Icma.az
close
up
RU
Balıq BAHALAŞACAQ? MÜHÜM AÇIQLAMA

Balıq BAHALAŞACAQ? MÜHÜM AÇIQLAMA

Bizim media portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikası Nazirlər Kabineti 2026-cı il üzrə balıq və digər su bioresurslarının ovunun ümumi yolverilən miqdarını (kvotasını) təsdiq edib.
 

Belə ki, Bakı, Sumqayıt və Abşeron sakinləri sənaye və əmtəə məqsədli balıq və digər su bioresursları akvakultura ovu üçün kvota almaq istəyirsə, “Balıqçılıq və Akvakultura Mərkəzi”nə müraciət etməlidirlər. Digər rayon sakinləri isə yaxın ASAN xidmət mərkəzlərinə yönləndirilir.


Hər balıqovlama bileti üçün dövlət rüsumu 25 manatdır. Qanuna əsasən bərpa məqsədli, elmi-tədqiqat, nəzarət, idman və həvəskar ovu istisna olmaqla, balıq və digər su bioresurslarının ovu ödənişlidir.
Bəs balıq ovu üçün müəyyən edilmiş yeni rüsumlar balıq bazarına təsir edə bilərmi?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlama verən iqtisadçı-ekspert Akif Nəsirlinin sözlərinə görə, Azərbaycanda balıq ovu üçün kvotanın təsdiqlənməsi və yeni rüsumların tətbiqi balıq bazarına təsirsiz ötüşə bilməz:
“Kvota ov həcmini məhdudlaşdırdığı üçün, xüsusən, populyar və mövsümi balıq növlərində təklif azala bilər. Təklifin azalması isə tələbin sabit qaldığı şəraitdə qiymətlərə yuxarı yönlü təzyiq yaradır. Yeni rüsumlar balıqçıların xərclərini artırdıqda bu xərc çox vaxt satış qiymətinə əlavə olunur.
Qısa müdətdə bazarda müəyyən bahalaşma ehtimalı var, xüsusən də, kvotanın tez tətbiq edildiyi növlərdə. Orta müddətdə isə balıqçılar xərclərə uyğunlaşa, səmərəliliyi artıra və ya alternativ növlərə yönələ bilərlər ki, bu da qiymət artımını qismən məhdudlaşdıra bilər.
 

Əgər nəzarət mexanizmləri güclü olarsa və qeyri-qanuni ovun qarşısı alınarsa, uzun müddətdə balıq ehtiyatlarının bərpası bazarda sabitliyə və qiymətlərin normallaşmasına kömək edə bilər. Ümumilikdə, təsir rüsumların səviyyəsindən, kvotanın sərtliyindən və bazarda rəqabətin dərəcəsindən asılı olacaq.


Bununla yanaşı hökumət süni şəraitdə balıq yetişdirən sahibkarlara dəstək verməlidir ki, bazarın alternativ mənbəyi olsun və beləliklə, qiymətlər hədsiz bahalaşmasın”.
Fatimə Əliyeva, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:148
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Yanvar 2026 10:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see265

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see177

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see176

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see171

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see171

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see169

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see168

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see167

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see167

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see166

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see165

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see165

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see164

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see163

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see162

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see160

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see158

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see154
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri