Icma.az
close
up
RU
Menu

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

Ən çox qazanan televiziya aktyorları...

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

Bu ilin büdcəsində niyə profisit yaranıb?

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

Balinalar niyə Yer kürəsinin xilaskarları hesab olunur? VİDEO

Balinalar niyə Yer kürəsinin xilaskarları hesab olunur? VİDEO

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Okeanların dərinliklərində yaşayan və iqlim dəyişikliyi ilə mübarizədə mühüm rol oynayan nəhəng canlılar – balinalar planetimizi qorumağa da kömək edir.

Balinalar mühüm karbon qazı anbarlarıdır. Onlar öldükdən sonra dəniz dibinə çökərək bədənlərində topladıqları karbonun yenidən atmosferə qayıtmasının qarşısını alırlar. Xüsusilə uzunömürlü və iri balinalar həyatları boyunca böyük miqdarda karbon saxladıqları, eyni zamanda qida maddələrini dərin sulardan səth sularına daşıyaraq dəniz ekosistemini dəstəklədikləri üçün iqlim dəyişikliyi ilə mübarizədə əhəmiyyətli rol oynayırlar.

Balinalar əsasən sürü halında yaşayır və daha çox soyuq okean sularında rast gəlinirlər. Bu nəhəng canlıların müxtəlif növləri mövcuddur. Bəzi növlərinin uzunluğu 30 metrə, çəkisi isə 200 tona çata bilir. 

Balinaların hamiləlik müddəti adətən uzun olur; növündən asılı olaraq bu müddət 10–17 ay arasında dəyişir, mavi balinalarda isə təxminən 12 ay davam edir. Balalar doğulduqda 2–3 ton ağırlığında ola bilirlər. Ana balinalar balalarını süd ilə bəsləyir və onları illərlə qoruyurlar. Növündən asılı olaraq onların ömür uzunluğu təxminən 70-90 il arasında dəyişir.

Balinalar adətən dərin sularda qidalanırlar və bəzi növlərin 3 min metrə qədər daldığı məlumdur. Dərinlikdə qidalanan balinalar yüksək təzyiq səbəbindən ifrazatlarını daha çox suyun səthinə yaxın ərazilərdə həyata keçirirlər. Bu isə səth sularında dəmir, azot və fosfor kimi vacib qida maddələrinin miqdarının artmasına kömək edir.

Balinalar su altında çox uzun müddət nəfəslərini saxlaya bilirlər. Məsələn, bəzi balina növləri iki saat nəfəs almadan su altında qala bilirlər.

Onların bədən temperaturları həmişə yüksək olur. Bu səbəbdən də vahid kütlə başına daha az oksigen xərcləyir. Balinaların gözləri böyükdür və başlarından bir az arxa tərəfdə yerləşir. Onlar ağladıqda göz yaşları su kimi yox, tam fərqli-yağlı şəkildə ifraz olur.

Alimlər hesab edirlər ki, balinalar öyrənmək və öyrətmək, bir-biri ilə əməkdaşlıq etmək, mürəkkəb sosial münasibətlər qurmaq və hətta yas saxlamaq qabiliyyətinə malikdirlər.

Balinalar okeanların ən sosial və ünsiyyət bacarığı ən güclü canlıları hesab olunur. Xüsusilə qozbel balinalar kilometrlərlə uzaqdan eşidilə bilən mürəkkəb "mahnıları" ilə tanınırlar. Bu səslər sadəcə səs siqnalları deyil, müəyyən ritmə, quruluşa və zamanla dəyişən xüsusiyyətlərə malik mədəni davranış forması hesab edilir. 

Balinalar təkcə okeanların nəhəng canlıları deyil, həm də ekosistemin memarları və təbiətin mühüm simvollarıdır. Lakin iqlim dəyişikliyi, ovçuluq və insan fəaliyyəti nəticəsində bir çox balina növü yox olmaq təhlükəsi ilə üz-üzədir. Onların qorunması yalnız bir növün deyil, bütün okeanların gələcəyi üçün həyati əhəmiyyət daşıyır. Bu möhtəşəm canlıları qorumaq əslində öz gələcəyimizi və aldığımız nəfəsi qorumaq deməkdir.

Həmidə İbrahimova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 08 İyun 2026 12:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Onkoloji xəstəliklərin müalicəsi sığorta ilə ödənilməlidir Deputatdan TƏKLİF

16 Noyabr 2026 16:37see284

Dislipidemiyanın aktual məsələləri: Qərar qəbuletmə vaxtı mövzusunda Elmi praktiki simpozium həyata keçiriləcək

16 Noyabr 2026 12:04see281

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see267

Uşaqlarınızı bu əşyadan qoruyun Azərbaycanlı həkim (VİDEO

16 Noyabr 2026 12:36see260

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see250

Musiqi alətində ifa edən uşaqlar daha yaddaşlı OLUR

16 Noyabr 2026 23:43see250

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see244

Xərçəngdən sonra ən böyük qorxu: Xəstəlik təkrarlanmasın deyə nə etməli?

16 Noyabr 2026 22:45see242

Ən çox qazanan televiziya aktyorları...

16 Noyabr 2026 20:52see236

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see236

Küləkli havada uşaqlarda qulaq ağrısı və qulaq iltihabı riski artırmı?

16 Noyabr 2026 14:44see235

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see226

Dövlət bu xəstələrin də müalicə pulunu ödəyəcək?

16 Noyabr 2026 15:49see222

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see220

Xaçmazda ev yandı, 90 yaşlı sahibəsi həlak oldu

16 Noyabr 2026 20:15see220

Bu ilin büdcəsində niyə profisit yaranıb?

16 Noyabr 2026 17:35see217

Bu ərazidə yeni üç mərtəbəli məktəb TİKİLƏCƏK 9 milyonluq LAYİHƏ

16 Noyabr 2026 18:22see205

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see200

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see198

Litva, İslandiya və Estoniya yığmalarından inamlı qələbə Millətlər Liqası

16 Noyabr 2026 23:35see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri