Elektromobillərin daha bir mənfi tərəfi üzə çıxdı
Bizim media saytından alınan məlumata görə, Icma.az bildirir.
Elektromobillərin təkərləri daxiliyanma mühərrikli (DYM) avtomobillərlə müqayisədə orta hesabla 10–20 faiz daha tez aşınır.
Bizim.Media RT-yə istinadən xəbər verir ki, bu barədə "LEM Solution" ekspert şirkətinin rəhbəri Yevgeni Laduşkin məlumat verib.
"Birincisi, batareyalar hesabına elektromobilin çəkisi daha çoxdur və çəki bölgüsü bir qədər fərqlidir. Həmçinin belə avtomobillər adi daxiliyanma mühərrikli maşınlarla müqayisədə təkərlərə dərhal xeyli böyük fırlanma gücü ötürmək qabiliyyətinə malikdir. Aktiv istismar zamanı bu, yerində fırlanmaya (buksa) və nəticədə təkərlərin aşınmasına səbəb olur", – deyə ekspert izah edib.
Laduşkin əlavə edib ki, enerjini qorumağa kömək edən rekuperasiya rejimi də şəhər yollarında istismar zamanı "mühərriklə tormozlama" hesabına şinlərə düşən yükün artmasına gətirib çıxara bilər.
Bununla belə, mütəxəssis vurğulayıb ki, aşınmanın əsas səbəbi sürücülük tərzi ilə bağlıdır.
Onun sözlərinə görə, kəskin startlar və davamlı yerində fırlanmalar olmadan avtomobili səliqəli idarə etdikdə elektromobil və daxiliyanma mühərrikli nəqliyyat vasitələrinin şinlərinin aşınması arasındakı fərq demək olar ki, hiss olunmur.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:70
Bu xəbər 18 Noyabr 2026 08:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları


















