Icma.az
close
up
RU
Balın faydası ilə yanaşı, bu zərərləri var

Balın faydası ilə yanaşı, bu zərərləri var

Icma.az bildirir, Metbuat saytına əsaslanaraq.

Bal əsrlərdir həm qida, həm də təbii şəfa mənbəyi kimi istifadə olunur. Tərkibindəki təbii şəkərlər, vitaminlər, minerallar və antioksidantlar sayəsində həm enerji verici, həm də immuniteti dəstəkləyici xüsusiyyətlərə malikdir. Lakin mütəxəssislər bildirirlər ki, balın faydaları ilə yanaşı, düzgün istifadə olunmadıqda sağlamlıq üçün risklər də yarada bilər.

Metbuat.az bildirir ki, balın ən mühüm xüsusiyyətlərindən biri güclü antioksidant mənbəyi olmasıdır. Antioksidantlar hüceyrə zədələnməsini azaldaraq ürək-damar sağlamlığını qoruyur, xroniki xəstəliklər və erkən qocalmaya qarşı qoruyucu təsir göstərir. Daimi və ölçülü qəbul edildikdə immuniteti gücləndirir, boğaz ağrılarını və öskürəyi yüngülləşdirir, həzm sistemini dəstəkləyir. Səhər acqarına qəbul edilən bal orqanizmi sürətlə enerji ilə təmin edir, bağırsaqların fəaliyyətini gücləndirir və zehni oyanıqlığı artırır. Bir stəkan ilıq suya əlavə olunan bir çay qaşığı bal metabolizmanı sürətləndirir, toksinlərin bədəndən atılmasına yardım edir. Lakin diabet xəstələrinin balı yalnız həkim nəzarətində və ölçülü şəkildə qəbul etməsi vacibdir.

Gecə bal yemək bəzi insanlarda yuxunu asanlaşdıra bilsə də, çox qəbul edildikdə həzmi çətinləşdirə və yuxu keyfiyyətini poza bilər. Reflü və qastrit xəstələrində mədə turşusunu artıraraq narahatlıq yarada bilər. Üstəlik, dişlər təmizlənmədikdə çürük riskini yüksəldir.

Bal ümumiyyətlə təhlükəsiz olsa da, bəzi hallarda yan təsirlərə yol aça bilər. Ən böyük risk allergiyadır. Polen allergiyası olan şəxslərdə qaşınma, səpkilər və nəfəs darlığına səbəb ola bilər.

Digər mühüm risk isə botulizmdir:

Balın tərkibində “Clostridium botulinum” bakteriyasının sporları ola bilər və bu, körpələr üçün ciddi təhlükə yaradır. Bu bakteriyanın yaratdığı botulizm qida zəhərlənməsi növü sinir sisteminə təsir edir və əzələ iflici, tənəffüs çətinliyi, hətta ölüm kimi fəsadlara səbəb ola bilər. Sağlam böyüklərdə və 1 yaşdan yuxarı uşaqlarda bağırsaq sistemi bu bakteriya sporları ilə mübarizə apara bilir. Lakin 1 yaşdan kiçik körpələrdə bağırsaq florası tam inkişaf etmədiyi üçün bakteriya orqanizmdə çoxala və toksin ifraz edə bilər, bu da həyati təhlükə yarada bilər. Buna görə 1 yaşdan kiçik uşaqlara bal verilməsi qəti şəkildə qadağandır.

Ülkər Cəlilzadə / Metbuat.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:260
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 10 Sentyabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see330

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see309

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see293

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see271

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see267

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see264

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see256

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see248

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see247

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see237

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see226

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see225

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see225

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see215

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see210

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see208

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see204

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see196

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see192

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see192
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri