Balasanyandan sonra Ohanyan da səssizliyini pozdu: Şuşa döyüşlərində... SENSASİON
GlobalInfo saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
“Biz 1992-ci ildə Şuşanı ələ keçirdiyimiz zaman daha az itki vermişdik, lakin 2020-ci ildə şəhəri itirəndə itkimiz ciddi şəkildə çox idi”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın keçmiş müdafiə naziri, hər iki Qarabağ müharibəsinin iştirakçısı və Xocalı qatillərindən biri olan Seyran Ohanyan deyib.
O, Şuşanın itirilməsinin Ermənistana ağır zərbə olduğunu bildirib:
“1990-cı illərdə könüllü dəstələri birləşdirib orduya çevirərək şəhəri çətinliklə də olsa, ələ keçirə bilmişdik. Lakin 2020-ci ildə nizamlı ordu olmasına rəğmən Şuşanı qorumağı bacarmadılar. 44 günlük müharibədə Ermənistan ordusu pərən-pərən idi, özülərini könüllü, qeyri-peşəkar döyüşçü kimi aprırdılar. Dövlət də çox zəif çıxış etdi, vahid strategiya qura bilmədi. Düşmən ordusu müharibə zamanı əsas zərbəni “artsax”ın cənub hissəsindən vurdu və bütün sonrakı hücumları bu istiqamətdən uğurla inkişaf etdirə, irəlilədə bildi. Nəinki Şuşanı ələ keçirdilər, hətta Ermənistan sərhədlərinə qədər çatdılar. Ermənistan üçün böyük əhəmiyyət kəsb edən yüksəklikləri ələ keçirdilər. Hətta istəsələr, ələ keçirdikləri nöqtələrdən hücumları ölkəmizə doğru daha da irəlilədə bilərdilər”.
Əliyar Xəlil
Globalinfo.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:55
Bu xəbər 11 Noyabr 2025 11:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















