Icma.az
close
up
RU
Menu

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

General mayor rütbəsi alan hərbçilər kimdir?

“İlin modeli” seçildi Fotolar

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

Bu rayona yeni polis rəisi təyin edildi

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

Balerina, aikidoçu, Pamukun sevgilisi... tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?

Balerina, aikidoçu, Pamukun sevgilisi... tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?

Icma.az, Kulis.az portalına istinadən məlumat yayır.

Kulis.az Nadir Yalçının “Buker”in qısa siyahısına düşən əsərlər və müəlliflər barədə mükafatın rəsmi saytına istinadən "Tənqidçilər “Buker”in qısa siyahısı barədə nə deyirlər?" adlı araşdırmasını təqdim edir.

“Buker”in qısa siyahısına hansı əsərlər daxil edilib?
“Buker” mükafatının münsiflər heyəti altı əsərin yer aldığı qısa siyahını açıqlayıb. Münsiflər heyətinin sədri Roddi Doyl siyahıya düşən romanların müəlliflərini öz üslublarına və yazı ustalıqlarına görə fərqləndirib.
Onun sözlərinə görə, seçilmiş bütün əsərlər insanın digər insanlarla münasibətlərində yaşadığı təcrübəni araşdırır: “Onların hamısı yüksək səviyyədə yazılıb və hamısı dərin insani məzmun daşıyır”.
Doyl, Ayobami Adebayo, Sara Cessika Parker, Kris Pauer və Kiley Reyddən ibarət münsiflər heyəti bu ilki siyahını 1 oktyabr 2024 – 30 sentyabr 2025 tarixləri arasında Böyük Britaniya və İrlandiyada nəşr edilmiş 153 əsər arasından seçib.
“Buker”in qısa siyahısına altı əsər salınıb. Siyahıya Kiran Desainin “The Loneliness of Sonia and Sunny”, David Szalayın "Flesh", Ben Markovitsin “The Rest of Our Lives”, Susan Choinin “Flashlight”, Katie Kitamuranın “Audition və Endryu Millerin The Land in Winter” əsərləri daxildir.
Qalib əsərin adı noyabrın 10-da Londonda keçiriləcək mərasimdə açıqlanacaq. Qalib müəllifə 50 min funt sterlinq mükafat veriləcək.

“Buker”in qısa siyahısına daxil olan əsərlər nədən bəhs edir?
“Booker Prize 2025” mükafatının qısa siyahısına seçilmiş altı roman oxucuları Macarıstandan Yaponiyaya, Venesiyadan Nyu-Yorka, Hindistandan İngiltərənin Qərb bölgəsinə qədər aparır. Əsərlərin qəhrəmanları doğma yurdlarından uzaqda yaşayan obrazlardır.
Kiran Desainin "The Loneliness of Sonia and Sunny" əsəri illər ərzində yolları kəsişib ayrılan iki gənc hindlinin həyat hekayəsini və sonda birləşməsini əks etdirir. David Szalayın "Flesh" romanı isə Mərkəzi Avropadakı yaşayış massivindən Londondakı zənginlərin malikanələrinə qədər uzanan bir kişinin yoxsulluqdan var-dövlətə yüksəliş yolunu izləyir.
Ben Markovitsin "The Rest of Our Lives" romanı Kaliforniyaya qədər uzanan avtomobil səyahətində ortabab həyat böhranını təsvir edir. Susan Çoinin "Flashlight" əsəri Yaponiyada koreyalı valideynlər tərəfindən böyüdülən, daha yaxşı həyat arzusuyla Amerikaya köçən bir kişinin taleyini və onun müəmmalı itkisindən sonra ailəsinin çəkdiyi ağrını canlandırır.
Katie Kitamuranın "Audition" əsərində Nyu-Yorkda yaşayan uğurlu aktrisanın həyatı gənc bir kişinin qəfil gəlişi ilə alt-üst olur. Endryu Millerin "The Land in Winter" romanı isə müharibədən sonrakı İngiltərənin kənd mühitində sevginin iki evli cütlük üçün necə sönməsini göstərir.
Bəzi romanlar cəmi bir neçə gün və ya həftə ərzində ( "The Rest of Our Lives", "The Land in Winter", "Audition" ), digərləri isə onilliklər boyu ("Flashlight", "Flesh") baş verən hadisələri təsvir edir. Əsərlərdə ailə münasibətləri, valideynlərlə övladlar arasındakı güc balansı, dağılan evliliklər, emosiyalarını ifadə etməkdə çətinlik çəkən kişilər, tarixin yükü altında əzilən ailələr və başqalarının gözləntiləri ilə mübarizə aparan fərdlər ön plana çıxır.
Seçilmiş əsərlərin bir neçəsi immiqrant həyatının çətinliklərinə də toxunur ("Flashlight", "Flesh", "The Loneliness of Sonia and Sunny"), qəhrəmanları isə çox vaxt iki dünya arasında sıxışıb qalaraq uyğunlaşmaqda, tənha və təcrid olunmuş vəziyyətdə yaşamaqda çətinlik çəkirlər.

