Polad Həşimovun adı orta məktəb sinfinə verildi
Icma.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.
Bakı şəhəri 109 nömrəli tam orta məktəbin 2A sinfinə Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun adı verilib.
Modern.az xəbər verir ki, bunu Polad Həşimovun xanımı Ofeliya Salmanova bildirib.
"Bu münasibətlə məktəbin direktoru Gülnarə xanıma, sinif müəllimi Yasəmən müəlliməyə və sinfin bütün şagirdlərinə dərin təşəkkürümüzü bildiririk.
Bu övladlar çox xoşbəxtdirlər ki, qəhrəmanlıq hekayələri ilə zəngin bir vətəndə, qəhrəmanlarımızın yaşatdığı şərəf və qürur tarixinin içində böyüyürlər.
İnanırıq ki, hər dəfə Polad Həşimov adına sinfin qapısından içəri daxil olan şagirdlər yalnız bir sinif otağına deyil, eyni zamanda bir qəhrəmanın mənəvi dünyasına da daxil olacaqlar. Onun həyat yolundan, vətən sevgisindən, cəsarətindən və fədakarlığından güc alacaqlar.
Qoy Polad Həşimovun timsalında hər bir şəhidin adı, qəhrəmanlığı və vətən sevgisi xalqımızın qəlbində daim yaşasın", - Ofeliya Salmanova deyib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:39
Bu xəbər 18 Noyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















