Balakəndə 5 7 ci əsrlərə aid olan Alban məbədi tapılıb
Icma.az, Apa.az portalına istinadən məlumat verir.
Balakəndə 5-7-ci əsrlərə aid yeni tarixi abidə olan Alban məbədi tapılıb.
Bu barədə APA-nın Şimal-qərb bürosuna AMEA-nın Şəki Regional Elmi Mərkəzinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli məlumat verib.
A. Məmmədlinin verdiyi məlumata əsasən yeni kəşf olunan qədim tarixi abidə rayonun Mahmalar kəndi ərazisində, kənd sakinlərindən birinin fındıq bağında kolluq ərazidə elə tarixçi alimin özü tərəfindən tapılıb.
O, bu günədək qeydə alınmayan məbədin 5-7-ci əsrlərə aid Alban məbədi olduğunu ehtimal edir.
Digər Alban məbədləri kimi, yeni tapılan tarixi abidə də düzbucaqlı formadadır. Düzbucaqlı bir nefli məbədin mehrab hissəsi salamat olsa da, giriş və ön hissəsi dağılıb.
Bu mövzuda digər xəbərlər:Balakəndə Alban məbədi tapıldı Fotolar
30 Aprel 2026 00:04
Balakəndə yüzədək Alban məbədi və onların qalıqları müəyyənləşdirilib
02 Oktyabr 2026 16:02
Əsrlərə meydan oxumuş Nur: Qədim Alban məbədi məhv olmaq üzrədir VİDEOREPORTAJ
31 May 2026 22:26
Qubada VI VII ci əsrlərə aid dəbilqə tapılıb
11 Dekabr 2025 16:29
Şabranın Kilvar kəndində IV VI əsrlərə aid tarixi alban kilsəsi
27 May 2025 17:36
Baxış sayı:130
Bu xəbər 29 Aprel 2026 22:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















