki əl işlərinin yüksək zirvəni fəth etməsi, təqdim etdiyimiz tar alətində açıq-aşkar görünməklə bu fikrimi xalqıma, əlaqədar təşkilatlara böyük səmimiyyətimlə diktə etməkdədir.

Şəkil 18. Balabəyin “Nizami adlı tar əsəri”.

İlqar Cəmiloğlu İmamverdiyev

Sənətşünaslıq elmləri doktoru, Qaziantep Universiteti Türk Musiqisi Dövlət Konservatoriyasının professoru. Türk Xalq Musiqisinə Xidmət mükafatçısı

15.03.2025.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:174
embedMənbə:https://525.az
archiveBu xəbər 31 Mart 2025 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see408

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see285

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see258

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see208

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see206

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see204

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see203

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see195

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see193

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see193

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see193

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see192

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see190

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see189

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see189

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see186

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see186

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see186

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see186

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri