Balakəndə qarğıdalı sahəsində külli miqdarda narkotik aşkarlanıb
Icma.az, Apa.az saytına istinadən bildirir.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Bu barədə APA-ya DİN-dən məlumat verilib.
Bildirilib ki, tədbirlərlə narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən, əvvəllər də analoji əmələ görə məhkum olunmuş 52 yaşlı Elman Balagözov saxlanılıb.
Ondan yaşadığı ünvanda, eləcə də rayon ərazisindəki qarğıdalı sahəsində əkdiyi 185 ədəd çətənə kolu və 21 kiloqram narkotik vasitə aşkar edilib. Faktla bağlı cinayət işi başlanılıb, E.Balagözov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:Balakəndə narkotik plantasiyası aşkarlanıb
12 May 2026 09:15
Polis Balakəndə külli miqdarda narkotik vasitə aşkarlayıb
08 Sentyabr 2026 09:21
Balakəndə qarğıdalı sahəsində narkotik əkən kişi həbs olundu VİDEO
17 Avqust 2026 10:49
Balakəndə külli miqdarda narkotik vasitələr saxlayan şəxs saxlanılıb
02 Dekabr 2024 09:15
Balakəndə evində külli miqdarda narkotik saxlayan şəxs tutuldu
02 Dekabr 2024 09:56
Baxış sayı:143
Bu xəbər 17 Avqust 2026 10:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