“Buker”in qısa siyahısındakı yazarlar kimlərdir? – qısa DOSYE
Müəlliflər Hindistan (Kiran Desai), Böyük Britaniya (Endryu Miller), macar əsilli britaniyalı (David Szalay) və ABŞ-dandır (Susan Çoi, Katie Kitamura, Ben Markovits).
Kiran Desai qalib gəlsə, Hindistan 2025-ci ildə “Buker” mükafatlarının hamısını qazanmış olacaq. Xatırladaq ki, bu il əvvəllər Banu Muştaq və tərcüməçi Deepa Bhasthi “Heart Lamp” adlı hekayə toplusuna görə Beynəlxalq “Buker” mükafatının qalibi olublar.
Siyahıya düşənlər arasında üç nəfər – Susan Choi, Katie Kitamura və Ben Markovits ilk dəfə “Buker”ə namizəd göstərilib. Endryu Miller (2001-ci ildə "Oxygen" əsəri ilə) və David Szalay (2016-cı ildə "All That Man Is" əsəri ilə) ikinci dəfədir siyahıya daxil olublar. Siyahıda həm də əvvəlki qaliblərdən biri var – Kiran Desai. O, 2006-cı ildə "The Inheritance of Loss" əsərinə görə mükafata layiq görülüb. Əgər 2025-ci ildə yenidən qalib gəlsə, Desai iki dəfə “Buker” alan yazıçılar – Marqaret Atvud, Piter Keri, Kutzee və Hilari Mantel sırasına qoşulacaq.
Qeyd edək ki, Kiran Desai “Nobel” mükafatı laureatı Orxan Pamukun sevgilisi olub.
Bu il siyahıda debütant yoxdur. Altı müəllif birlikdə ümumilikdə 41 roman (və bir neçə uşaq kitabı) qələmə alıb. Ben Markovitsin "The Rest of Our Lives" əsəri onun 11-ci, Endryu Millerin "The Land in Winter" əsəri isə 10-cu romanıdır.

David Szalayın "Flesh" altıncı, Susan Çoinin "Flashlight" altıncı, Katie Kitamuranın "Audition" isə beşinci romanıdır.

Kiran Desainin "The Loneliness of Sonia and Sunny" əsəri isə onun üçüncü romanıdır və təxminən 20 ilə yazılıb. Əsər qısa siyahının ən qalın kitabıdır – təxminən 700 səhifə.
Müəlliflərin yaradıcılıqdan kənar həyatı da diqqət çəkir. Katie Kitamura balet üzrə təhsil alıb və incəsənət tənqidçisidir. Endryu Miller mandolin çalır, xalq musiqisi qrupunda çıxış edir, həmçinin aikidoda qara kəmərə sahibdir.

Ben Markovits isə tələbəlikdən sonra Almaniyada peşəkar basketbolçu olub. Susan Çoi bir müddət New Yorker üçün fakt-yoxlayan işləyib, David Szalay isə BBC üçün radiopyeslər yazıb.

Tənqidçilər qısa siyahıdakı əsərlər barədə nə deyirlər?
“Buker”in qısa siyahısına düşən romanlar beynəlxalq mətbuatda müsbət rəylər alıb. “Vaşinqton post” yazarı Ron Çarlz Susan Çoinin "Flashlight" əsərini “qüdrətli roman” adlandırıb və burada “geosiyasətin bir ailənin üzərinə çökən almaz kimi sərt” təsvir olunduğunu bildirib.
"Guardian" nəşrində Aleks Klark Kiran Desainin "The Loneliness of Sonia and Sunny" əsərini “son dərəcə əyləncəli və çoxqatlı” adlandırıb. Hindistanın Mint nəşrində Somak Qoşal kitabın “oxucudan ciddi diqqət tələb etdiyini, lakin bunun çətin olmadığını” yazıb.
Katie Kitamuranın "Audition" əsəri barədə "TLS"də Ellen Vayls müəllifin minimalist üslubunu və psixoloji dərinliyini vurğulayıb. "Chicago Review of Books" yazarı Dez Dehais isə romandakı paralel hekayələrin yaratdığı gərginliyi “təsirli bədii uğur” kimi dəyərləndirib.
Ben Markovitsin "The Rest of Our Lives" əsəri barədə "Telegraph"da Corc Kokreyn yazıb ki, müəllif “orta yaş böhranını hekayələndirməkdə bənzərsizdir”.

