Balakəndə satış məqsədilə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub
Icma.az, Operativ MM saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Balakən Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən, əvvəllər də analoji cinayət əməlinə görə dəfələrlə məhkum edilmiş İlham Mahatov saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan "Operativ Məlumat Mərkəzi-OMM"-ə bildirilib ki, ondan 2 kiloqram 130 qram marixuana, 500 qram heroin və 3000-dən artıq metadon həbi aşkarlanıb.
Araşdırmalarla saxlanılan şəxsin həmin narkotik vasitələri satış məqsədilə yaşadığı ünvanda saxladığı müəyyən edilib. Məhkəmənin qərarı ilə İ.Mahatov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

Balakəndə satış məqsədilə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub
02 Dekabr 2024 08:55
Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub FOTO
02 Dekabr 2024 08:55
525ci qəzet Balakəndə evində külli miqdarda narkotik vasitələr saxlayan şəxs tutulub
02 Dekabr 2024 09:40