"Spectator"da Cud Kuk əsəri “Amerikanın aparıcı yazıçılarından birinin slam-dank səviyyəsində uğuru” adlandırıb.
Endryu Millerin "The Land in Winter" əsəri haqqında "İndependent"də Martin Çilton onu “parlaq roman” adlandıraraq “sarsıdıcı sonluğa ustalıqla aparıldığını” qeyd edib.

"Times" yazarı Ceyms Volton isə əsərin “hər dövrün öz səhvləri və doğruları olduğunu xatırlatdığını” vurğulayıb.
David Szalayın "Flesh" əsəri barədə "Sunday Times"da Yohanna Tomas-Korr müəllifin “sadə, lakin dərin üslubunu” önə çəkib.

"Financial Times" yazarı Lyuk Braun isə romanı “səmimi, aydın və sarsıdıcı bədii əsər” kimi dəyərləndirib.

Amerikalı aparıcı Trampdan üzr istəmədiyinə görə işdən çıxarıldı Vüqar Biləcəri kimin üzünü "Quran"ın varağı"na bənzədirdi? - Məşhur meyxanaçı haqqında bilinməyənlər Azərbaycanlı müğənni qəzaya düşdü
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:57
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Buxarest Rusiya təbliğatının artmasından narahatdır...

08 Noyabr 2025 18:48see184

24 nömrəli onbirillik musiqi məktəbində Zəfər günü qeyd edilib FOTO

08 Noyabr 2025 09:02see183

General mayor rütbəsi alan hərbçilər kimdir?

07 Noyabr 2025 16:50see155

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see153

Ermənistan ilk dəfə Azərbaycan ərazisindən keçən marşrutla Qazaxıstan buğdası alıb

08 Noyabr 2025 00:53see138

La Liqa: Turun ilk matçında qalib müəyyənləşmədi

08 Noyabr 2025 03:28see134

Noyabr ayında dörd bürc ciddi sınaqlardan keçəcək

07 Noyabr 2025 09:51see130

Avropa Liqası: Fənərbaxça səfərdə heç heçə etdi GÜNÜN NƏTİCƏLƏRİ

07 Noyabr 2025 04:15see128

İsrail daha bir girovun qalıqlarının olduğu tabutu təhvil alıb

08 Noyabr 2025 04:23see128

Ukrayna 18 aylıq döyüşlərdən sonra Pokrovsk şəhərini itirmək riski ilə üzləşir

07 Noyabr 2025 06:30see128

Türkmənistan Transxəzər Qaz Boru Kəməri Layihəsinin həyata keçirilməsi imkanlarını nəzərdən keçirmək niyyətindədir

08 Noyabr 2025 06:22see127

Tramp Qazaxıstanın Abraham sazişinə qoşulduğunu elan edib

07 Noyabr 2025 04:18see126

Tramp: Avropadakı ABŞ qoşunlarının ümumi sayı dəyişməz olaraq qalır

08 Noyabr 2025 02:58see125

Bu rayona yeni polis rəisi təyin edildi

08 Noyabr 2025 14:02see124

Kadinin xəstəxanadan MESAJI: “Geri dönəcəm, sizi sevirəm” FOTO/VİDEO

08 Noyabr 2025 11:53see124

Parlamentin 4 komitəsinin birgə iclasında 2026 cı ilin dövlət büdcəsi haqqında qanun layihəsi müzakirə edilib

07 Noyabr 2025 22:05see123

Qarabağ Neftçi ni daha çox yenib Bəs Neftçi köhlənlər ə neçə qol vurub?

08 Noyabr 2025 14:23see123

Səssizcə yayılır: Dünyada qızılca halları və ölümlərin sayı artır

07 Noyabr 2025 22:08see122

Azərbaycan Kardiologiya Cəmiyyəti İctimai Birliyinin sədri postuna o irəli sürülüb

07 Noyabr 2025 07:36see122

Ukraynanın valyuta ehtiyatları artıb Müstəqillik dövrü üçün rekord həddə çatıb

07 Noyabr 2025 20:21see121
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri